Məhkəmə qərarları › İş №2(012)-575/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-575/2023

11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-575/2023 11.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 03 mart 1958-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X3, ana adı qrafasında X4, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 03 mart 1958-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunun Kurud kəndində anadan olmuşdur. Doğumu müvafiq qaydada qeydə alınaraq adına doğum haqqında şəhadətnamə verilmişdir. O, 1982-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsinə gəlsə də, ona məxsus olan doğum haqqında şəhadətnamə yaşadığı Qafan rayonunun Kurud kəndində qalmışdır. Ailə üzvləri 1988-ci ildə məcburi köçkün kimi Azərbaycana gəlmişlər. Sonradan o, nə qədər axtarsa da, doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. Şəhadətnamə sənədləşmə işləri ilə bağlı ona lazım olur. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Valideynlərinin deməsinə görə Nuşrəvan xx.xx.1958-ci ildə doğulmuşdur. Atasının adı Səmər, anasının adı Şahnisədir. Onlar ailədə 9 uşaq olmuşlar. Hazırda onların hər biri sağdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır. Təsdiq edir ki, Ərizəçi doğum tarixi 03 mart 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı Ərizəçi, ata adı X3, ana adı X4, miliyyəti isə azərbaycanlıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Onun doğum haqqında şəhadətnaməsi məlum köçlə əlaqədar Ermənistanda qalmışdır. O da təsdiq edir ki, ərizə əsaslıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusu, eyni zamanda qohumudur. Onlar 9 uşaq olmuşlar. Hər il onun ad gününü mart ayının 3-də yığıncaqla qeyd etmişlər. Atasının adı Səmər, anasının adı Şahnisədir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Onu doğulandan tanıyır. Ailədə 9 uşaq olmuşlar. Atasının adı Səmər, anasının adı Şahnisədir. 1988-ci ilədək Qafan rayonunun Kurud kəndində yaşamışlar. Nuşrəvan xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan: - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən verilən 05/Q-1065/15 №-li, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE 0******* saylı, xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. - Texniki peşə məktəbinin attestatından görünür ki, Ərizəçi Ermənistan SSR, Qacaran 16 saylı texniki peşə məktəbini suvaqçı peşəsi üzrə bitirmişdir. - xx.xx.1993-cü il tarixli 104 saylı tibbi arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə doğulmuşdur. - Ərizəçi məxsus fərdi uçot kartoçkasından görünür ki, o, XX.XX.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. ünvan 1 ünvanında yaşayır. X1, anası X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X1, anası X2r. Məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi 03 mart 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı Ərizəçi, ata adı X3, ana adı X4, milliyyəti “azərbaycanlı” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi 03 mart 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı Ərizəçi, ata adı X3, ana adı X4, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar