Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-581/2024 13.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “müqavilənin etibarsız hesab edilməsi və reyestr qeydiyyat nömrələrinin ləğv edilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, müqavilənin, maliyyə arayışının, ümumi iclasın protokolundan çıxarışın etibarsız sayılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X21 qanuni vərəsəsi Cavabdeh1, "xxxx" Mənzil Tikinti Kooperativinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə, qarşı “Müqavilənin etibarsız hesab edilməsi və reyestr qeydiyyat nömrələrinin ləğv edilməsinə dair” ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək "xxxx" MTK ilə X29 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin, maliyyə arayışının, MTK-nın üzvlərinin ümumi iclas protokolundan çıxarışı etibarsız hesab edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı **********11-05301-093044 reyestr nömrəli qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK və X29 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin, xx.xx.2020-ci il tarixli maliyyə arayışının, xx.xx.2020-ci il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 06 saylı protokolundan çıxarışı etibarsız hesab edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı **********11-05301-093044 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qeydiyyat tarixli 16210892 qeydiyyat nömrəli qeydinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 isə öz növbəsində, cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, müqavilənin, maliyyə arayışının, ümumi iclasın protokolundan çıxarışın etibarsız sayılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X21 mülkiyyət hüququ ilə adına olan Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzildən cavabdeh İddiaçı çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə və həmin mənzil ilə əlaqədar İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin, tərtib edilmiş maliyyə arayışının, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının protokolundan çıxarışın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ilk İddiaçı cavabdehlə “İnşaatçı-2002" MTK ilə xx.xx.2020-ci il tarixli müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən 35 saylı mənzili daxili kreditlə əldə etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində son ödənişi etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli maliyyə arayışı verərək iddiaçı tərəfindən 35 saylı mənzilin dəyəri tam ödənilməsi və borcu olmadığını bildirilmişdir. Qeyd etmək istəyir ki, həmin tarixdə "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 8 saylı protokolundan çıxarışı iddiaçıya təqdim edilmişdir. Cavabdeh "İnşaatçı-2002 Mənzil Tikinti Kooperativ tərəfindən təqdim edilən sənədlər əsasında mülkiyyət hüququn qeydiyyata alınması ilə bağlı iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinə baxaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023eü il tarixli imtina məktubu verilmişdir. İmtina məktubunda bildirilmişdir ki. ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində artıq bir dəfə **********11-05301-093044 reyestr nömrəli çıxarışla rəsimləşdirildiyi qeyd edilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu əldə etdikdən sonra cavabdeh “İnşaatçı-2002" Mənzil Tikinti Koperativə müraciət edərək, qeyd olunan mənzilə dair artıq başqa şəxsə çıxarış verilməsini bildirmişdir. İddiaçı "xxxx" MTK-ya müraciət edəndən sonra məlum olmuşdur ki. iddiaçı tərəfindən daxili kredit şərtləri əsasında ödənişləri verib tamamlayana qədər qeyd olunan mənzil X28 adına rəsmiləşdirilmişdir. Bildirmək istəyir ki. X29 "xxxx" MTK-nın rəsmi işçisi olub, bu faktı təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilmişdir. X29 qəflətən xx.xx.2022-ci il tarixində rəhmətə getmişdir və onun qanuni vərəsəsi olaraq mərhumun həyat yoldaşı X18 tanınmışdır. İddiaçı mübahisəli mənzili təmirsiz şəkildə xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra, qeyd olunan mənzili təmir etmişdilər və həmən mənzilə köçərək bu günə kimi o mənzildə yaşayırlar. Bu faktı iddia ərizəsinə əlavə edilən komunal xətlərin mənzilə qoşulması ilə bağlı su, işiq və qaz idarəsinin müqavilələri təsdiq edir. Bundan əlavə olaraq, cavabdeh "xxxx" MTK iddiaçıya xx.xx.2020-ci il tarixində qeyd olunan mənzili təhvil verdiyini təsdiq edir. Qeyd etmək istəyir ki, uzun müddət iddiaçının mübahisəli mənzildə digər 3-cü şəxs tərəfindən pretenziya olmadan yaşaması, təmir etməsi, “İnşaatçı-2002" MTK tərəfindən hissə-hissə iddiaçının ödənişlərini qəbul etməsi və faktiki "İnşaatçı-2002” MTK işçisi və şərikçisi olan xx.xx.2020-ci il tarixində iddiaçıya mənzili satmasını təsdiq etməsi və mübahisələndirilməməsi belə bir nəticəyə gətirir ki. "xxxx" MTK və "xxxx" MTK-nın işçisi olan X29 arasında bağlanılan alqı-satqı müqaviləsi uydurma əqd olmuşdur və heç bir nəticə yaratmayan əqd idi. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir." X29 “İnşaatçı-2002" MTK tərəfindən inşa etdiyi çoxmərtəbəli binanın alqı-satqısında və yeni sakinlərə mənzilləri təhvil verilməsində birbaşa iştirak etmişdir. Əgər iddiaçıya təhvil verilmiş mənzillə bağlı X21 tələbləri olsaydı, bu günə kimi X29 qeyd olunan tələbləri irəli sürərdi, lakin görünür ki, X21 mübahisəli mənzillə bağlı heç bir tələbi yox idi. Bundan əlavə olaraq iddiaçı qeyd edir ki. "xxxx" MTK tərəfindən inşa etdiyi çoxmərtəbəli binanın demək olar ki. 90% mənzilləri ilkin olaraq X21 adına rəsmiləşdirilmişdir sonra isə mənzillərin əsl alıcıların adına çıxarış verilmişdir. Cavabdeh X28 adına mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən rəsmləşdirilsə də, rəsimləşdirilmə üçün əsas olan sənəd alqı-satqı müqaviləsi hər hansı nəticə və mülkiyyət hüququ yaradılması məqsədilə bağlanmamışdır, faktiki olaraq baxmayaraq ki, X29 "İnşaatçı-2002” MTK-nın işçisi və şərikçisi olub qeyd olunan mənzilli bir gün olsa belə isitifadə etməmiş, təhvil almamışdır və iddiaçı tərəfindən qeyd olunan mənzildə təmir edib yaşamasına və isitifadə etməsinə pretenziya irəli sürməmişdir. Qeyd etmək istəyir ki, heç bir hüquq yaratmayan və ya yaratmaq məqsədi olmayan əqd əhəmiyyətsiz əqdir və faktiki olaraq həmin əqdin nəticəsində yaranmış hüquqi nəticələr və sənədlər o cümlədən 35 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmalkın dövlət reyestrində qeydiyyatı əhəmiyyətsizdir. Həmçinin, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək cavabdehin qarşılıqlı iddia tələbinə verilmiş etirazın məzmununa uyğun izahat verərək əsaslandırmışdırki, X15nun alqı-satqı müqaviləsi əsasında "xxxx" MTK ilə müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən 35 saylı mənzili əldə etməsinin sübut edən tərəflərin müqaviləsini məhkəməyə təqdim edilməmişdir. Ümiyyyətlə, tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olduğunu hər hansı bir sübutla təsdiq edilməmişdir. Hesab edir ki. əgər qarşlıqlı iddia tələbində tərəf mənzilə dair hüquqlarını alqı-satqı müqaviləsi əsasında yarandığını bildirirsə, qeyd olunan müqaviləni məhkəməyə sübut olaraq təqdim edilməlidir, faktiki olaraq tərəf X29 və "xxxx" MTK arasında mənzillə bağlı hüquqi münasibətlərini təsdiq edən müqaviləni təqdim edilməmişdir. Qeyd etmək istəyir ki, məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə verilən sorğu nəticəsindədə məlum olmuşdur ki, X29 ilə "xxxx" MTK arasında bağlanılan alqı-satqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv sənədlərində yoxdur. Mərhum X13 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi ev 44 ünvanında yerləşən 35 saylı mənzili X2 faktını təsdiq edən müqavilə, yazılı razılaşma və ya hər hansı dolayı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd etmək istəyir ki, hesab edilsə ki, mərhumun və X5 arasında mənzillə bağlı razılaşma olmuşdur, nəzərə alınmalıdır ki, X9 tərəfindən mənzillə bağlı ödənişləri X15 qəbul etmişdir və bıı faktı təsdiq edən sübutlar “İnşaatçı-2002" MTK tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, X5 X15 ilə mübahisəli mənzillə bağlı heç bir razılaşması olmamışdır. X9 mübahisəli mənzili təmirsiz şəkildə xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra, qeyd olunan mənzili təmir etmişlər və həmin mənzilə köçərək bu günə kimi o mənzildə yaşayırlar. Bu faktı iddia ərizəsinə əlavə edilən kommunal xətlərin mənzilə qoşulması ilə bağlı su, işiq və qaz idarəsinin müqavilələri təsdiq edir. Bundan əlavə olaraq cavabdeh "xxxx" MTK iddiaçıya xx.xx.2020-ci il tarixində qeyd olunan mənzili təhvil verdiyini təsdiq edir. Uzun müddət iddiaçının mübahisəli mənzildə digər 3-cü şəxs tərəfindən pretenziya olmadan yaşaması, təmir etməsi, "xxxx" MTK tərəfindən hissə-hissə iddiaçının ödənişlərini qəbul etməsi və faktiki "xxxx" MTK işçisi və şərikçisi olan xx.xx.2020-ci il tarixində iddiaçıya mənzili satmasını təsdiq etməsi və mübahisələndirilməməsi belə bir nəticəyə gətirir ki, "xxxx" MTK və "xxxx" MTK-nın işçisi olan X29 arasında bağlanılan alqı-satqı müqaviləsi uvdurmə əqd olmuşdur və heç bir nəticə yaratmayan əqd idi. Qeyd etmək uydurma ki, "xxxx" MTK nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz verərək mübahisəli mənzilin X7 məxsus olmasını, onun tərəfindən təmir edilməsini və hal-hazırda istifadə edilməsini təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli baxış iclası zamanı məhkəmə tərəfindən X15n vərəslərin vəkilinə və nümayəndələrinə sual verərək soruşmuşdur ki. əgər hesab etsək ki, X5 X15 ilə mübahisəli mənzillə bağlı hər hansı razılaşması olmuşdursa X5 hal-hazırda borcu nəqədərdi? Cavabdeh bu suala ilkin olaraq 15000 min manat borc olduğunu bildirdi, sonra isə 8000 min manat borcu qaldığını bildirmişdir. Cavadbeh qarşılıqlı iddia ərizəsində isə qeyd etmişdir ki, X9 X15na heç bir ödəniş etməmişdir. Bir daha qeyd etmək istəyir ki, X5 X15 ilə mübahisəli mənzillə bağlı hər hansı razılaşması olmamışdır, X9 "xxxx" MTK-ya müraciət edərək mənzili əldə etmişdir, X15 isə "xxxx" MTK-nın əməkdaşı olaraq qeyd olunan mənzili X7 göstərmişdir və sonralar mənzillə bağlı ödənişləri qəbul etmişdir. İlkin iddia tələbi üzrə cavabdehin qarşılıqlı iddia tələbində ilkin olaraq borcun ödənilməməsi, sonradan 15000 min borcun qalması, sonradan isə 8000 min borcun olmasını qeyd edilməsi, ilkin iddia tələbi üzrə cavabdehin heç bir əsas olmadan X3 pul tələb edilməsindən başqa heç bir şey deyil və bir daha qarşılıqlı iddia tələbində qeyd olunan faktları əsassız olduğunu göstərir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında əlavə olaraq göstərmişdir ki, qarşılıqlı iddianın verilməsi üçün müddəti ötürmüşdür. Müqavilənin etibarsızlığı üçün 1 il olan müddəti ötürdüyünü, Kəmalənin orada işlədiyini, hər şeydən məlumatlı olduğunu bildirmişdir. ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənəddən görünür ki, Elşən bütün qəbzlərdə başqasının adına olan çıxarışa görə ödənişləri qəbul etmiş, müqavilənin etibarsız sayılmaına dair əsaslı sübut yoxdur. 2022-ci ildən bu işin getdiyini, lakin cavabdeh tərəfindən qarşılıqlı iddianın indi verildiyini bildirmişdir. Qarşılıqlı iddianın etibarsızlıq hissəsində rədd olunmalı olduğunu, mənzildən çıxarılma hissəsində isə Ali məhkəmənin oxşar işlə bağlı məhkəmə qərarının olduğunu bildirmişdir. Həmin qərara əsasən eyni tipli müqavilələr varsa, faktiki olaraq kim istifadə edir, kim yaşayır, kim mənzili təmir etdirir, kim komunal ödənişləri edirsə, o evin sahibi sayılır. Ali məhkəminin bu qərarı bu işdə də tətbiq edilməlidir. MTK ilə Elşən arasında hər hansı müqavilə yoxdur, bu günkü günə kimi həmin müqaviləni də Elşənin vəkili təqdim edə bilməmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək iddia müddətinin artırılmasının nəzərə alaraq Mülki Məcəllənin 354-cü maddəsi ilə nəzərdə tutulan iddia müddətini tətbiq edərək Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş etimişdir. İlk və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil3 ilk iddia ərizəsini qəbul edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, evlərin bəziləri Elşənin adına keçirilmişdir. Elşənin adına keçirilmiş mənzilərdən 6 mənzildə problemlər olduğunu, məhkəmə qərarı ilə həmin mənzillərə dair çıxarışların, maliyyə arayışlarının, yığıncağın iclasından protokolların ləğv olunduğunu bildirmişdir. Eyni qaydada mənzillər Elşənin adına mənzillər keçirildiyini, sonradan Elşən tərəfindən 18 dənə mənzil notarial qaydada başqasına satıldığını bildirmişdir. Sənədlər Elşənin adına olsa da, Elşənin MTK ilə şərik olduğunu bildirmişdir. Ali Məhkəmədə bu işə baxıldığını sənədlər Elşənin adına olsa da, Elşən tərəfindən ödəniş edilməsinə dair heç bir sənəd olmadığını bildirmişdir. Elşən tərəfindən satılan evlərin alıcıların adına keçirilməməsinin səbəbi isə alıcıların məbləği tam ödəmədiyini, məbləğ tam ödənildikdən sonra alıcıların adına keçirilməli olduğunu bildirmişdir. Hesabatlardan görünür ki, başqaları tərəfindən ödənildiyini, həmin hesabtların Elşən tərəfindən də imzalandığını bildirmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil3 ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində göstərilmiş tələbləri qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiklərini göstərmişdir. Məhkəmə iclasında ilk və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil3 ilk iddia ərizəsini qəbul edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında əlavə olaraq göstərmişdir ki, Əliyev Elşən ilə MTK şərik olmuşdur. Elşənin adına 18 dənə mənzil keçirilmiş, adına çıxarış verilmiş, ipoteka məqsədilə satmaq üçün onun adına keçirilmişdir. MTK evin ilk iddia üzrə iddiaçıya satıldığını təsdiq edir, ilkin iddianı qəbul etmiş, qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi tələblə bağlı əsaslı heç bir sənəd təqdim edə bilmədiyini bildirmişdir. Elşənin adına çıxarışlar olsa da Abdurrəhmanova Kifayət tərəfindən edilən ödənişlərin Elşən tərəfindən imzalanmasına dair sənədlərin olduğunu, Abdurrəhmanova Kifayətin bütün ödənişləri ödədiyini, borcun olmamasına dair arayışın da verildiyini bildirmişdir. ilk iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, Cavabdeh1 ilk iddiaya etirazında göstərirki, X29 onun həyat yoldaşıdır və o, xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Onun vəfat etməsi ilə bağlı ərizələri üzrə vərəsəlik işi açılmış, o onun vərəsəsi kimi tanınır. Qeyd edir ki, “ünvan 4 ünvanında yerləşən 35 saylı mənzillə bağlı "xxxx" MTK X29 arasında alqı-satqı müqavilələri bağlanmış, mənzilin dəyəri Elşən Əliyev tərəfindən tam ödənilmiş, MTK tərəfindən bununla bağlı maliyyə arayışı vermiş, Elşən Əliyevin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X29 ilə X10 arasında olan razılaşmaya əsasən sonuncu mənzilə köçərək yaşamağa başlayacaq, kredit şərtləri ilə ödənişləri verib tamamlayandan sonra ünvan 4 ünvanında yerləşən 35 saylı mənzil X21 adından onun adına rəsmiləşdiriləcəkdir. Bu razılaşmadan sonra cavabdeh həmin mənzilə köçərək bu günədək orada yaşamağa başlamışdır. Lakin, cavabdeh mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozdu, onlara heç bir ödəniş etmədi. Cavabdeh yaxın günlərdə ona zəng edərək mənzili onun adına keçirməyini xahiş etdi. Lakin, o imtina etdi. Ona görə ki, o, Elşən Əliyevin vəfat etməsindən istifadə edərək mənzilin dəyərini razılaşmalarına uyğun olaraq ödəmədi. Onun imtina etməyindən sonra X10 ilə "xxxx" MTK arasında həmin mənzilə dair köhnə tarixə saxta müqavilə bağlanmışdır. Onlar arasında bağlanan müqavilə saxtadır, qanunvericiliyə uyğun deyil, heç bir hüquqi əsası yoxdur. Qeyd etmək istəyir ki, cavabdeh mənzilin ödənişlərini etmədiyi halda həmin mənzildə yaşamağa davam edir, hələ bu azmış kimi həyat yoldaşına aid qanuni müqavilənin etibarsızlığını tələb edir, bu məqsədə çatmaq üçün isə İnşaatçı-2002 MTK ilə köhnə tarixə müqavilə bağlayıb cinayət əməllərinə yol verirlər. Əgər Onların müqaviləsi var idisə, nə üçün ona zəng edib mənzili onun adına keçirməyini xahiş edirdi? İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun verdiyi izahatında göstərmişdir ki, tərəflərin danışdıqlarının hamısı yalandır. Elşən ilə Kifayət arasında evin satılmasına dair şifahi razılıq olduğunu, Elşənin 2020ci ilin fevral ayında bu mənzili aldığını, 2020-ci ilin oktyabr ayında isə Kifayətə satdığını bildirmişdir. Evin Kifayətə təhvil verdiyini bildirmişdir. Elşən vəfat etməzdən Elşən və onun ailəsi öncə Kifayətin ona 15000 manat borcu olduğunu, Kifayətin həmin pulu indi ödəyə biləcəyini, buna görə də barışıq sazişi hazırladığını bildirmişdir. İlk iddia üzrə iddiaçının iddia müddəti üçün kəsici iddia müddəti olduğunu, 2020-ci ilin 03 oktyabrda guya ki, olan müqavilə barədə tərəflərin məlumatı olduğunu, 3 illik iddia müddəti ötürdüyünü bildirmişdir. Doğurdan da, Kifayətlə arasında müqavilə bağlanmışsa, nəyə görə Kifayətə zəng edib adına çıxarışın onun adına keçirilməsini söyləndiyini bildirmişdir. Qalan pulun MTK-ya keçirilməli olduğunu bildiyi üçün ödənişi onlara etməkdən imtina etdiyini bildirmişdir. Həmin müqavilələrin 2020-ci ilə aid olmasını bildirmiş və müqavilələrin tədqiq olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatkarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin X8 ünvanladığı xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlərdən göstərir ki, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzilin üzərində hüququların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti əsasında aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində artıq bir dəfə **********11-05301-093044 reyestr nömrəli çıxarışla rəsimləşdirildiyi aşkar edilmişdir. - İcraçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 345 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəh, Ş.Əliyev 1-də 1-ci blok, 7-ci mərtəbə 35 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 64,67 kv.m-dir, mənzilin ümumi dəyəri 45000 manat, ilkin ödəniş 37000 AZN, qalan borc 8000 AZN olmaqla payçı 1 il ərzində hər ay 800 AZN olmaqla ödəniş edir. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəh, Ş.Əliyev pr-də yerləşən 16 mərtəbəli "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olan Bulud-Qaya yaşayış binası 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m olan 1 otaqlı 35 saylı mənzilin pay dəyərindən İddiaçı 37000 manat ödənilmişdir. Qalıq borc 8000 manat. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əliyev pr-də yerləşən 1 girişli 16 mərtəbəli "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olan Bulud-Qaya yaşayış binası 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m olan 1 otaqlı 35 saylı mənzilin pay dəyərindən İddiaçı 2000 manat ödəmiş. qalıq borc 6000 manat. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanında yerləşən 1 girişli, 16 mərtəbəli yaşayış binasının 1 ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m, yaşayış sahəsi 23,7 kv.m olan 1 otaqlı 35 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Arayış Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunması üçün verilir. - "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı üzv qəbul olunmaqla, 1 girişli, 16 mərtəbəli yaşayış binasının İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m, yaşayış sahəsi 23,7 kv.m olan 1 otaqlı 35 saylı mənzilin payçısı təsdiq edilsin. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilsin. - Qaz paylayıcısı ilə məişət qazqurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli AKX 02662xx/xx-2020 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı ilə «Qazdan istifadə Qaydaları»na uyğun olaraq müqavilə bağlanmışdır. - “Enerjitəchizatı” müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli xx.xx.2020-ci il tarixli 244601 saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə istehlakçı İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. - xx.xx.2022-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 259561 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. “ - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri”ndən Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzil **********11-05301-093044 reyestr nömrəsi və 16210892 qeydiyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 240 №li reyestr kitabının 3 №li vərəqində qeydiyyata alınmışdır. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanında yerləşən 1 girişli, 16 mərtəbəli yaşayış binasının İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m, yaşayış sahəsi 23,7 kv.m olan 1 otaqlı 35 saylı mənzilin pay dəyəri X29 tərəfindən tam olaraq ödənilmişdir. Arayış Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunması üçün verilir. - "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2020-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, X29 üzv qəbul olunmaqla, 1 girişli, 16 mərtəbəli yaşayış binasının İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m, yaşayış sahəsi 23,7 kv.m olan 1 otaqlı 35 saylı mənzilin payçısı təsdiq edilsin. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilsin. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericiliyə əsasən iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. İşin materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanında yerləşən 1 girişli, 16 mərtəbəli yaşayış binasının İ giriş, 7-ci mərtəbə, ümumi sahəsi 64,67 kv.m, yaşayış sahəsi 23,7 kv.m olan 1 otaqlı 35 saylı mənzili ilk olaraq X21 adına rəsmiləşdirilərək xx.xx.2020-ci il tarixli maliyyə arayışı və sözügedən MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 06 saylı protokolundan çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq "xxxx" Mənzil Tikinti Kooperativi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”sinə əsasən həmin mənzil 45000 manata sonuncuya satılmış, mənzilin ilkin olaraq 37000 manatı ödənilmiş, daha sonra isə 2000 və 8000 manat ödənilməklə sonuncuya bu ödənişlərə dair müvafiq maliyyə arayışları da verilmişdir. İlk iddiaçı mənzili əldə edəndən hazırki vaxta kimi orada yaşamaqda davam edir, bu müddət ərzində kommunal xidmətlərə dair aidiyyatı qurumlarla da müvafiq müqavilələr imzalamaqla abonent kimi xidmət haqlarını ödəyir. İlk iddia üzrə mübahisəli hal ondan ibarətdir ki, ilk iddiaçı mənzil üzrə satış məbləğini tam ödədikdən sonra MTK tərəfindən verilmiş müvafiq sənədlər əsasında o, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərkən həmin qurum tərəfindən verilən cavab məktubunda sözügedən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində artıq bir dəfə **********11-05301-093044 reyestr nömrəli çıxarışla X21 adına rəsimləşdirildiyi qeyd edilmişdir. Müəyyən edilmişdir ki, X29 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mübahisəli mənzil onun adına sağlığında ikən MTK ilə bağlanmış müqavilə, maliyyə arayışı və tarixli MTK-nın üzvlərinin ümumi iclasının 06 saylı protokolundan çıxarışı əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Vəkil1nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Beləliklə, məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış MTK ilə X29 arasında bağlanmış alqı-satqı müqaviləsi zahirən həmin əqdin etibarlı hesab edilməsinə əsas olan şərtlərə cavab versə də, tərəflər müqavilənin bütün mühüm şərtlərinə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, məhkəmə bununla bağlı da aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı MTK nümayəndəsinin, eləcə də, ilk iddia üzrə cavabdeh tərəfin izahatlarından aydın olur ki, istər MTK-nın, istərsə də, X15nun mənzilin X1, hissə-hisə ödənişlər etməsindən tam məlumatlı olmuş və faktiki olaraq bu alqı-satqı MTK tərəfindən X21 vasitəsilə (ödənişləri o qəbul edirdi) şüurlu və məqsədli şəkildə həyata keçirilmişdir. Belə ki, müəyyən edilmişdir ki, MTK tərəfindən mənzillər əvvəl MTK ilə şərikli fəaliyyət göstərən X21 adına rəsiləşdirilərək onun adına çıxarışlar əldə edilir, daha sonra isə vətəndaşlarla müqavilələr bağlanılır, sonuncular satış qiymətini tam ödəyəndən sonra mənzillərin X21 adından onların adına keçirilməsi yolu ilə onların mülkiyyətinə verilir. İşin bu halı məhkəməyə təqdim edilmiş, demək olar ki, eyni xarakterli işlər üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarında olan hazırki iş üzrə tərəf olan MTK nümayəndəsinin izahatları və məhkəmələrin müəyyən etdiyi hallar, eləcə də gəldiyi nəticələrlə da tam təsdiqi tapmışdır. Qeyd edilən iş üzrə məhkəmə aktları hazırki iş üzrə preyudisiyal əhəmiyyət daşımasa da, məhkəmə hesab edir ki, "xxxx" MTK və X29 arasında olmuş və davam etmiş münasibətlər baxımından həmin iş üzrə müəyyən edilmiş bəzi diqqətəlayiq mühüm məqamlar hazırki iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən onları qeyd etmək zəruridir. Belə ki, qanuni qüvvəsini almış qərarlarda göstərilmişdir ki, “İddiaçı X11 Cavabdeh1 və qeyrinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə ilk, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 cavabdehlər X19 və "xxxx" MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması tələbi barədə qarşılıqlı iddiasına dair» iş üzrə cavabdeh "xxxx" MTK tərəfindən ilk iddia əizəsinə dair yazılı mülahizəsindən və qarşılıqlı iddiaya olan etirazının məzmunundan aydın olur ki, "xxxx" MTK 2002-ci ildə təsis edilmiş və dövlət qeydiyatına alınmışdır. MTK-nın əsas fəaliyyəti mənzil tikintisindən ibarət olmuşdur. Təxminən 2013-cu ildə yaxın dostu X29 ona təklif etmişdir ki, onun oğlunun istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanda yerləşən torpaq sahəsində (45 sot) hündürmərtəbəli bina inşa etsinlər. Lakin E.B.Əliyev torpaq sahəsinin özəlləşdirilməsi və binanın tikintisi üçün maliyyə vəsaitinin olmadığını bildirmişdir. O, maliyyə vəsaiti tapmaq üçün bir sıra iş adamları ilə görüşüb danışmışdır. Həmin şəxslərdən biri də çoxdan tanıdığı, yaxşı münasibətlərinin olduğu, Ukraynada yaşayan iş adamı X14 olmuşdur. O, Arzumla danışaraq, yaxın dostu olan E.B.Əliyev ilə birlikdə onun oğlunun istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yeləşən torpaq sahəsində (45 sot) yaşayış binası inşa etmək istədiklərini, lakin topaq sahəsinin özəlləşdirilməsi və binanın inşası üçün pul lazım olduğunu, pulun əvəzində isə yekunda əldə ediləcək gəlirdən müəyyən faizi verməyə hazır olduqlarını bildirmişdir. Arzum təkliflə razı olmadığını və bir qədər fikirləşəcəyini bildirmişdir. Bundan sonra o təklikdə və dostu E.B.Əliyev ilə birlikdə bir neçə dəfə də Arzumla görüşüb işin detallarını danışmışlar. Nəhayət Arzum onların təklifini qəbul etmişdir. "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi kimi onun və E.B.Əliyev ilə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Arzum ümumilikdə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti verməyi, "xxxx" MTK-nın həm təsisçisi, həm də sədri kimi o, həmin torpaq sahəsində binanın inşası və onunla bağlı sənədləşmə işlərinin aparmağı, E.B.Əliyev isə oğlu Cavabdeh6 istifadəsində olan 45 sot torpaq sahəsini 250.000 manat dəyərləndirməklə həmin torpaq sahəsində bina inşası üçün ona təqdim etməyi öz öhdələrinə götürmüşlər. Aralarındakı razılığa əsasən əldə ediləcək gəlirlərdən ilk növbədə qoyulan pullar götürüləcək, yerdə qalan gəlirlərdən Arzum 50%, E.B.Əliyev 30 % və o isə 20 % götürməli idi. Bundan başqa aralarındakı razılığa əsasən binanın tikintisində istifadə edilməyən torpaq sahəsi üçün X29 torpağın özəlləşdirilməsinə çəkiləcək xərci öz payından Arzuma qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən o müxtəlif vaxtlarda Arzumdan ümumilikdə 1.000.000 ABŞ dollarını qəbul etmiş və işə başlamışdır. İlk növbədə torpağı Elşənin oğlunun adına özəlləşdirmişlər və bu iş ilə əlaqədar Arzumdan aldıqları puldan 180000 manat pul vəsaiti xərcləmişlər. Bundan sonra Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının lahiyələndirilməsi və tikintisi üçün "xxxx" MTK-nın adına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il 345 saylı sərəncamı alınmış, daha sonra isə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il 145 saylı sərəncamı ilə, "xxxx" MTK-nın adına 1 girişli 16 mərtəbəli binanın tikintisinə icazə verillmişdir. Binanın tikintisi 2019-cu ildə bitmiş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 081 nömrəli 1 girişli 16 mərtəbəli tikinti obyektinin istismara icazə aktı ilə istismara qəbul edilmişdir. Binada ümumi sahəsi 5637,15 kv.m olan 90 mənzil və o cümlədən, zirzəmi (497,36 kv.m) və qeyri-yaşayış sahəsi (426,84 kv.m) satışa çıxarılmışdır. Binanın inşasına və satışına ümumilikdə 4.460.104 manat pul vəsaiti xərclənmişdir. 75 mənzil və qeyri-yaşayış sahəsinin, eləcə də qaraj sahəsinin satışından isə 4.843.541 manat əldə edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi qalan 15 ədəd mənzil isə natura şəklində əvəzləşdirilmiş, yəni 1 kv.m-nin qiyməti 650 manat hesablanmaqla, 2 ədəd mənzil, ümumi sahəsi 236,38 kv.m olan ümumi dəyəri 153647 manat qəbul edilməklə ona 7 ədəd mənzil, ümumi sahəsi 517,04 kv.m olan ümumi dəyəri 336076 manat qəbul edilməklə E.B.Əliyevə təhvil verilmiş, 6 ədəd mənzil, ümumi sahəsi 709,14 kv.m olan ümumi dəyəri 460941 manat qəbul edilməklə iddiaçının adına sənədləşdirilmişdir. X20 ona təklif etmişdir ki, iddiaçıya təhvil verəcəkləri mənzilləri təmir etdirərək satsınlar. Belə ki, onda daha baha satmaq və bununla da daha çox gəlir götürmək olar. Satışdan əldə olunan gəlirdən iddiaçıya düşən payı vermələrini, qalan qazancı isə öz aralarında bölmələrini demişdir. O da onunla razılaşmışdır. Beləcə onlar həmin mənzilləri, yəni 1, 43, 55,61,67 və 85 saylı mənzilləri iddiaçının xəbəri olmadan Elşənin adına rəsmiləşdirmişlər. Belə ki, guya həmin mənzillər MTK tərəfindən E.B.Əliyevə satılmış, E.B.Əliyev isə mənzillərin dəyərini MTK-ya ödəmişdir. İddiaçının dediyi kimi, onların əlbir olub ona düşən payı mənimsəmək və ya qanunsuz yolla ələ keçirmək fikirləri olmamışdır. Çünki Arzuma mütəmadi olaraq o və mərhum E.B.Əliyev tərəfindən imzalanmış hesabatlar verilmiş və belə bir fikirləri olsaydı, bu hesabatları verməz və ya təhrif edib verərdilər. İşlər başlayandan maliyyə işlərinə E.B.Əliyev nəzarət etmiş, hesabatları öz imzası ilə təsdiqləmiş və ona təqdim etmişdir. O isə öz növbəsində hesabatları yoxladıqdan sonra MTK-nın möhürü və imzası ilə təsdiq etmişdir. Həmin hesabatlar iddiaçı Bakıya gələndə ona təqdim edilmişdir. Sadəcə olaraq iddiaçı xaricdə yaşadığından və pulu tələb etmədiyindən həmin mənzilləri daha baha satıb ona çatası payı vermək istəyirdilər. 2021ci ilin oktyabr ayına kimi olan hesabatlara tərəflərindən baxılmış və Arzuma onun payının tezliklə verəcəklərini bildirmişlər. Belə ki, 45 sot torpaq sahəsinin təxminən yarısı binanın inşası üçün istifadə edilsə də, digər yarısı E.B.Əliyevin oğlunun mülkiyyətində qalmışdır. Buna görə də torpağın özəlləşdirilməsinə çəkilmiş xərcdən 90.000 manatı iddiaçıya veriləcəyi o və E.B.Əliyev ona bildirmişlər. Həmçinin E.B.Əliyev və o Arzuma tezliklə mənzilləri satıb ona 6 ədəd mənzildən başqa, gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləği tam olaraq ödəyəcəyini bildirmişlər. Lakin qeyd etdiyi kimi E.B.Əliyevin qəfil vəfatı ilə əlaqədar yuxarıda qeyd edilənlərin icrası mümkün olmamışdır. O, E.B.Əliyevin vərəsələri ilə danışıb məsələni həll edəcəyini düşündüyündən Arzumdan bir qədər gözləməsini xahiş etmişdir. Lakin E.B.Əliyevin vərəsələri ilə danışdıqları uğursuz olmuş, hər hansı razılıq əldə edilməmişdir. O və E.B.Əliyev nə vəzifə səlahiyyətlərindən istifadə etməklə, nə də digər üsullarla iddiaçının əmlakını mənimsəmək və ya talamaq fikrində olmamış, onunla şəffaf şəkildə hesabatlar hesablanmış, ona düşən və iddia ərizəsində qeyd edilən məbləğləri qəbul etmişlər. Daha sonra göstərilmişdir ki, mənzillərə dair X15nun adına çıxarışlar olsa da həmin mənzillər MTK tərəfindən ona satılmamış, alqı-satqı həyata keçirilməmiş, yalnız formal olaraq adına rəsmiləşdirilmişdir. Heç mənzillər ona təhvil də verilməmişdir. Bu formallığın səbəbi ondan ibarətdir ki, X29 ona təklif etmişdir ki, iddiaçıya təhvil verəcəyi mənzilləri təmir etdirib satsınlar. Belə ki, onda daha baha satmaq və bununla da daha çox gəlir götürmək olar. Satışdan əldə olunan gəlirdən iddiaçıya düşən payı verməsi, qalan qazanci isə öz aralarında bölməsi barədə razılaşmışlar. Beləcə onlar həmin mənzilləri, yəni 1; 43; 55; 61; 67 və 85 saylı mənzilləri iddiaçının xəbəri olmadan Elşənin adına rəsmiləşdirmişlər. Belə ki, guya həmin mənzillər MTK tərfindən E.B.Əliyevə satılmış, E.B.Əliyev isə mənzillərin dəyərini MTK-ya ödəmişdir. Həmin mənzillərin dəyəri MTK-ya ödənilməmiş, həmin ödənişlərin MTK-nın kassasına və ya bank hesabına mədaxil edilməsi barədə də heç bir sənəd olmamışdır. Çıxarış almaqda məqsəd isə mənzilləri satmaqda çətinlik çəkməmək, həm ipoteka üçün hazır olması, həm də alıcılarda etibar hissi yaratmaq olmuşdur. Göründüyü kimi, həm qeyd edilən iş üzrə, həm də hazırki iş üzrə MTK nuümayəndəsi faktiki olaraq X29 və MTK arasında mənzil alqı-satqısı ilə bağlı heç bir razılığın olmadığını, mənzillərin hər hansınasa bir ödəniş sənədi olmadan, yəni MTK-nın kassasına mədaxil olmadan X21 adına rəsmiləşdirilməsini və sonradan sakinlərə satılmasını etiraf etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından görünür ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (MM, maddə “405.1). Araşdırma zamanı Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 44 saylı, 1 girişli yaşayış binasında yerləşən 35 saylı mənzillə bağlı "xxxx" MTK ilə X29 arasında etibarlı alqı-satqı müqaviləsinin olmadığı, həmin mənzilin dəyərinin X29 tərəfindən MTK-ya ödənilmədiyi, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər (Elşən Əliyev və MTK alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biri (müqavilənin obyekti) barəsində razılığa gəlmədiklərindən alqı-satqı müqaviləsi bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə alqısatqı müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud olmadığından ilk iddia tələbləri tam əsaslıdır. Məhkəmə göstərilən nəticəyə gələrkən mübahisəli mənzilin istər X15nun adına özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, istərsə də, ilk iddiaçının adına müvafiq rəsmiləşdirmələrin aparılmasının "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X12 imzası ilə aparılmasını da diqqətə almış və hesab edir ki, bu halın da mövcudluğu mübahisəli mənzilin X21 adına formal alqı-satqı müqaviləsi əsasında, hüquqi nəticəyə yaratmaq niyyəti ilə deyil, MTK nümayəndəsinin izahatında göstərilən niyyətlərini həyata keçirmək məqsədi ilə görünüş üçün bağlanmasını bir daha təsdiq edir. Mülki Məcəllənin 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. "xxxx" MTK və X29 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli maliyyə arayışı tərtib edilərkən tərəflər arasında pul formasında vəsait ödənişi həyata keçirilməsi öz təsdiqini tapmadığından və mübahisəli mənzilin də faktiki olaraq ilk iddiaçıya əvəzli qaydada MTK tərəfindən satılaraq sonuncunun satış üzrə tam ödəniş etməyini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən etibarsız sayılmış əqd üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, eləcə də pul vəsaiti geri qaytarılması qəanətinə gəlmək mümkün olmur. Məhkəmə ilk iddia üzrə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə də qiymət verərək qeyd etməyi zəruri sayır ki, ilk iddiaçının ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmalkın dövlət reyestrində X21 adına **********11-05301-093044 reyestr nömrəli çıxarışla rəsimləşdirildiyinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişi aldığı an hüquqlarının pozulduğunu bilməsi anı olduğu üçün tərəfindən hazırki iddia ilə X29 ilə MTK arasında bağlanmış alqı-satqı müqaviləsinin və digər sənədlərin etibarsızlığı ilə bağlı müraciət edərkən iddia müddətinin ötürülməsinə yol verilməmişdir. Araşdırılmış və müəyyən edilmiş hallar əsasında məhkəmə ilk iddia tələblərinin tam əsaslı olduğu üçün təmin edilməsi qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək ilk növbədə qarşılıqlı iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməsini zəruri sayır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, qarşılıqlı iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsinin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçının hazırki iddianı qaldırmağa sübyektiv hüququ olmuş olsa idi belə, iddiasına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi tətbiq edilməklə qiymət verilməsi mütləqdir. Belə ki, qeyd edilən normaya əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunvericiliyə əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Məhkəmə bununla yanaşı həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas da müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı həmin müqavilələrin keçmiş tarixə imzalandığını və saxta olmasını göstərsə də, bu halı təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır. Bu halda həmçinin işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, məhkəmə qeyd etməyi də zəruri sayır ki, qarşılıqlı iddiaçı X10 ilə "xxxx" MTK arasında mübahisəli mənzilə dair köhnə tarixə, saxta müqavilə bağlanmasını qeyd etməklə yanaşı, eyni zamanda X4 ikən X10 arasında olan razılaşmaya əsasən sonuncu mənzilə köçərək yaşamağa başlamasını, kredit şərtləri ilə ödənişləri verib tamamlayandan sonra ünvan 4 ünvanında yerləşən 35 saylı mənzil X21 adından onun adına rəsmiləşdiriləcəyini, bu razılaşmadan sonra cavabdehin həmin mənzilə köçərək bu günədək orada yaşamağa başlaması kimi faktları da aydın şəkildə göstərməklə mənzilin mərhum ərinin vasitəsilə MTK tərəfindən cavabdehə satılmasını etiraf etmişdir. İşin bu halı da "xxxx" MTK ilə X29 arasında olmuş və davam etmiş fəaliyyət nəticəsində X6 mənzili yuxarıda sadalanan qaydada əldə edilməsinin növbəti təsdiqidir. Həmçinin, qarşılıqlı iddiaçının X6 mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozması və onlara heç bir ödəniş etməməsi, mənzilin ödənişlərini etmədiyi halda həmin mənzildə yaşamağa davam etməsi, hələ bu azmış kimi həyat yoldaşına aid qanuni müqavilənin etibarsızlığını tələb etməsi kimi etirazın xüsusatları da mənzilin faktiki olaraq X21 adına olan qeydiyyatının formal olmasının göstəricsidir və belə olan halda məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçının övladları ilə birlikdə mərhumun vərəsəsi olaraq həmin evi özlərinə münasibətdə miras əmlak kimi qiymətləndirmələrinə dair dəlilləri əsassız və əhəmiyyətsizdir. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmaqla dizpozisiya əlamətləri ilə və hazırki işin faktiki halları da onun istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından qarşılıqlı iddia əsassız sayılmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslandırıcı hissədə təsbit edilmiş qaydada qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun məbləği qarşılıqlı iddiaçının özünə, ilk iddia tələbi isə təmin edildiyindən ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilk iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. "xxxx" MTK və X29 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç. ev 44 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli maliyyə arayışı, xx.xx.2020-ci il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 06 saylı protokolundan çıxarışı etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı ünvan 9 ünvanında yerləşən 35 saylı mənzilə dair X21 adına mülkiyyət hüququnun qeydə alınması ilə bağlı **********11-05301-093044 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qeydiyyat tarixli 16210892 qeydiyat nömrəli qeydi və onun əsasında verilmiş çıxarış ləğv edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, müqavilənin, maliyyə arayışının, ümumi iclasın protokolundan çıxarışın etibarsız sayılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov