Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5826/2024 19.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun qardaşı X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etmiş və dəfn edilmişdir. Həmin tarixlərdə dəfn mərasimi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişlər. O, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs məktubunda bildirilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparıldığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X1 Elçin Əliəşrəf oğlunun 30 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X5 onun həyat yoldaşı olmuşdur. Onlar arasında 2001-ci ildə rəsmi nikah bağlanmışdır və bu nikahdan övladları vardır. Həyat yoldaşının heç bir xəstəliyi olmamışdır, lakin işdən evə gələndə ürəyi sancmış və Abşeron rayonu, Məmmədli kəndində yerləşən evdə 30 sentyabr 2024-cü il tarixdə qəfildən vəfat etmişdir. X2 rayonu, Məmmədli kəndində dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X5 onun qaynı olmuşdur, sağ ikən Abşeron rayonu, Məmmədli kəndində yaşamış, daha sonra orada 30 sentyabr 2024-cü il tarixdə ürək tutmasından vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 25 avqust 1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X5 11 dekabr 1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X10 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Məmmədli kəndi, E. Əliyev küçəsi ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 08 oktyabr 2024cü il tarixli, 3-16-5/8-15-2529/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, 18-1-20/2-S-1325-42- 850/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. E. Süleymanovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli, 223 nömrəli arayışdan görünür ki, Ərizəçi TTTYS-nin xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”nə əsasən dünyasını dəyişmiş qardaşı X2 rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 11 dekabr 1976-cı il təvəllüdlü X3 30 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 dekabr 1976-cı il təvəllüdlü X3 30 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5826/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5826/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver