Məhkəmə qərarları › İş №2(012)-5961/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5961/2021

28.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5961/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mərhum anası - X1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 5-də yerləşən 1 saylı mənzil və 0.08 ha torpaq sahəsi olan miras əmlaklara dair onlara düşən payın müəyyən edilməsi və paylara uyğun mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə 15.10.2021-ci il tarixinə saat 15:25-ə təyin olunmuş məhkəmə iclasında cavabdeh iştirak etməmiş, 01.11.2021-ci il tarixinə saat 15:10-a təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etmiş, 24.11.2021-ci il tarixinə saat 11:10-a təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etməmiş, 14.12.2021-ci il tarixinə saat 15:40yə təyin olunmuş məhkəmə iclasında tərəflər iştirak etmiş, lakin 28.12.2021-ci il tarixinə saat 11:40-yə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar