Məhkəmə qərarları › İş №2(105)-51/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-51/2024

21.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-51/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əmirağa qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əmirağa qızı və X2 qarşı torpaq sahəsi və üzərində yerləşən yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əmirağa qızı və X1 DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehlərə məxsus əmlakı ilə birgə boşaldılaraq, ona təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh1 Əmirağa qızı və X1 Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsindən çıxarılmaları və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrini ona aydın olduğunu, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əmirağa qızı və Cavabdeh3 iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icrata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Quba Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(027)-1387/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əmirağa qızı və X2 qarşı torpaq sahəsi və üzərində yerləşən yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar