Məhkəmə qərarları › İş №2(012)-5809/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5809/2023

22.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5809/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 avqust 2016-cı il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən № 3214 ilə nikahları rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından 17 yanvar 2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Əvvəllər ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur, ərarvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Abşeron rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(012)-3126/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından olan 17 yanvar 2018-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Cavabdeh isə uşağın saxlanması üçün heç bir yardım göstərmir, müvafiq məhkəmə qərarı əsasında qət edilmiş aliment məbləğini bilərəkdən həmişə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırır, uşağın üzünü belə tanımır və hətta uşaqla maraqlanmır. Cavabdeh ona təklif edir ki, ondan barələrində olan Abşeron rayon məhkəməsinin 2(012)-3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(012)-4495/2023 saylı iş iizrə alimentin artırılması tələbindən, Ağdam rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(013)-2715/2023 saylı iş üzrə qızılzinət əşyalarının geri verilməsi tələbindən və alimentin ödənilməsindən imtina edəcəyi halda ikinci tərəf valideyinlik hüququndan imtina edəcəyini bildirmişdir. Könüllü olaraq Mediasiyaya müraciət etmişlər və Mediasiya prosesində Abşeron rayon məhkəməsinin 2(012)-3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan Ağdam rayon İcra və Probasiya şöbəsində könüllü olaraq imtina etdiyini və Ağdam rayon məhkəməsinin xx.xx.2023-cii il tarixə təyin olunmuş 2(013)-2715/2023 saylı iş üzrə qızıl-zinət əşyalarının geri verilməsi barədə iddia tələbindən ərizə ilə müraciət edərək könüllü olaraq imtina etdiyini bildirmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cii il tarixə təyin olunmuş 2(012)-4495/2023 saylı iş üzrə alimentin artırılması tələbindən xx.xx.2023-cü il tarixdə imtina etmişdir. Maraqlı şəxs - Abbasov X2 prosesində birgə nikahlarından olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 imtina edərək valideynlik hüququndan məhrum olunmağına tam razılaşır və öz öhdəsinə götürür. Mediasiya prosesində qarşılıqlı razılıq əsasında heç bir təsir olmadan “Barışıq Sazişi” imzalamışlar və aralarında digər başqa mübahisə qalmamışdır. Barışıq sazişi imzalansa da, maraqlı şəxs - Abbasov X4 Sazişinin şərtlərinə əməl etmir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-01541 saylı barışıq sazişindən görünür ki:

1. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 22 avqust 2016-cı il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən №3214-li akt qeydlər kitabında qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 17 yanvar 2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və Abşeron rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(012)- 3126/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikahları pozulmuş, birgə nikahlarından olan 17 yanvar 2018-ci il təvəllüdlü X5 birinci tərəfin himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Həmin vaxtdan bu günə qədər ikinci tərəf uşağı ilə bir ata kimi maraqlanmamış, demək olar ki övladını tanımır və qətnamə üzrə aliment borcunu müxtəlif bəhanələr gətirərək qəsdən ödəməmişdir. Abşeron rayon məhkəməsinin 2(012)- 3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında olan alimentin ödənilməsi barədə icra sənədi cavabdehin yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə qərarı üzrə borclu bu günə Birinci Tərəfin xeyrimə yığılmış 5250 manat aliment borcunu ödəmir. İkinci tərəf mənə bildirir ki, mən ondan barəmizdə olan Abşeron rayon məhkəməsinin 2(012)-3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(012)-4495/2023 saylı iş üzrə alimentin artırılması tələbindən, Ağdam rayon məhkəməsinin xx.xx.2023-cii il tarixə təyin olunmuş 2(013)-2715/2023 saylı iş üzrə qızılzinət əşyalarının geri verilməsi tələbindən və alimentin ödənilməsindən imtina edəcəyim halda ikinci tərəf valideynlik hüququndan imtina edəcəyini bildirmişdir.

2. Tərəflər könüllü olaraq Mediasiyaya müraciət edərək bildirdilər: a) Birinci tərəf - Mediasiya prosesində könüllü iştirak edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan və aliment dən Ağdam rayon İcra və Probasiya şöbəsində könüllü olaraq imtina etdiyini və Ağdam rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(013)-2715/2023 saylı iş üzrə qızılzinət əşyalarının geri verilməsi tələbindən ərizə ilə müraciət edərək könüllü olaraq imtina etdiyini bildirdi. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(012)- 4495/2023 saylı iş üzrə alimentin artırılması tələbindən xx.xx.2023-cü il tarixdə məhkəmə günü imtina edəcəyini öz öhdəsinə götürür. b) İkinci tərəf - Mediasiya prosesində könüllü iştirak edərək birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. İkinci tərəf bildirdi ki, birgə nikahlarından olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 imtina edərək valideyinlik hüququndan məhrum olunmasına tam razılaşır və öz öhdəsinə götürür.

3. X8 şərtləri izah olundu və tərəflər qarşılıqlı razılaşaraq imza etdilər.

4. Tərəflər arasında digər mübahisə yoxdur. - Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ №406677 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3126/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında 22 avqust 2016-cı il tarixdə bağlanmış, 3 saylı Bakı «ASAN Xidmət» Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 3214 №-li nikah pozulması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV №076232 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Beləliklə, tərəflər arasında olan mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq ərizəçi mediasiyaya müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda maraqlı şəxs Cavabdeh öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023- 01541 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər aralarında olan mübahisəyə dair barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-01541 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023-01541 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. “Mediasiya haqqında Qanun”un 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən ərizə bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT032/2023- 01541 saylı barışıq sazişinin bütün bəndləri,(1. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 22 avqust 2016-cı il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən №3214-li akt qeydlər kitabında qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 17 yanvar 2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və Abşeron rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(012)- 3126/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikahları pozulmuş, birgə nikahlarından olan 17 yanvar 2018ci il təvəllüdlü X5 birinci tərəfin himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Həmin vaxtdan bu günə qədər ikinci tərəf uşağı ilə bir ata kimi maraqlanmamış, demək olar ki övladını tanımır və qətnamə üzrə aliment borcunu müxtəlif bəhanələr gətirərək qəsdən ödəməmişdir. Abşeron rayon məhkəməsinin 2(012)- 3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında olan alimentin ödənilməsi barədə icra sənədi cavabdehin yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə qərarı üzrə borclu bu günə Birinci Tərəfin xeyrimə yığılmış 5250 manat aliment borcunu ödəmir. İkinci tərəf mənə bildirir ki, mən ondan barəmizdə olan Abşeron rayon məhkəməsinin 2(012)- 3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(012)-4495/2023 saylı iş üzrə alimentin artırılması tələbindən, Ağdam rayon məhkəməsinin xx.xx.2023-cii il tarixə təyin olunmuş 2(013)- 2715/2023 saylı iş üzrə qızıl-zinət əşyalarının geri verilməsi tələbindən və alimentin ödənilməsindən imtina edəcəyim halda ikinci tərəf valideynlik hüququndan imtina edəcəyini bildirmişdir. 2. Tərəflər könüllü olaraq Mediasiyaya müraciət edərək bildirdilər: a) Birinci tərəf - Mediasiya prosesində könüllü iştirak edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-3126/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında təyin olunmuş aliment işi üzrə yığılmış 5250 manat aliment borcundan və aliment dən Ağdam rayon İcra və Probasiya şöbəsində könüllü olaraq imtina etdiyini və Ağdam rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(013)-2715/2023 saylı iş üzrə qızılzinət əşyalarının geri verilməsi tələbindən ərizə ilə müraciət edərək könüllü olaraq imtina etdiyini bildirdi. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixə təyin olunmuş 2(012)- 4495/2023 saylı iş üzrə alimentin artırılması tələbindən xx.xx.2023-cü il tarixdə məhkəmə günü imtina edəcəyini öz öhdəsinə götürür. b) İkinci tərəf - Mediasiya prosesində könüllü iştirak edərək birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. İkinci tərəf bildirdi ki, birgə nikahlarından olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 imtina edərək valideyinlik hüququndan məhrum olunmasına tam razılaşır və öz öhdəsinə götürür. 3. X8 şərtləri izah olundu və tərəflər qarşılıqlı razılaşaraq imza etdilər. 4. Tərəflər arasında digər mübahisə yoxdur) məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar