Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5803/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh taxt döşəyi - 100 manat, 5 ədəd balınc - 100 manat, 2 nəfərlik yun yorğan - 80 manat, 2 nəfərlik sintifon yorğan - 70 manat, ədyal - 60 manat, 2 nəfərlik yay yorğanı - 50 manat, 2 dəfəlik 6 dəst çıxol-mələfə -300 manat, 1 dəst 4 fəsil taxt örtüyü - 250 manat, 3 ədəd süfrə - 160 manat, 5 ədəd qətifə - 75 manat, 10 ədəd əl-üz dəsmalı - 100 manat, 11 ədəd çay dəsmalı - 55 manat, tək nəfərlik 1 ədəd çıxol - mələfə - 30 manat, 2 ədəd əlcək - 10 manat, 1 ədəd su çəkən - 5 manat, 1 dəst qazan qapağı - 6 manat, 1 ədəd fartuq - 10 manat, qaşıq dəsti - 180 manat, ətçəkən maşın - 500 manat, mətbəx kombaynı - 350 manat, şirçəkən - 200 manat, tozsoran - 160 manat, ütü - 141 manat, mıkser - 90 manat, toster - 50 manat, 2 ədəd meyvə qabı, 1 ədəd güldan karaca - 700 manat, 2 ədəd meyvə qabı - 60 manat, 2 dəst bagema - 300 manat, 2 ədəd qəndqabı - 20 manat, 2 ədəd kababqabı - 20 manat, tok çayniki - 40 manat, padnos dəsti - 75 manat, tort qabı - 30 manat, 2 ədəd piçonnu qabı - 50 manat, 2 dəst (paşabahçə) fujer - 50 manat, 6 ədəd nəlbəki - 30 manat, 4 ədəd masqor - 10 manat, 2 ədəd xrustal kanfet qabı - 140 manat, 12 ədəd çay stəkanı - 20 manat, 12 ədəd şüşə nəlbəki - 20 manat, 138 parça obedni dəst - 650 manat, su çayniki - 50 manat, su və dəm çayniki - 120 manat, 2 ədəd ləbləbi qabı - 20 manat, plastik aşsüzən - 7 manat, nikel aşsüzən - 50 manat, tyorka - 10 manat, paltar şotqası - 3 manat, 12 ədəd yağ bıçağı, stol süpürgəsi 3 manat, doğrama taxta dəst - 15 manat, 15 ədəd veşilka - 15 manat, ütü masası - 20 manat, paltar qurudan (asılqan) - 60 manat, 6 ədəd xrustal çay stəkanı - 130 manat, 6 ədəd razetka - 6 manat, 2 ədəd şüşə qab - 5 manat, 2 ədəd ayaqlı qəndqabı - 30 manat, qrafın 6 ədəd stəkanı ilə - 35 manat, qazan dəsti - 250 manat, tefal dəst 3 ədəd - 150 manat, qranit qazan dəsti - 450 manat, qaşıq dəsti - 55 manat, bıçaq naboru - 48 manat, mətbəx dəsti üçlü - 60 manat, ədva dəsti - 90 manat, 3 ədəd saxlama qabı - 40 manat, 1 ədəd plastmas qaşıq dəsti - 30 manat, zibil qabı - 5 manat, şampun qabı - 5 manat, tualet yuyan - 15 manat, şpilka dəsti qablı - 7 manat, tort kəsən dəst - 40 manat, sarımsaq əzən - 5 manat, 2 ədəd atkrıvalka - 10 manat, tumçıxaran - 5 manat, lapatqa çırpan - 7 manat, 10 ədəd şipilka - 5 manat, 1 ədəd padnos - 10 manat, pol vedrəsi paspas - 35 manat, paltar səbəti - 15 manat, vanna - 20 manat, düyü yumaq üçün aşsüzən - 8 manat, tava dəsti 3 ədəd - 75 manat, tyorka - 15 manat, plastik qab böyük ölçü - 12 manat, qaşıq altlığı - 6 manat, 2 ədəd pərdə və tülləri - 450 manat, çilçıraq - 250 manat, paltaryuyan - 1.100 manat, soyuducu - 1500 manat, 32 ekran televizor - 480 manat, 1 ədəd xalça - 300 manat, pərdə şipilkası - 5 manat, 1 ədəd soba - 170 manat, 1 ədəd dəm çayniki - 15 manat, 1 ədəd ikimərtəbə qab - 45 manat, toyuq qayçısı - 10 manat, 2 ədəd ayaqsız qəndqabı - 10 manat, mikser tefal - 50 manat, 6 ədəd armudu stəkan - 15 manat, qaşıq, vilka 18 ədəd -28 manat, 2 ədəd gecə lampası - 50 manat, güldan - 15 manat, 6 ədəd şirə stəkanı - 20 manat, Şirə stəkanı böyük 6 ədəd-30 manat, Dəsmal dəsti-25 manat, Duzqabı 2 ədəd-5 manat, 2 ədəd çaşqa - 20 manat, blendr - 20 manat, yataq otağı dəsti - 6.000 manat, matras - 120 manat, qonaq otağı dəsti - 5.000 manat, divan 8 ədəd yastığı ilə - 1.400 manat, kalyasqa - 300 manat, dekor güzgü - 15 manat, güzgü - 30 manat, lampa və şamlar - 30 manat, uşaq oyuncaqları - 100 manat, uşaq taburetqası - 5 manat, uşağın vedrəsi - 15 manat, kruşqa - 10 manat, duxular - 500 manat, poverbank - 20 manat, kolonka - 50 manat, fləşkart - 18 manat, dekorativ şam - 50 manat, kosmetik vasitələr (sabun, kist, karandaş, pudra və sair) - 50 manat, bujiteriya - 45 manat, qış paltarları - 300 manat, uşağın qış və yay paltarları - 340 manat, ziyafət geyimləri - 700 manat, dırnaq naboru - 40 manat, yay paltarları - 300 manat, ayaqqabılar - 150 manat, 2 ədəd hamam dəsti - 60 manat, çantalar - 150 manat, şarflar - 80 manat, yaylıqlar - 60 manat, oyuncaq tülkü və siçan - 80 manat, epilyator - 100 manat, yeni il aksesuarları - 150 manat, 1 cüt sırğa - 500 manat, 1 ədəd boyunbağı - 350 manat, 1 ədəd qolbaq - 400 manat, 3.4 qram 750 əyar nişan üzüyü - 380 manat, komplekt üküz - 250 manat, sadə sep - 10 manat, qol saatı - 180 manat alınaraq ona naturada qaytarılması, cehiz və qızıl-zinət əşyaları olmadıqda isə onların pulla dəyərinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində dəyəri təxminən 30.400 manatdan yuxarı olan cehiz və qızıl-zinət əşyalarının naturada və ya həmin əşyalar olmadıqda onların pulla dəyərinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia ərizəsindən görünür ki, 30.400 manat görə dövlət rüsumu ödəməli olduğu halda, iddia ərizəsinə əlavə edilmiş qəbzdən göründüyü kimi nəzərdə tutulduğundan az məbləğdə, yəni ********** saylı qəbz vasitəsi ilə 50 manat məbləğində dövlət rüsumuna görə ödəniş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ərizənin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir; 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nəzərdə tutulduğundan az məbləğdə dövlət rüsumu ödənildiyindən İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İzah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-5803/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5803/2023
17.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver