Məhkəmə qərarları › İş №2(012)-619/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-619/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-619/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 06 sentyabr 1977-ci ildə doğulmuş həyat yoldaşı X7 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1977-ci ildə doğulmuş həyat yoldaşı X7 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, 28-ci məhəllə, 2 saylı yataqxanada vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21 iyun 2000-ci il tarixində X13 ilə Abşeron rayonu VVAQ şöbəsi Xırdalan qəsəbəsində birgə nikahları bağlanmışdır. Birgə nikahlarından 2 övladları X6 və X5 doğulmuşdur. Həyat yoldaşı X13 mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi, elə bu xəstəliyi ilə də vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə yoldaşı ölən zaman yaşadıqları Xırdalan şəhərində 103 xidmətinin Təcili və Təxirəsalınmaz 'X16 xəbərdarlıq etmişdirlər. X1 Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbristanlıqların birində dəfn etmişlər. Lakin həyat yoldaşının ölümü ilə bağlı heç bir sənəd ala bilmədilər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsə müraciət etmişlər, lakin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası" X27n baş həkimi Əli Allahverdiyev müraciətlərinə cavab olaraq bildirmişlər ki, H.Hüseynovun ölümün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə" tərəflərindən verilə bilməz. Buna görə də onlara tibbi arayış verilmədiyindən bu günə qədər mərhum həyat yoldaşı X7 ölümünü təsdiq edən şəhadətnamə ala bilmirlər. Vəfat etmiş həyat yoldaşı X8 ölüm haqqında şəhadətnaməsinin olmamağı onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnamə verilməsi üçün faktiki yaşadığı Maraqlı şəxsnə ərizə ilə müraciət etdi, lakin vətəndaşın ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricində olmasını və Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməklərini tövsiyə etmişdir. Beləliklə onlar hesab edirlər ki, 06 sentyabr 1977-ci ildə doğulmuş həyat yoldaşı X7 ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X13 onun həyat yoldaşıdır. Həyat yoldaşı 03 oktyabr 2023-cü ildə ev şəraitində xərçəng xəstəliyindən vəfat etmişdir. Həyat yoldaşı əvvəl təbii yolla müalicə almış, sonra xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra müalicəyə getməmiş, evdə müalicə almış, oradada vəfat etmişdir. Məcburi köçkünlərin yerləşdiyi 2 saylı yataqxanada yaşayırlar, həyat yoldaşı laçınlı olub, Laçın qaçqınıdırlar. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum X13 onun qardaşı ,Ərizəçi onun qardaşının həyat yoldaşıdır. X7 mədəsində xərçəng xəstəliyi ilə əlaqəda, müalicə olunmuşdur. 03 oktyabr 2023-cü ildə evdə xəstəlikdən qardaşı vəfat etmişdir. Həmin məqam qardaşının yanında olmuşdur. Saray qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusu və mərhum X13 ilə eyni kənddən olmşdur. Onlarla bir yataqxanada qalmışlar. Mehriban münasibətləri olmuşdur. X7 mədəsində xərçəng xəstəliyi olmuşdur. Son vaxtlar vəziyyəti ağırlaşmışdı, heç bir yemək yeyə bilməmişdir. X7 ev şəraitində vəfat etdiyini, vəfat etdiyi tarixi dəqiq deyə bilməyəcəyini bildirmişdir. Həkəri mərasim evində 3 və 7 mərasimi keçirilmişdir. Sarayda qəbirisatanlıqda ata və anasının yanında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu, VVAQ şöbəsi, Xırdalan qəsəbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, Vİ-ЖГ № 445769 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X15 xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 157 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. -Loğman klinikasl tərəfindən xx.xx.2023-cü il tarixli analizin cavabından görünür ki, 1977-ci il təvvəllüdlü Hüseynov Hüseyndə “Qarın boşluğunun, çanağın per os və venadaxili kontrastlı KT”-da mədənin antrum-pylor hissəsinin divarlarında diffuz, konsentrik, nəzərəçarpan, nahamar patoloji qalınlaşma (Cr) aşkar edilməsi, bu səbəblə, bu səviyyədə mədə mənfəzi daralması, patoloji qalınlaşmış antrum-pylor ətrafında piylik heterogen izlənmiş olması, bu fonda böyüyü 42x26x45 mm ölçülərdə olan konqlomerat və limfa düyünlərinin diqqət çəkməsi, patoloji qalınlaşmış mədə divarlarının mədəaltı vəzni boynu və şistik kanal ilə sərhədləri qısa seqmentlərdə tam seçilməməsi müəyyən olunmuşdur. -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Təcili və X12 X2 görünür ki, X7 adına həmin tarixdə saat 23:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhhəllə ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-2515/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X18 X26 Rayon Mərkəzi Xəstəxanası X27 tərəfindən X4 göndərilmiş xx.xx.2023-cü il tarixli, 18-1-20/2-H-592-42-370/2023 saylı məktubdan görünür ki, X3 xx.xx.2023-cü il tarixli, atası X7 adına “ölüm haqqında şəhadətnamə” verilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Hüseynovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi bildirilmişdir. -Abşeron rayonu Saray bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 386 nömrəli arayışından görünür ki, mərhum X13 xx.xx.2023 cü il tarixdə Saray qəbiristanlığında dəfn olunmuşdur. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkildən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə dəfn olunması daş məzarlıqda göstərilmişdir. -AZE seriyalı 13529304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1977-ci ildə Laçın rayonu, Alqulu kəndində anadan olmuş, Laçın rayonu, Alqulu kəndində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Laçın rayonunda qeydiyyatdadır. -AA seriyalı 078315 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, məcburi köçkündür, Abşeron rayonu, Xırdalan şəhərində müvəqqəti qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə ev şəraitində halı pisləşdiyindən xəstəlikdən vəfat etmiş və X7 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrdə X7 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişdir. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin həyat yoldaşı X13 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1977-ci il tarixdə Laçın rayonunda anadan olmuş X7 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Laçın rayonunda anadan olmuş X7 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar