Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5902/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 06.08.1950-ci il təvəllüdlü X3 Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən 89 saylı evdə 03.08.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və ünvan 2 ünvanında yaşamış 06.08.1950-ci il təvəllüdlü X4 onun doğma atasıdır. Atası ünvan 1 ünvanında qeydiyyatda olsa da, ölən günə qədər onun yanında yəni, ünvan 2 ünvanında yaşamış və 03.08.2021-ci il tarixdə də həmin ünvanda vəfat etmişdir. Belə ki, 03.08.2021-ci il tarixdə atasının vəziyyəti qəfil pisləşmiş və o, həmin an Təcili və X7 Stansiyasına zəng etmiş, evə həkim briqadası gəlmiş, atasını müayinə etmiş, artıq atasının vəfat etdiyini bildirmişlər. Bu barədə ona xəbərdarlıq vərəqəsi də təqdim edilmişdir. Həmin xəbərdarlıq vərəqəsi ona təqdim edildikdən sonra o, Abşeron rayonu Mərkəzi Xəstəxanasına müraciət edərək, mərhum atasına ölüm haqqında şəhadətnamənin verilməsindən ötrü rəsmi şəkildə müraciət etmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 06.08.2021-ci il tarixli, 1205 nömrəli məktubla atasının ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə”nin verilmədiyi göstərilmişdir. Belə ki, daha sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, atasına ölüm haqqında şəhadətnamə almaq istəmiş, lakin həmin qurum tərəfindən ona 08.09.2021-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 25.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi anası, mərhum X3 isə həyat yoldaşıdır. X4 rəhmətə gedənə qədər bir yerdə yaşamışlar. Güloğlan yaşlandığından, hətta bir neçə dəfə müvazinətini itirmiş, yıxılmışdır. 03.08.2021-ci il tarixdə axşam saat 17:00 radələrində mərhum evin eyvanından otağa daxil olanda müvazinətini itirərək yıxılmışdır. O, yoldaşına yardım etmiş, üzünə su vurmuş, lakin tərpənmədiyini görmüşdür. Dərhal qonşulara xəbər vermiş, qonşuları təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım heyəti gələnədək mərhum vəfat etmiş və sənədləşdirib getmişlər. Mərhumun ölüm səbəbi təbii ölüm olmuş, hər hansı bir bədbəxt hadisədən baş verməmişdir. Həkimlər ölüm səbəbinin böyük ehtimalla ürək təzyiqindən olduğunu bildirmişlər. 25.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı, mərhum X4 isə onun atasıdır. Onun digər bacısı Günel tibbi əməliyyat keçirdiyindən, o, bacısının qulluğunda olduğundan bacısıgildə olub. 03.08.2021-ci il tarixdə saat 8-9 arasında bacısı ona zəng edərək atasının vəfat etdiyini bildirmiş, o, dərhal atasığilə getmiş, atasının rəhmətə getdiyini görmüşdür. O, evlərinə çatanda təcili tibbi yardım işçilərinin artıq getdiyini görmüşdür. Həkimlər onun atasının ölüm səbəbi kimi qan təzyiqindən olduğunu bildirmişlər. Belə ki, atası anasının yanında qəflətən dünyasını dəyişmişdir. Atası heç bir bədən xəsarəti almamış, ölümünə səbəb hər hansı bir bədbəxt hadisə olmamış, təbii ölüm nəticəsində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 03.08.2021-ci il tarixli Təcili və X7 X2 görünür ki, X3 adına həmin tarixdə saat 22:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə X14 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 1205 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İ.Baxşəliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 08.09.2021-ci il tarixli 05/Q- 1269/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Bakı şəhəri Qaradağ rayonu Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli 02/700 saylı arayışdan görünür ki, Ərizəçi atası X4 həqiqətən də 04.08.2021-ci il tarixdə Lökbatan Qəbiristanlığında dəfn olunmuşdur. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi S.Rüstəm küçəsi, 89 saylı evdə ölən günədək yaşamışdır. -Yasamal RPİ tərəfindən verilmiş 04.01.2005-ci il tarixli AZE № 02487533 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi, 11 saylı evdə qeydiyyatda olmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri, S.Rüstəm küçəsi, 89 saylı evdə qeydiyyatdadır. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, X4 03.08.2021-ci il tarixdə vəfat etmiş və dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 ərizəçinin atası olmuş, sonuncu 03.08.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X3 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X3 03.08.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, S.Rüstəm küçəsi, 89 saylı evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin atası X4 03.08.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, S.Rüstəm küçəsi, 89 saylı evdə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06.08.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 03.08.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, S.Rüstəm küçəsi, 89 saylı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.08.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 03.08.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, S.Rüstəm küçəsi, 89 saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5902/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5902/2021
28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver