Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-575/2024 29.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 585 əyarlı 80 qram qızılın, həmin qızıl olmadığı təqdirdə onun dəyərinin ödəniş zamanı bazar qiyməti müəyyən olmaq şərti ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pula ehtiyacı olduğu üçün tanışı Cavabdeh özünə məxsus olan 80 qram 585 əyarlı qızıl vermişdir ki, tanıdığı lombarda qoyub pul götürsün. O da həmin qızılları tanıdığı lombarda qoyub ona 3000 manat pul vermiş, lakin ona rəsmi ödəniş cədvəli təqdim etməmişdir. O, Cavabdeh dediyi qrafikə uyğun həmin pulu ödədikdən sonra qızıllarını tələb etdikdə, cavabdeh ona əslində özü üçün də pul götürdüyünü, bu səbəbdən də hələ pulun tam ödənilmədiyini bildirmişdir. Əvvəllər telefonda qızıllara görə lombarda ödəniləcək pulları mənimsədiyini, əslində onun həmin borcu tam qaytardığını düşündüyü halda, reallıqda isə borcun mövcud olduğunu etiraf edirdi. Lakin sonradan cavabdeh ona məxsus olan qızılları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Cavabdeh barəsində törətdiyi əmələ görə cinayət işinin açılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etməsinə baxmayaraq, ərizədə göstərilən xüsusatların məhkəmə tərəfindən araşdırılmalı olduğu bildirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 87 qram qızıl (7 qram fantaziya üzüklə birlikdə, 585 əyarlı) və 51 ay edilmiş 3570 manat ödənişin, lombard ödənişlərinin rəsmi sənədlərinə əsaslanaraq 8 ay çıxmaq şərtilə yerdə qalan pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə etdi ki, cavabdehin dediyi qrafikə uyğun olaraq lombard üçün 2021-ci ilin avqust ayınadək hər ay 70 manat ödəniş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, iddiaçı 2020-ci ilin avqust ayınadək lombard üçün hər ay 70 manat ödəmiş, lakin ödənişləri axıradək ödəmədiyindən girov qoyduğu qızıllar satılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, 2017-ci ildə İddiaçı özünə məxsus qızılları iş yoldaşı Cavabdeh lombarda girov qoyaraq pul götürmüş, hər ay ödəmə edərək tam borcu ödəməsinə baxmayaraq, sonuncu qızılları qaytarmamasına dair yazdığı ərizə üzrə araşdırma aparılmış, bu zaman ərizədə göstərilən xüsusatların mübahisə predmeti olaraq məhkəmələr tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət edə bilməsi tövsiyə olunmuşdur. Bölmədə verdiyi izahatda Cavabdeh göstərmişdir ki, 2017-ci ildə İddiaçı onunla bir yerdə işləmiş, o, işdən çıxa bilmədiyi üçün Nəriman adlı şəxslə qızılları ona göndərmiş, lombarddan pul götürüb Nərimanla İnsafa göndərmişdir. 2020-ci ilin avqust ayınadək İnsaf lombardın faizini ödəmiş, sonra isə ödəmədiyindən lombard qızılları satışa çıxarmışdır. Fərdi sahibkar X1 3m saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (ş/v AZE ********) 08 may 2017-ci il tarixdə 003110 saylı girov bileti üzrə lombarddan 2100 manat məbləğində ssuda vəsaitini götürmüş və həmin ssudanın təmini məqsədilə aşağıdakı qızıl-zinət əşyalarını girov qoymuşdur: 583 əyarlı 22,4 qramlı qızıl qadın saatı, 583 əyarlı 3 ədəd üzük (4,1; 6,6 və 3 qramlıq), 583 əyarlı 6,1 qramlıq sırğa, 583 əyarlı 10,5 qramlıq qolbaq, 583 əyarlı 22,6 qramlıq boyunbağı. Ssudanın faiz məbləğini - aylıq 126 manat vəsaiti N.M. Ağayeva 2018-ci ilin yanvar ayınadək ödəmiş, lakin bundan sonra çoxsaylı tələblərə və xəbərdarlıqlara baxmayaraq, ödəmələri etməmişdir. Lombardın əsas və faiz borclarının qaytarılması məqsədilə, ssudanı təmin edən əşyalar xx.xx.2018-ci il tarixdə 2430 manata satılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində (Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır) göstərmişdir ki, o, 2017-ci ildə İddiaçı bir yerdə işləmiş, İddiaçı işdən çıxa bilmədiyi üçün öz qohumu Nəriman adlı şəxslə onu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən Valeriy adlı şəxsin işlətdiyi lombarda göndərmiş, onun 40 qram çəkidə olan 585 əyarlı qızılları Nəzakətin adına girov qoyulmuş, bu adla 3000 manat məbləğində pul vəsaiti verilmişdir. O, həmin 3000 manat pulu İddiaçı vermişdir. İddiaçı həmin pul məbləğindən cəmi 2 ay ödəniş etmiş, bundan sonra ödənişləri yerinə yetirmədiyi üçün lombard tərəfindən qızıllar pul əvəzi olaraq satılmışdır. Bu məsələ ilə bağlı dəfələrlə İddiaçı məlumat versə də, İddiaçı pulunun olmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə görə tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə görə vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və tapşırıq münasibətləri yaranmışdır. Hər iki tərəfin izahatından görünür ki, iddiaçının pula ehtiyacı olduğu üçün cavabdehə qızıllarını verərək ondan bu əmlakları lombarda girova qoymağı və əvəzində pul vəsaiti götürərək ona verməyi tapşırmış, cavabdeh bu tapşırığı icra etməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, fərdi sahibkar X2 (lombard) Cavabdeh ümumilikdə 75,3 qram qızıl əşyaları qəbul edərək ona 2100 manat ssuda vermişdir. İş üzrə tərəflər isə bu məbləğin 3000 manat təşkil etməsini və bu məbləğin cavabdeh tərəfindən iddiaçıya verilməsini təsdiq edirlər. Tərəflərin razılığı ilə lombarda dövri ödənişləri İddiaçı etməli idi. İddiaçı iddia edir ki, lombard üçün 51 ay (2017-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək) ərzində cəmi 3570 manat ödəniş etmişdir. Lombarddan götürülən ssudaya görə razılaşdırılmış məbləğ onun tərəfindən tamamilə geri qaytarıldığından hazırda iddiaçı 87 gram qızıl (7 qram fantaziya üzüklə birlikdə, 585 əyarlı) və 51 ay edilmiş 3570 manat ödənişin, lombard ödənişlərinin rəsmi sənədlərinə əsaslanaraq 8 ay çıxmaq şərtilə yerdə qalan pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, lombarda iddiaçı tərəfindən hər ay 70 manat ödəniş edilməsi tərəflər arasında razılaşdırılmış, iddiaçı xx.xx.2017-ci ildən 2020-ci ilin avqust ayınadək bu ödənişləri lombarda vermək üçün Cavabdeh ödəmişdir. Cavabdeh bu ödənişləri 2018-ci ilin yanvar ayınadək lombarda versə də, həmin vaxtdan bu öhdəliyini yerinə yetirməmiş, lombard isə ödənişlərin icra edilməməsinə görə girov qoyulmuş qızıl-zinət əşyalarını xx.xx.2018-ci il tarixdə 2430 manata satmışdır. Beləliklə, Cavabdeh lombard qarşısındakı öhdəliklərinə xitam verilmişdir. Bununla belə, işdən görünür ki, İddiaçı girov qoyulmuş qızıllar üçün xx.xx.2017-ci ildən 2020-ci ilin avqust ayınadək (39 ay) hər ay 70 manat olmaqla, cəmi 2730 manat ödəniş etmiş, bu ödənişlərdən 560 manatı (8 ay x 70) Cavabdeh tərəfindən lombardın hesabına ödənilmiş, lakin qalan 2170 manat vəsait isə ödənilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının lombard üçün ödədiyi 2170 manat vəsait iddiaçıya geri qaytarılmalıdır. Qeyd edildiyi kimi, lombarda girova qoyulmuş qızıl-zinət əşyaları pul öhdəliyi Cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyindən, lombard tərəfindən xx.xx.2018-ci il tarixdə 2430 manata satılmışdır. İşin hallarından görünür ki, tapşırığı verən İddiaçı qızıllara görə Cavabdeh 2020-ci ilin avqust ayınadək 2730 manat ödəniş etmişdir. Girov (lombard) haqqında qanunvericiliyə görə girov qoyulmuş əmlaklar öhdəlik tam icra edilərsə, geri qaytarılmalıdır. Hazırda isə bu əmlaklar mövcud olmadığından, yəni 2430 manata özgəninkiləşdirildiyindən həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı tapşırığını vicdanla icra etmədiyindən, vəkalət verənin haqlı mənafelərini müdafiə etmədiyindən və bu zaman onun 2170 manat vəsaitini mənimsədiyindən, habelə onu girov qoyulmuş 2430 manatlıq qızıl-zinət əşyalarından məhrum etdiyindən ümumilikdə 4600 (2170 + 2430) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qismən təmin edilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ərizəsində 585 əyarlı 7 qramlıq fantaziya üzüyünü Cavabdeh toya taxmaq məqsədilə verdiyini və geri qaytarılmadığını, o cümlədən tələb edilən bütün qızılların çəkisinin 87 qram təşkil etdiyini qeyd etsə də, bununla bağlı, həmçinin lombarda qoyulmuş qızılların qiymətinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə bu hissələrdə iddianın təmin edilməsi üçün heç bir əsas tapmır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 66 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4600 manat və ödənilmiş dövlət rüsumu üçün 66 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-575/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-575/2024
29.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver