Məhkəmə qərarları › İş №2(012)-6269/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6269/2025

05.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6269/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X4 Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A-da yerləşən 21 saylı mənzildə xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü X7 ərizəçinin həyat yoldaşıdır. Onlar Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A-da yerləşən 21 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Ərizəçi hazırda həmin mənzildə yaşayır. X2 nahiyənin xərçəngi cT2N0M0 İİ mərhələ, Vİİİ kurs kimyaterapiyadan sonrakı vəziyyət xəstəliyindən əziyyət çəkirdi. Həyat yoldaşı Almara Abbasova xx.xx.2025ci il tarixdə uzun çəkən bu xərçəng xəstəliyindən vəfat etmişdir. O, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Mollakənd kəndində dəfn olunmuşdur. Kürdəmir RİHB-nın Mollakənd i.ə.dsi üzrə nümayəndəsinin müavini X16, Kürdəmir rayon Mollakənd Bələdiyyə sədri X9, Kürdəmir RİHB -nin Mollakənd i.ə.d-si üzrə nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi X10, Kürdəmir rayonu Mollakənd kəndi sakini X22 (Kürdəmir RPŞ AZE № ********) oğlu, Kürdəmir rayonu, Mollakənd kəndi sakini X14 (ASAN - Kürdəmir AA 2688703) qızı, Kürdəmir rayonu Mollakənd kəndi sakini X18 (Kürdəmir RPŞ AZE № ********) oğlu mərhum həyat yoldaşının vəfatını və Kürdəmir rayon Mollakənd kəndində dəfn olunduğunu təsdiq edirlər. Belə ki, mərhum həyat yoldaşının ölümü ailəni çox sarsıtdığı üçün həmin an Təcili və X6 Stansiyasına zəng edərək, məlumat verməmiş və buna görə də o ərizəyə ölüm haqqında xəbərdarlıq vərəqəsini məhkəməyə təqdim edə bilmir. Mərhum həyat yoldaşı yaşadıqları və qeydiyyatda olduqları Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A-da yerləşən 21 saylı mənzildə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə müraciət etmişdir. Ona xx.xx.2025-ci il tarixli arayış verildi və ölümün baş vermə səbəbi məlum olmadığından onun adına "ölüm haqqında tibbi şəhadətnamə" verilməsi mümkün olmamışdır. Daha sonra Maraqlı şəxsnə müraciət etmiş, ona 3-16-5/8-15- 3094/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub verilərək aidiyyəti üzrə məhkəmə müraciət etməyi tövsiyə edilmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, vəfat edən ərizəçinin arvadıdır. xx.xx.2025-ci ildə rəhmətə getmişdir. Təcili tibbi yardım çağırmamışdır. Mаrаqlı şəхs Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA6368291 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. -Kürdəmir Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi (ərizəçi) ilə X11 xx.xx.1978-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 75 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. -Kürdəmir RİHB-nın Mollakənd i.ə.d-si üzrə nümayəndəsinin müavini X16, Kürdəmir rayon Mollakənd Bələdiyyə sədri X12, Kürdəmir RİHB-nın Mollakənd i.ə.d-si üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi X10, Kürdəmir rayonu Mollakənd kəndi sakinləri X13, X5 və X3 iştirakı ilə tərtib olunaraq imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1957 ci il təvəllüdlü X1 rayonu, Masazır kənd D/Z/Y-3, Rahat Nəfəs y/k, ev 1A, m 21 ünvanda qeydiyyatda olmaqla xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Kürdəmir rayon Mollakənd kəndində dəfn olunmuşdur. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. X4 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur, vəfat edən ərizəçinin həyat yoldaşıdır. Mərhum onkoloji xəstə idi. Təxminən 2 ay əvvəl saat 11-12 radələrində rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, ərizəçinin dayısı qızıdır. Ərizəçinin yoldaşı uzun müddət xəstə olmuş, oktyabr ayının 6-da rəhmətə getmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X7 ərizəçinin həyat yoldaşı olmuş, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A-da yerləşən 21 saylı mənzildə ölmüşdür. X4 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi şahid ifadələrində X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A-da yerləşən 21 saylı mənzildə vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən ərizəçinin həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A, mənzil 21 ünvanda ölmüşdür. Mülki Prosessual Məcəllənin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A, mənzil 21 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X28-3, Rahat Nəfəs y/k, ev 1A, mənzil 21 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar