Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5738/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh olan 1000 manat borcun 100 manat faiz kimi, 200 manat mənəvi təzminat kimi, 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mərhum anası 2017-ci ildə ankoloji xəstəlikdən əziyyət çəkmişdir. Müalicə üçün xeyli pul lazım olduğundan o, əllərindəki hər şeyi satmağa başlamışdır. X2 məxsus qızıl-zinət əşyalarını da satmaq istəmişlər. Bu zaman anasının iş yoldaşı Cavabdeh ona qızılları satmağı təklif etmişdir. O, Cavabdeh inanmış və ümumi məbləği 4100 manat olan qızıl-zinət əşyalarını satmaq üçün Cavabdeh vermişdir. Bir neçə gün sonra Cavabdeh 800 manat gətirmiş və daha sonra ona heç bir pul verməmişdir. Daha sonra anasının xəstəliyi şiddətlənmiş və 2019-cu ilin may ayında xəstəlikdən vəfat etmişdir. Başı o zamanlar yas mərasimlərinə xeyli qarışdığından cavabdehin ona ödəməli olduğu 3300 manat borcu sonralar tələb etməyə başlamışdır. Cavabdeh 1300 manat pul ödəmiş, daha sonra isə hər dəfəsində bir bəhanə gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. O, məcbur qalıb Nəsimi rayonu 21-ci polis bölməsinə və 102-yə zəng etmişdir. Nəsimi RPİ-nin 21-ci PŞ tərəfindən iş araşdırılmağa başlanmışdır. Cavabdeh polis şöbəsində ona pul borcu olduğunu qəbul etmişdir. Daha sonra cavabdeh 2019-cu ildə noyabr ayında 300 manat, dekabr ayında 100 manat, daha sonra 2020-ci ildə ödəyəcəyini bildirdiyindən aralarında razılıq olmuşdur. Razılaşmaya əsasən cavabdeh ilkin olaraq 200 manat olmaqla, aya 100 manat ödəniş etməli idi. Razılaşma olduğu üçün o, da ərizəsini geri götürmüşdür. Təhqiqatçının da qərarından görünür ki, Cavabdeh ödəmədiyi məbləğ 2000 manat olmuşdur. Cavabdeh Polis Bölməsindən çıxdıqdan sonra da 1 il müddətinə 1000 manata qədər pulu hissə hissə ödəmişdir. Artıq bir ildir ki, cavabdeh ödənişi etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-746-cı maddələrində borcun verilməsi, alınması və qaytarılması nəzərdə tutulmuşdur. Borc müqaviləsi yazılı və şifahi bağlana bilər. Cavabdeh borcu gecikdirməklə xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirdi ki, o, iddianı qismən qəbul edir. Tərəflər arasında olan razılaşmaya əsasən, 2019-cu ilin noyabr ayında ilkin ödəniş olaraq 300 manat, növbəti 17 ay ərzində isə ayda 100 manat olmaqla ödəniş etməli idi. Hazırda da həmin razılaşma qüvvədədir. Odur ki, Cavabdeh 825 manat borcu qalmışdır. Cavabdeh həmin məbləği aybaay razılaşdırılmış qaydada ödəməyə hazırdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB tərəfindən verilmiş 26.09.2019-cu tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatında bildirmişdir ki, 2018-ci ilin aprel ayından həmin ilin setyabr ayına qədər Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanında yerləşən “Natali” adlı qadın gözəllik salonunda saç ustası kimi işləmişdir. Həmin vaxt onunla eyni salonda işləyən X1 ilə aralarında xoş və səmimi münasibət yaranmışdır. 2018-ci ilin yay aylarında ailə məsələləri ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və təcili pula ehtiyyacı olduğu üçün Təranə Behbudzadədən imkanı daxilində ona borc verməsini xahiş etmiş, bu zaman həmin şəxs ona 700 manat dəyərində qızıl əşyalar və 1000 manat nəğd pul vermişdir. Alış-veriş zamanı aralarında olan razılaşmaya əsasən Təranə Behbudzadədən aldığı 1700 manat əvəzində həmin şəxsə ayda 300 manat olmaq şərti ilə ümumilikdə 2500 manat pul ödəməli idi. Bundan sonra növbəti 3 ay ərzində sözügedən şəxsə ümumilikdə 800 manat ödəniş etmiş, lakin işdən çıxdığı üçün daha sonra ödəniş etməkdə çətinlik çəkmişdir. Təranə Behbudzadə onun vəziyyətini anlayışla qarşılamış və bu barədə onu narahat etməmişdir. 2019-cu ilin may ayında Təranə Behbudzadənin vəfat etməsindən bir müddət sonra sonuncunun oğlu Namiq adlı şəxs tez-tez ona zəng edərək anasına 3300 manat pul borclu olduğunu iddia etmiş və pulu təcili ödəməsini tələb etmişdir. Bu zaman həmin şəxsə iddia etdiklərini əsassız olduğunu, Təranə Behbudzadəyə 1700 manat borclu qaldığını və hal-hazırda imkanı olmadığı üçün gələcəkdə hissə-hissə borcunu ödəyəcəyini izah etmiş, buna baxmayaraq Namiq iddiası və tələbindən əl çəkməmişdir. Nəhayət həmin şəxsin onun barəsində poiis bölməsinə müraciət etdiyini öyrənmiş və öz anası ilə birlikdə zəng edərək Namiq adlı şəxslə görüşüb söhbət aparmış, nəticədə aralarında razılaşma əldə olunmuşdur. Beləliklə razılaşmaya əsasən, 2019-cu ilin noyabr ayında 300 manat, növbəti 17 ay ərzində isə ayda 100 manat olmaq şərti ilə ümumilikdə Namiq adlı şəxsə 2000 manat pul ödəməyi öhdəlik götürmüş və mübahisəli hala son qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB tərəfindən verilmiş 26.09.2019-cu tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından və cavabdehin vəkilinümayəndəsinin məhkəmədə verdiyi izahatından göründüyü kimi Cavabdeh İddiaçı 825 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Həmin halları təkzib edən sübutlar müəyəyn edilmədiyindən iddia ərizəsinin Cavabdeh 825 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan əlavə iddiaçı cavabdeh tərəfindən ona 100 manat faiz, 200 manat mənəvi təzminat olaraq zərər vurulmasına dair özünün izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 825 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi 100 manat faizin, 200 manat mənəvi təzminatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5738/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5738/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver