Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-606/2023 23.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 16 iyul 2022-ci il tarixdə Yevlax rayonu Meyvəli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 onun həyat yoldaşı olmuşdur. X1 ilə 12 fevral 2013-cü il tarixdə Maraqlı şəxsndə nikah bağlayıb ailə həyatı qurmuş, onların birgə nikahından iki uşaqları anadan olmuşdur. Mərhum həyat yoldaşı X8 16 iyul 2022-ci il tarixdə Yevlax rayonu Meyvəli kəndində yerləşən atası Eyyub Məmmədova məxsus fərdi yaşayış evinin mətbəx otağında sirkə turşusu içməklə intihar edərək vəfat etmişdir. Yevlax Rayon Prokurorluğunda aparılmış araşdırılma zamanı baş vermiş intihar etmə faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması 14 avqust 2022-ci il tarixli qərarla rədd edilmişdir. Mərhum həyat yoldaşı X2 ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda bəzi mülki hüquqlarımızın həyata keçirilməsi üçün mərhum həyat yoldaşı X2 ölüm şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq ərizəçi Yevlax Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Tavat Əhmədovanın ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Mərhum həyat yoldaşı X2 16 iyul 2022-ci il tarixdə Yevlax rayonu Meyvəli kəndində vəfat etməsini Yevlax Rayon Prokurorluğunun 14 avqust 2022-ci il tarixli qərarı və şahidlər də təsdiq edə bilər. Bu səbəbdən də şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçinin atasıdır. Qeyd etdi ki, ərizəçinin həyat yoldaşı X8 əsəb xəstəliyindən əziyyət çəkirdi. Səhhəti çox pis idi, hətta uşaqlarına baxa bilmirdi. Oğlu onu aparıb atasıgilə qoymuşdur. Həmin vaxt evdə olmamışdır. 16 iyul 2022-ci ildə ona zəng olunaraq X2 öldüyü bildirilmişdir. Mərhumun atasının istəyi ilə Mingəçevir şəhərində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən 12 fevral 2013-cü ildə verilmiş AZ-İ № 850075 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 12 fevral 2013-cü ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 fevral 2013-cü ildə 67 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. Mülki işin materiallarında olan Yevlax rayon Prokurorluğunun 14 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş 900 nömrəli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Abşeron rayon bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 630 nömrəli arayışdan görünür ki, Əhmədov X7 rayonundan məcburi köçkün düşmüş və müvəqqəti olaraq Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 23 nömrəli evdə məskunlaşmışdır. Mülki işin materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, T.Əhmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Mülki iş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 53 nömrəli dəfn barədə arayış görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi, döngə 1, ev 23-də yaşamış mərhum X8 17 iyul 2022-ci il tarixdə Mingəçevir şəhəri “Sağ sahil” qəbiristanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, T.Əhmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin arvadı X8 16 iyul 2022-ci il tarixdə Yevlax rayonu Meyvəli kəndində yerləşən atası Eyyub Məmmədova məxsus fərdi yaşayış evinin mətbəx otağında intihar etmişdir. Abşeron rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda X2 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmiş, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Yevlax rayonu, Meyvəli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Yevlax rayonu, Meyvəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-606/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-606/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver