Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5813/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın və əşyaların qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi, döngə 5,ev 5- A ünvanında yerləşən: mebel yataq dəsti, (qoşa çaıpayı (taxt), benç, 2 tumba, 1 tirmo, 1 şifoner), lüstur- 1 ədəd, xalça-1 ədəd, böyük,çəhrayı tül pərdə- 1 ədəd, günlük-1 ədəd, naçnik-2 ədəd, sərinkeş-1 ədəd, əl blendiri-1 ədəd, qoşa döşək- 1 ədəd, qoşa yorğan -1 ədəd, balış-6 ədəd, qış üşün yataq üzü (çəhrayı)-1 ədəd, yay üçün yataq üzü (qızılı)-1 ədəd, pastel dəsti -5 dəst, Toğrulun yorğanı-1 ədəd, Toğrulun bulud yastığı (üzərində” Toğrul” yazılıb)-1 ədəd, Toğrulun buxov adyalı-1 ədəd, Toğrulun pasteli-2 dəst, Toğrulun göy kombizon kurtqası( əlcək daxil)-1 ədəd, palto (göy,yaşıl)-2 ədəd, Kurtqa (çəhrayı)-1 ədəd, dəri pencək( qırmızı)-1 ədəd, don-5 ədəd, şalvar-3 ədəd, kofta-4 ədəd, ev geyim dəsti-4 dəst, ayaqqabı-4 cüt, çəkmə-2 cüt, yay ayaqqabısı-1 cüt, çanta-2 ədəd, kosmetik əşyalar və ətirlər saç feni-2 ədəd, həkim sənədləri (Toğrulun və Əsmərin), kitablar (Toğrulun və Əsmərin), yataq üstü oyuncaq-1 ədəd, qəhvə fincanı dəsti-1 dəst, universitet venetkası-1 ədəd, yubqa-2 ədəd, qardirob üçün paltar asılqanları adlı əşyalarının çıxarılması və yarasız hala düşən əşyalarının dəyərinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 14 fevral 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda rəsmi qaydada nikahları xx.xx.2022-ci il tarixdə Ağdam rayon Məhkəməsinin № 2(013)-18/2022 qətnaməsi ilə xitam verilmişdir və iddiaçı ailəsının yaşadığı evə qayıtmışdır. Hal hazırda azyaşlı X2 ilə birgə ailəsi ilə yaşayır. İddiaçı nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi, döngə 5,ev 5-A ünvanında yerləşən mənzilə gəlin köçmüş və “cehiz” kimi müəyyən daşınar əmlakı, o cümlədən qızıl əşyaları özü ilə gətirmişdir. Ona məxsus olan cehiz əşyaları gəlin köçdüyü Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi, döngə 5,ev 5-A ünvanında qalmışdır. Cavabdehdə qalan əşyaları aşağıdakılardan ibarətdir: mebel yataq dəsti, (qoşa çaıpayı (taxt), benç, 2 tumba, 1 tirmo, 1 şifoner), lüstur- 1 ədəd, xalça-1 ədəd, böyük,çəhrayı tül pərdə- 1 ədəd, günlük-1 ədəd, naçnik-2 ədəd, sərinkeş-1 ədəd, əl blendiri-1 ədəd, qoşa döşək- 1 ədəd, qoşa yorğan -1 ədəd, balış-6 ədəd, qış üşün yataq üzü (çəhrayı)-1 ədəd, yay üçün yataq üzü (qızılı)-1 ədəd, pastel dəsti -5 dəst, Toğrulun yorğanı-1 ədəd, Toğrulun bulud yastığı (üzərində” Toğrul” yazılıb)-1 ədəd, Toğrulun buxov adyalı-1 ədəd, Toğrulun pasteli-2 dəst, Toğrulun göy kombizon kurtqası( əlcək daxil)-1 ədəd,Toğrulun elektrikli minik uşaq maşını-1 ədəd, palto (göy,yaşıl)-2 ədəd, Kurtqa (çəhrayı)-1 ədəd, dəri pencək( qırmızı)-1 ədəd, don-5 ədəd, şalvar-3 ədəd, kofta-4 ədəd, ev geyim dəsti-4 dəst, ayaqqabı-4 cüt, çəkmə-2 cüt, yay ayaqqabısı-1 cüt, çanta-2 ədəd, kosmetik əşyalar və ətirlər saç feni-2 ədəd, həkim sənədləri (Toğrulun və Əsmərin), kitablar (Toğrulun və Əsmərin), yataq üstü oyuncaq-1 ədəd, qəhvə fincanı dəsti-1 dəst, universitet venetkası-1 ədəd, yubqa-2 ədəd, qardirob üçün paltar asılqanları. Yuxarıda adları qeyd edilən cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməldir. Qeyd edilən cehiz əşyaları hal hazıra qədər cavabdehin ünvanındadır. Həmin cehiz əşyalarının bəziləri yararsız halına salınıb. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbəradrlıq edilsədə bu günə qədər heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, elektrikli minik uşaq maşını cavabdeh tərəfindən qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, tələb edilən bütün əmlaklar ondadır və o, bu əmlakları qaytarmağa hazırdır. Əlavə olaraq iddia ərizəsində qeyd edilən elektrikli minik uşaq maşını cavabdehə qaytarmışdır. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2019-cu il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşağı olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əmlakları cavabdehin yaşadığı Qaraçuxur qəsəbəsi Şərq yaşayış massivi, döngə 5,ev 5-A ünvanındakı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əmlakın mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində göstərilən cehiz əmlak cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla belə, tələb edilən yararsız hala düşən əşyaların dəyərinin alınması ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan cehiz əmlakın və qızıl-zinət əşyalarının dəyəri barədə məhkəməyə hər hansı mötəbər sübut (qiymət kağızı, ödəmə qəbzi, hesab-faktura və s.) təqdim edə bilməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır və həmin əmlakların qiymətləndirilməsinə heç bir zərurət yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, yataq mebeli dəsti, (qoşa çaıpayı (taxt), benç, 2 tumba, 1 tirmo, 1 şifoner), 1 ədəd lüstur, 1 ədəd, xalça, 1 ədəd böyük, çəhrayı tül pərdə, 1 ədəd günlük, 2 ədəd naçnik, 1 ədəd sərinkeş, 1 ədəd əl blendiri, 1 ədəd qoşa döşək, 1 ədəd qoşa yorğan, 6 ədəd balış, 1 ədəd qış üçün yataq üzü (çəhrayı), 1 ədəd yay üçün yataq üzü (qızılı), 5 dəst pastel dəsti, 1 ədəd Toğrulun yorğanı, 1 ədəd Toğrulun bulud yastığı (üzərində” Toğrul” yazılıb), 1 ədəd Toğrulun buxov adyalı, 2 dəst Toğrulun pasteli, 1 ədəd Toğrulun göy kombizon kurtqası( əlcək daxil), 2 ədəd palto (göy,yaşıl), 1 ədəd kurtqa (çəhrayı), 1 ədəd dəri pencək( qırmızı), 5 ədəd don, 3 ədəd şalvar, 4 ədəd kofta, 4 dəst ev geyim dəsti, 4 cüt ayaqqabı, 2 cüt çəkmə, 1 cüt yay ayaqqabısı, 2 ədəd çanta, 2 ədəd kosmetik əşyalar və ətirlər saç feni, həkim sənədləri (Toğrulun və Əsmərin), kitablar (Toğrulun və Əsmərin), 1 ədəd yataq üstü oyuncaq, 1 dəst qəhvə fincanı dəsti, 1 ədəd universitet venetkası, 2 ədəd yubqa, qardirob üçün paltar asılqanları Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən yataq mebeli dəsti, (qoşa çarpayı (taxt), benç, 2 tumba, 1 tirmo, 1 şifoner), 1 ədəd lüstur, 1 ədəd, xalça, 1 ədəd böyük, çəhrayı tül pərdə, 1 ədəd günlük, 2 ədəd naçnik, 1 ədəd sərinkeş, 1 ədəd əl blendiri, 1 ədəd qoşa döşək, 1 ədəd qoşa yorğan, 6 ədəd balış, 1 ədəd qış üçün yataq üzü (çəhrayı), 1 ədəd yay üçün yataq üzü (qızılı), 5 dəst pastel dəsti, 1 ədəd Toğrulun yorğanı, 1 ədəd Toğrulun bulud yastığı (üzərində” Toğrul” yazılıb), 1 ədəd Toğrulun buxov adyalı, 2 dəst Toğrulun pasteli, 1 ədəd Toğrulun göy kombizon kurtqası( əlcək daxil), 2 ədəd palto (göy,yaşıl), 1 ədəd kurtqa (çəhrayı), 1 ədəd dəri pencək( qırmızı), 5 ədəd don, 3 ədəd şalvar, 4 ədəd kofta, 4 dəst ev geyim dəsti, 4 cüt ayaqqabı, 2 cüt çəkmə, 1 cüt yay ayaqqabısı, 2 ədəd çanta, kosmetik əşyalar və ətirlər, 2 ədəd saç feni, həkim sənədləri (Toğrulun və Əsmərin), kitablar (Toğrulun və Əsmərin), 1 ədəd yataq üstü oyuncaq, 1 dəst qəhvə fincanı dəsti, 1 ədəd universitet venetkası, 2 ədəd yubqa, qardirob üçün paltar asılqanları Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5813/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5813/2023
25.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver