Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5913/2022 26.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri 23 dekabr 1964-cü il təvəllüdlü X1 15 may 2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır.Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, ərizəçi ölüm şəhadətnaməsinin əldə edilməsi üçün ilkin olaraq müvafiq qeydiyyat şəbəsinə müraciət etməmişdir, bu barədə sənəd iş materiallarında yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4. maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi 23 dekabr 1964-cü il təvəllüdlü X1 15 may 2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ilkin olaraq müvafiq Qeydiyyat Şöbəsinə müraciət etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152.1.6, 263, 264, 267, 268, 307.2.8, 308 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Əirzəçiyə əri 23 dekabr 1964-cü il təvəllüdlü X1 15 may 2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ilkin olaraq müvafiq qeydiyyat şöbəsinə müraciət etməsi ona izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5913/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5913/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver