Məhkəmə qərarları › İş №2(012)-595/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-595/2024

28.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-595/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Elchin Muradovun (X22), Cavabdehlər Cavabdeh17, Cavabdeh4 və Cavabdeh12 iştirakı ilə, İddiaçı Elchin Muradovun (X13) cavabdehlər Cavabdeh17, Abşeron rayon 2 saylı və 1 saylı dövlət notariat kontorlarına, 1 saylı Sumqayıt regional Cavabdeh1 notariat ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X2, Cavabdeh15 və Cavabdeh16 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrlərdən çıxarışların ləğv olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Elchin Muradov (X22) cavabdehlər Cavabdeh17, Abşeron rayon 2 saylı və 1 saylı dövlət notariat kontorlarına, 1 saylı Sumqayıt regional Cavabdeh1 notariat ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X2, Cavabdeh15 və Cavabdeh16 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrlərdən çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1 saylı və 2 saylı notariat kontorları tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli. 4Ə-991 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 4Ə-742 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə- 1786 və 4Ə-1787 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 4Ə-1719 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 və Cavabdeh6 adına verilmiş **********21, Cavabdeh5 və Cavabdeh6 adına verilmiş **********22, Cavabdeh7 adına verilmiş **********58 və **********58-10301, Cavabdeh8 adına verilmiş **********58-10301, Cavabdeh9 adına verilmiş **********75 və **********75-10301, Cavabdeh10 adına verilmiş **********74 və **********74-10301, Cavabdeh11 və Cavabdeh12 adına verilmiş **********65, X1 adına verilmiş **********07 və **********07-10301, Cavabdeh13 və Cavabdeh15 adına verilmiş **********34, Cavabdeh16 adına verilmiş **********14 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsi ilə Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2V-1- 23 reyestr nömrəli və xx.xx.2019-cu ii tarixli, 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X22, cavabdehlər Cavabdeh17, X16, X17, X14 və X6 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsi icra üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 1 ünvanlanmış, lakin qətnamənin icrası bu günə qədər təmin edilməmişdir. Rəsmi və qeyrirəsmi məlumatlara əsasən ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsi dəfələrlə özgəninkiləşdirilmişdir. Bundan başqa, rəsmi cavab məktubunda Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsinin xx.xx.2023-cü il tarixində 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olduğu qeyd olunmuşdur. Abşeron Rayon Məhkəməsində 2(012)-2863/2022 saylı mülki iş üzrə məhkəmə araşdırması aparılan zaman mübahisə predmeti olan torpaq sahəsinin hüququ rejiminə dair müvafiq sorğular ünvanlanmamış, daşınmaz əmlakın üzərinə qanuna uyğun şəkildə məhdudiyyətin qoyulması barədə iddianın təmini tədbirləri görülməmişdir. Sonradan məlum olmuşdur ki, mübahisə predmeti olan 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, sonradan ləğv edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh17 adına özgəninkiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə Cavabdeh17 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. xx.xx.2019-cu il tarixdən mübahisə predmeti olan torpaq sahəsi ilk dəfə özgəninkiləşdirilmiş, sonuncu özgəninkiləşdirilmə isə xx.xx.2023-cü il tarixdə baş vermişdir. 4 saylı Abşeron Ərazi İdarəsi iş üzrə maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsinin izah edilməsi barədə ərizə ilə müraciət etmiş, lakin ərizə təmin edilməmişdir. Həmin ərizədən məlum olmuşdur ki, Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 382 və 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.06 ha torpaq sahəsindən 0.03 ha hissəsi Cavabdeh4, 0.03 ha hissəsi isə Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-991 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.0094 ha hissəsi Cavabdeh7, 0.0069 ha hissəsi Cavabdeh9, 0.009 ha hissəsi isə Cavabdeh10 adına özgəninkiləşdirilmişdir (0.0047 ha ümumi yol üçün ayrılmışdır). 0.0094 ha torpaq sahəsi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 29.04.202.2-ci il tarixli, 4Ə-742 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh8 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində Cavabdeh8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0069 ha torpaq sahəsi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********75-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.009 ha torpaq sahəsi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********74-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.006 ha hissəsi Cavabdeh11, 0.0065 ha hissəsi X1, xx.xx.2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.0057 ha Cavabdeh13, 0.01 ha hissəsi isə Cavabdeh16 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0018 torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə idarədə məlumat yoxdur. 0.006 ha torpaq sahəsi üzərində Cavabdeh11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.006 ha torpaq sahəsi Cavabdeh12 adına özgəninkiləşdirilmişdir. Sənəd hazırda dövriyyədədir. 0.0065 ha torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********07 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********07-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0057 torpaq sahəsi üzərində Cavabdeh13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.11,2020-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0057 ha torpaq sahəsi Cavabdeh15 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21,02.2023-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.01 ha torpaq sahəsi üzərində Cavabdeh16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********14 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd edilənlərə və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrin əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair aparılmış qeydlərin və çıxarışların ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, yalnız bu müqavilələr etibarsız hesab edildikdən və müvafiq çıxarışlar ləğv edildikdən sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2863/2022 saylı qətnaməsinin icrası mümkün olacaqdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Elchin Muradov (X22) iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh17, Cavabdeh4 və Cavabdeh12 iddia ilə razılaşmadılar və onun əsassız olduğunu bildirdilər. İş üzrə digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2863/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-23 reyestr nömrəli və xx.xx.2019-cu ii tarixli, 2V-63 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X22, cavabdehlər Cavabdeh17, X16, X17, X14 və X6 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir. - DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 21 avqust 2004-cü il tarixli, 59 nömrəli qərarı və 28 dekabr 2018-ci il tarixli, 21 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən ünvan 2ində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********28 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-63 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsi Cavabdeh17 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh17 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********28 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.06 ha torpaq sahəsindən 0.03 ha hissəsi Cavabdeh4, 0.03 ha hissəsi isə Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-991 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.0094 ha hissəsi Cavabdeh7, 0.0069 ha hissəsi Cavabdeh9, 0.009 ha hissəsi isə Cavabdeh10 adına özgəninkiləşdirilmişdir (0.0047 ha ümumi yol üçün ayrılmışdır). 0.0094 ha torpaq sahəsi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-742 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh8 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində Cavabdeh8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0069 ha torpaq sahəsi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.11,2020-ci il tarixindo **********75-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.009 ha torpaq sahəsi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********74-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.006 ha hissəsi Cavabdeh11, 0.0065 ha hissəsi X1, xx.xx.2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.0057 ha Cavabdeh13, 0.01 ha hissəsi isə Cavabdeh16 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0018 torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə idarədə məlumat yoxdur. 0.006 ha torpaq sahəsi üzərində Cavabdeh11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə- 1719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.006 ha torpaq sahəsi Cavabdeh12 adına özgəninkiləşdirilmişdir. Sənəd hazırda dövriyyədədir. 0.0065 ha torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********07 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********07-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0057 torpaq sahəsi üzərində Cavabdeh13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0057 ha torpaq sahəsi Cavabdeh15 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.01 ha torpaq sahəsi üzərində Cavabdeh16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********14 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 2863/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixində 4 saylı Abşeron Ərazi idarəsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-23 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X22, cavabdehlər Cavabdeh17, X16, X17, X14 və X6 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi özgəninkiləşdirildiyindən qətnamənin icrası mümkün olmamışdır. Məktubda qeyd edilən alqı-satqı müqvilələri sorğu vasitəsilə müvafiq notariat ofislərindən tələb edilmişdir. - 29 mart 2019-cu il tarixli AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqısatq müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh17 mülkiyyətində olan ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini 4000 manata Cavabdeh4, 0,03 ha hissəsini isə 4000 manata Cavabdeh5 satmışdır. - Abşeron Rayon Məhkəməsinin 2(012)-79/2012 saylı, 23 yanvar 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 saylı torpaq sahəsinin mərhum X8 aid miras hissəsinin X18, X14, X24 və X19 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. - xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, 03 fevral 2006-cı ildə vəfat etmiş X4 vərəsələri əri X20 və övladı X9r. Miras əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 saylı 0,024 ha torpaq sahəsindən ibarətdir. - MA ******* saylı xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 saylı 0,012 ha torpaq sahəsinin 3/10 hissəsi X7, 3/10 hissəsi X5, 2/10 hissəsi X15, 2/10 hissəsi isə X10 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Buna görə də mülki hüquq subyektlərinin bu şəkildə əqd bağlamaqla meydana gətirdikləri hüquqi görünüşə etimad göstərən üçüncü şəxs qismində çıxış edən mülki dövriyyənin digər iştirakçılarının maraqları qanunvericilik tərəfindən xüsusi olaraq qorunur. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X12 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşdən görünür ki, mübahisəli 0,6 ha torpaq sahəsinin mülkiyyətçisi iddiaçının atası D.X.Muradov olmuş və o, 20 dekabr 2013-cü ildə ölmüşdür. Mülki iş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən göründüyü kimi, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-23 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X3 miras qalmış ** BG *** qeydiyyat nişanlı, “Oka” minik markalı avtomaşın üzərində X11, xx.xx.2019-cu il tarixli 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən isə ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində Cavabdeh17 vərəsəlik hüququ tanınmışdır. İş materiallarından göründüyü kimi, X17, X16, X14 və X21 xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ərizələri əsasında, mərhum atalarından miras qalmış torpaq sahəsinə münasibətdə onlara çatası paydan qardaşları Cavabdeh17 xeyrinə imtina etmişlər. Lakin bu əməliyyatlar sonradan Elchin Muradov təəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən onun iddiası təmin edilmiş, Abşeron rayonu 2 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-23 reyestr nömrəli və xx.xx.2019-cu ii tarixli, 2V-63 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum X3 miras qalmış, ünvan 2ində yerləşən 0,06 ha torpaq sahəsinə münasibətdə iddiaçı X22, cavabdehlər Cavabdeh17, X16, X17, X14 və X6 hər birinin 1/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir. X27 bu qətnaməyə istinad edərək, 1 saylı və 2 saylı notariat kontorları tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli. 4Ə-991 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli, xx.xx.2022ci il tarixli, 4Ə-742 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 4Ə-1719 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 və Cavabdeh6 adına verilmiş **********21, Cavabdeh5 və Cavabdeh6 adına verilmiş **********22, Cavabdeh7 adına verilmiş **********58 və **********58-10301, Cavabdeh8 adına verilmiş **********58-10301, Cavabdeh9 adına verilmiş **********75 və **********75-10301, Cavabdeh10 adına verilmiş **********74 və **********74-10301, Cavabdeh11 və Cavabdeh12 adına verilmiş **********65, X1 adına verilmiş **********07 və **********07-10301, Cavabdeh13 və Cavabdeh15 adına verilmiş **********34, Cavabdeh16 adına verilmiş **********14 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünüdüyü kimi, Cavabdeh17 atasından miras qalmış 0,06 ha torpaq sahəsini 29 mart 2019-cu il tarixli AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satq müqavilələrinə əsasən özgəninkiləşdirərkən bu əmlaklarda 1/6 hissədə payı olan Elchin Muradovun razılığı alınmamışdır. Bu isə həmin əqdlərin etibarsızlığı üçün əsasdır. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-382 və 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.06 ha torpaq sahəsindən 0.03 ha hissəsi Cavabdeh4, 0.03 ha hissəsi isə Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-991 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1467, 4Ə-1468 və 4Ə-1469 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.0094 ha hissəsi Cavabdeh7, 0.0069 ha hissəsi Cavabdeh9, 0.009 ha hissəsi isə Cavabdeh10 adına özgəninkiləşdirilmişdir (0.0047 ha ümumi yol üçün ayrılmışdır). 0.0094 ha torpaq sahəsi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********58 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-742 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh8 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi üzərində Cavabdeh8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində **********58-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0069 ha torpaq sahəsi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.11,2020-ci il tarixindo **********75-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.009 ha torpaq sahəsi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********74-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1128 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1786 və 4Ə-1787 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.03 ha torpaq sahəsindən 0.006 ha hissəsi Cavabdeh11, 0.0065 ha hissəsi X1, xx.xx.2020-ci il tarixli, 4Ə-1800 və 4Ə-1801 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən 0.0057 ha Cavabdeh13, 0.01 ha hissəsi isə Cavabdeh16 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0018 torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə idarədə məlumat yoxdur. 0.006 ha torpaq sahəsi üzərində Cavabdeh11 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə- 1719 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.006 ha torpaq sahəsi Cavabdeh12 adına özgəninkiləşdirilmişdir. Sənəd hazırda dövriyyədədir. 0.0065 ha torpaq sahəsi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********07 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********07-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.0057 torpaq sahəsi üzərində Cavabdeh13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Sumqayıt regional Cavabdeh1ndə notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-161 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0057 ha torpaq sahəsi Cavabdeh15 adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi üzərində Cavabdeh15 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-ci il tarixində **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 0.01 ha torpaq sahəsi üzərində Cavabdeh16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********14 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair bir neçə alqı-satqı əməliyyatı aparılmışdır və əmlakı dəyərini ödəməklə əldə edən şəxslər vicdanlı alıcı statusuna malikdirlər. Belə ki, N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış bütün müqavilələr üzrə əqdin tərəfləri öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən şəxslər satış predmeti olan torpaq sahəsini alıcı şəxslərin mülkiyyətinə vermiş, onlar isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişlər. Bu isə tərəflərin alğısatqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). İş materiallarında cavabdehlərin alqı-satqı müqavilələri bağlayarkən ona uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmaması barədə hər hansı sübut yoxdur. İddiaçı Elchin Muradov cavabdehlərin mübahisələndirilən əqdləri görünüş üçün bağlamaları barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda, qeyd edilən müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilələrin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların ləğv olunması barədə tələb də təmin oluna bilməz. Bununla belə, məhkəmə izah edir ki, iddiaçı X28 Muradovun 29 mart 2019-cu il tarixli AN-İ ******* və AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə bəhrələndiyi vəsaitdən miras payına uyğun olaraq pul tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Elchin Muradovun (X13) cavabdehlər Cavabdeh17, Abşeron rayon 2 saylı və 1 saylı dövlət notariat kontorlarına, 1 saylı Sumqayıt regional Cavabdeh1 notariat ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X2, Cavabdeh15 və Cavabdeh16 qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrlərdən çıxarışların ləğv olunması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar