Məhkəmə qərarları › İş №2(012)-627/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-627/2023

20.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-627/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmlak tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmlak tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh MMC öz növbəsində, cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun hazırkı bazar qiymətinin müəyyən edilməklə həmin vəsaitin İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin vəsaiti hesabına alınmış “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 40000 manat, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə 42000 manat və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatora görə isə 20000 manat olmaqla, ümumilikdə, cəmi 102000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Schmtz” markalı **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular, AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator İddiaçı mülkiyyətindədir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayısı X3 təsisçisi və direktoru olduğu Cavabdeh MMCdə direktor müavini vəzifəsində çalışmış, həmin yarımqoşqular və ekskavatordan dayısının xahişi ilə Cavabdeh MMC-də işlədiyi dövrdə istifadə etmişdir. Lakin sonradan, MMC-də əmək müqaviləsinə xitam verilsə də, İddiaçı razılığı olmadan mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklar qaytarılmamış, əksinə, bugünədək MMC və MMC-nin direktoru və təsisçisi tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir və bununla da, qazanc əldə edilir. Dəfələrlə, həmin əmlakların qaytarılmasını tələb etsə də geri qaytarılmamış, heç bir məhəl qoyulmamışdır. Qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, guya İddiaçı tələb etdiyi və onun mülkiyyətində olan texnikalar MMC-yə məxsusdur və MMC-nin vəsaiti hesabına alınmışdır. Lakin həmin texnikalar və bundan əlavə, MMC-yə alınmış digər əksər texnikalar İddiaçı Bakı qeydiyyatında olduğu üçün onun adına rəsmiləşdirilmişdir. Belə ki, texnikanın hər hansı fiziki və ya hüquqi şəxsin adına alınması üçün həmin şəxsin məhz Bakı şəhərində qeydiyyatda olması ilə bağlı hər hansı bir tələb mövcud deyildir. Əgər sözügedən texnikalar MMC tərəfindən alınmışdırsa MMC-nin deyil, İddiaçı adına alınması şübhə doğurur. Çünki vergi orqanından çıxarışdan da göründüyü kimi, MMC-nin ünvanı Abşeron rayonudur. Abşeron rayonu ilə Bakı şəhəri arasında elə böyük bir məsafə yoxdur, odur ki, texnikalar İddiaçı olduğu üçün onun adına alınması inandırıcı deyil və həqiqəti əks etdirmir, sözügedən texnikalar MMC tərəfindən alınmamış, MMC-nin adına alınması üçün hər an məhdudiyyət mövcud olmamışdır. Texnikaların MMC-nin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir qadağa mövcud olmamışdır. Əgər həqiqətən, texnikalar MMC tərəfindən alınmışdırsa elə MMC-nin adına da alınmalı idi. Həmçinin, MMC iddia ərizəsində qeyd etmişdir ki, texnikalardan AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavator Çinin “X16 X19.Ltd” şirkətindən alınmışdır. Lakin MMC həmin texnikanın şirkət tərəfindən alınması ilə bağlı heç bir sənəd, elektron qaimə, pul köçürülməsi, alqı-satqı müqaviləsi və bu kimi hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, guya adları yuxarıda qeyd olunan texnikalardan əlavə, başqa texnikalar da MMC tərəfindən alınmış və İddiaçı adına qeydiyyata alınmışdır. Həmin texnikalar İddiaçı işdən çıxanda cəmiyyətin adına qaytarılmışdır. İddiaçı hazırda, tələb etdiyi texnikaları isə öz adında saxlamış, məqsədi MMC-dən şantaj yolu ilə pul almaqdır. Əgər elədirsə, nəyə görə İddiaçı əvvəllər onun adına alınmış texnikaları da öz adında saxlamamış, ancaq onların dediyi kimi “yararsız” vəziyyətdə olan texnikaları tələb etmişdir? Saz vəziyyətdə olan texnikanı özündə saxlayıb daha yüksək pul tələb edərdi. Göründüyü kimi, cavabdehin irəli sürdüyü dəlil yarımqoşqular və ekskavatorun diqqətsizlikdən İddiaçı adında qalmasını ehtiva etməkdir. Texnikalar kiçik və gözəgörünməz əşya olmadığından diqqətdən kənarda qalması mümkün deyildir. Xidmət sahəsinin əsasını təşkil edən bir MMC-nin heç də az dəyəri olmayan iri qabaritli texnikaları yaddan çıxarması həqiqətə uyğun deyildir. Çünki İddiaçı məxsus mülkiyyətində olan həmin texnikalar vasitəsi ilə MMC öz müştərilərinə xidmət göstərir və gəlir əldə edirdi. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehdən istismara yararlı vəziyyətdə qaytarılması tələb olunan əmlaklar iddiaçının vəsaiti hesabına əldə olunmuş, cavabdeh sübut etməyə çalışsa da ki, həmin əmlaklar MMC-nin vəsaiti hesabına alınmışdır, bu, həqiqətə uyğun deyildir. Gömrük sənədləri iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının mülkiyyətində olmasını təsdiq edən çıxarış və dövlət qeydiyyatı hazırda, qüvvədədir. Həmin sənədlər cavabdeh tərəfindən mübahisələndirilmədiyi təqdirdə də qüvvədədir. Hazırda, texnikaların mülkiyyətçisi iddiaçıdır. Cavabdeh tərəfindən həmin əmlakların qaytarılmaması iddiaçının konstitusion mülkiyyət hüququnun pozulması ilə nəticələnir. 2009-cu ildə iddiaçı fərdi sahibkar kimi fiziki şəxs olaraq qeydiyyatdan keçmiş, həmin texnikaların qeydiyyata alınma tarixi də həmin tarixə təsadüf edir. MMC iddiaçının dayısına məxsus olan firma olmaqla, 2012-ci ildə iddiaçı MMC-yə işə qəbul olunmuşdur. İddiaçı sahibkar kimi deyil, işçi kimi MMC-yə işə qəbul olunmuşdur. İddiaçının qohumluq münasibəti yaxşı olmuş, sonradan dayısı ilə mübahisələri yaranmışdır. İddiaçı həmin texnikaları işlədiyi müddətdə əvəzsiz istifadəyə vermiş, icarəyə verilməsi ilə bağlı onda məlumat yoxdur. İddiaçının əsas niyyəti texnikaların istifadəyə yararlı vəziyyətdə geri qaytarılmasıdır. Texnikaların haradan və kimdən alınması əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı mülkiyyətçidir və cavabdeh sübutetmə vəzifəsini daşımaqla əksini sübuta yetirə bilər. Texnikaların hansı məbləğə alınması ilə bağlı iddiaçıdan soruşmamışdır. Tərəflər arasında münasibətlər pozulandan sonra texnikalar MMC-nin adına keçirilmiş, iddiaçıya məxsus texnikalar isə keçirilməmişdir. MMC israrla bildirsə ki, texnikaların MMC-nin adına keçirilməsi yaddan çıxmış, ekskavator qoşqu deyil, onun yaddan çıxması isə ümumiyyətlə, mümkün deyildir. Ona görə də ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC təsis olunan vaxtdan etibarən özünün müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müxtəlif nəqliyyat vasitələri almışdır. Həmin nəqliyyat vasitələri İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alınmışdır. İddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti Cavabdeh MMC-nin adına keçirilmiş, lakin «Schmitz» markalı, **-ZE-*** dövlət nömrə nişanlı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət nömrə nişanlı ekskavator uzun müddət istifadə olunmadığından və diqqətsizlikdən onun adında qalmışdır. Bu müddətdə MMC-nin məsul şəxsləri rəhbərliyə bildirmədiyindən həmin nəqliyyat vasitələri iddiaçının adında qalmış və bundan rəhbərliyin məlumatı olmamışdır. Təxminən üç-dörd ay bundan qabaq bu barədə rəhbərliyin məlumatı olmuş və iddiaçı ilə görüşüb ona bir dayı kimi nəqliyyat vasitələrinin cəmiyyətin adına keçirtməsini xahiş etmişdir. İddiaçı razılıq versə də sonrakı günlər MMCyə gəlməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Dayısı iddiaçını böyütmüş, təhsil vermiş, toyunu etmişdir. Bu səbəbdən də iddiaçının niyyətini başa düşməmişdir. İki ədəd yarımqoşqu alman vətəndaşı, əslən türk olan Alican Arimdən, AZ 10V-789 dövlət nömrə nişanlı eskavator isə Çinin «X16 X18.Ltd» şirkətindən alınmışdır. İddiaçı MMC-yə gəlməmiş, qaçmasının səbəbi isə MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq olmuşdur. Bununla da əsas niyyəti həmin nəqliyyat vasitələrinin onun adında qalmasından istifadə edərək şantaj yolu ilə pul almaqdır. Texnika və yarımqoşqular onun vəsaiti hesabına alınmamışdır. Bunu iddiaçının özü də bilir və həmin vaxtdan MMC-də işləyən işçilər də təsdiq edə bilər. İddiaçı nəqliyyat vasitələrinin onun hesabına alındığını sübut etsə MMC həmin texnikaları ona verməyə hazırdır. Bundan başqa, iddiaçı texnikaların kimdən, nə vaxt, haradan, hansı qiymətə alındığını bilmir və Almaniyada, Çində olmamışdır. MMC-nin direktoru alman vətəndaşı və əslən türk olan Alican Arimi 2006-cı ildən böyük qardaşı Adıgözəl Bayramov vasitəsi ilə tanımış, həmin vaxtdan etibarən ondan müxtəlif nəqliyyat vasitələri, yarmqoşqular, limonad qapaqları və başqa avadanlıqlar almışdır. Bundan uzun illər sonra Alican Arimin Cavabdeh MMC ilə olan danışıqları iddiaçı aparmışdır. Yarımqoşquların və ekskavatorun hal-hazırda, bazar qiyməti müəyyən olunmalı və iddiaçıdan alınaraq Cavabdeh MMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuş, bu barədə araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Araşdırma nəticəsində qəbul olunmuş qərarda texnikaların Cavabdeh MMC-nin vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. Həmçinin, «X2» MMC-nin 150 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 2008-ci il buraxılışlı, «Schmitz» markalı, **-ZE-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, «Schmtz» markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 42000 manat və 2012-ci il buraxılışlı, AZ 10V-789 dövlət nömrə nişanlı ekskavatorun hazırkı bazar dəyəri 20000 manat müəyyən edilmişdir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı yol verdiyi nöqsanlara görə işdən ayrılanda tır (başlıq) hissəsi qaytarılmışdır. Bütöv bir nəqliyyat şəhadətnaməsində olması güman edilmişdir. Lakin iddiaçının adına başqa nəqliyyat şəhadətnaməsinin olması barədə məlumat olmamışdır. Halbuki, diqqətsizlik olmuş, maşının əsas hissəsi qaytarılmış, qoşqu hissəsi isə qaytarılmamışdır ki, bu da inandırıcı deyildir. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, şirkətin öz vəsaiti hesabına alınmışdır. İddiaçı 2007-ci ildə universiteti bitirmiş, 2008-2009-cu ildə əsgərlikdən gəlmiş, sonradan, dayısının yanında işləmişdir. İddiaçı əmək haqqı aldığı halda, hansı vəsait hesabına texnikalar alması bəlli deyildir. Dayısının yanında direktor müavini işləmiş, 175000 manat kassada əskiklik yaranmış, sonradan, mübahisə olmuşdur. Soruşanda, iddiaçı həmin vəsait hesabına ev tikdirdiyini bildirmişdir. Cavabdehin direktoru iddiaçının dayısı olduğuna görə ona etibar etmiş və adına rəsmiləşdirmişdir. İddiaçının texnikaları almaq üçün maddi vəsaiti olmamışdır. Cavabdeh iddiaçının adına təxminən 30-40 ədəd texnika rəsmiləşdirmişdir. Əsas məqsəd fiziki şəxslə hər gün sənəd aparmamaq və “Abşeron 01” seriya nömrəsi almamaq idi. Belə ki, Bakı nömrəsinin olması məqsədi var idi ki, cavabdeh tərəfindən vergi yayınması halları olmamışdır. İddiaçı qanunsuz şəkildə varlanmış, bir dəfə də olsun, Almaniya və ya Çində olmamış, bəlkə, iki dəfə Türkiyədə dayısı ilə birlikdə olmuşdur. İddiaçı satıcını tanımırsa, hansı texnikanı ala bilərdi ki. Formal olaraq əsas məqsəd, Bakı nömrəsinin alınması idi. Başqa sözlə, texnikalar iddiaçının adına formal olaraq qeydiyyata alınmışdır. Əgər iddiaçı özünü mülkiyyətçi hesab edirsə, o zaman dəymiş ziyanın əvəzini ödəməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunması, ilkin iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-122733-1222 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı adında xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı **-ZE-*** və “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular qeydiyyatdadır. Məktuba əlavə olunmuş arayışdan görünür ki, yuxarıda qeyd olunan yarımqoşqular İddiaçı adına gömrük vəsiqəsi əsasında qeydiyyata alınmışdır. -Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2022-3288 saylı məktubdan görünür ki, Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində İddiaçı adına 1 ədəd AZ 10V- 789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator dövlət qeydiyyatına alınmışdır. -Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan daha sonra görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, X3 barəsində göstərdikləri yalandır. Belə ki, yarımqoşqular və ekskavator ona məxsus olduğundan məhkəməyə müraciət etmişdir. Eləcə də, o, Cavabdeh MMC-nin kassasından 175362 manat pulu gizli olaraq mənimsəməmiş, Ceyranbatanda tikdirdiyi evi qohumlarının köməkliyi və öz vəsaiti hesabına tikdirmişdir. X7 onun kitabçasını ələ keçirərək çıxarışlar edib araşdırmaya qanunsuz olaraq təqdim etmişdir. Qərardan daha sonra görünür ki, X4 E.Q.Bayramovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. 2012-ci ildə Çin Xalq Respublikasında olduğu zaman şəxsi ödəniş etməklə qohumu Nemətin adına olan 10V-789 dövlət nömrə nişanlı ekskavatoru almışdır. Yəni, həmin ekskavatorun pulunu özü ödəmişdir. -Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, borclu Cavabdeh MMC-nin direktor müavini X5, baş mühasib X1, hal şahidləri X12 və X9 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin 16(012)-86/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, texnikaların satılması, özgəninkiləşdirilməsi və icarəyə verilməsi Cavabdeh MMC-yə və üçüncü şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvanda olunmuş, icra sənədinin mahiyyəti MMC-nin direktor müavini və baş mühasibinə elan edilərək bununla bağlı bildiriş təqdim olunmuşdur. -“X2” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 150 saylı rəydən görünür ki, Azərbaycan Respublikasında daxili bazar məlumatları nəzərə alınmaqla, 2008-ci il buraxılışlı, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, **-ZG-*** dövlət qeydiyyat nişanlı “Schmtz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 42000 manat və AZ 10-V- 879 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, XCMGXNWZ74180 markalı ekskavatorun hazırkı orta bazar qiyməti ilə dəyəri isə 20000 manat müəyyən edilmişdir. -İddiaçı məxsus olan xx.xx.2012-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 63 saylı əmr əsasında Cavabdeh MMC-yə direktor müavini vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixli 111 saylı əmr əsasında isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC - adlı qurum VÖEN: **********1 dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2005-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 3nformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə küçəsi 11 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator İddiaçı mülkiyyətində olmaqla bu barədə ona müvafiq qeydiyyat şəhadətnamələri verilmişdir. İlkin iddiaçı ilə cavabdeh MMC-nin direktoru arasında qohumluq münasibətləri olduğundan mülki iş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən göründüyü kimi, ilkin iddiaçı cavabdeh MMC-yə xx.xx.2012-ci il tarixdə direktor müavini vəzifəsinə işə qəbul edilmiş və mülkiyyətində olan texnikaları MMC-nin əvəzsiz istifadəsinə vermişdir. Hazırda, tərəflər arasında əmək münasibətlərinə xitam verildiyindən ilkin iddiaçı ona məxsus olan texnikaların cavabdehin qanunsuz sahibliyindən alınmaqla istifadəyə yararlı şəkildə qaytarılmasına dair ilkin, cavabdeh isə həmin texnikaların MMCnin vəsaiti hesabına alındığını iddia edərək texnikaların dəyərinin ödənilməsinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, qanunsuz sahiblikdə olması iddia edilməklə geri qaytarılması tələb olunan texnikalar 2009-2010-cu illərdə ilkin iddiaçının mülkiyyətində olmaqla tərəflər arasında əmək münasibətləri xx.xx.2012-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, xronoloji ardıcıllıq əsasında müəyyən olunur ki, mübahisə predmeti olan əmlaklar tərəflər arasında əmək münasibətlərinin yarandığı tarixdən əvvəlki dövrə təsadüf etməklə iddiaçının mülkiyyətində olmuş, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlər isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda, həmin əmlakların qarşılıqlı iddiaçının qanunsuz sahibliyində olması ilkin iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı mübahisəli əmlakların MMC-nin rəhbərinin ilkin iddiaçıya olan etibarından irəli gələrək MMC-nin vəsaiti hesabına alındığını, bu səbəbdən də, iddiaçının adına formal olaraq qeydiyyata alındığını bildirsə də göstərilən halları sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, qeydiyyat şəhadətnaməsinin etibarsızlığını mübahisələndirməmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsi üzrə istinad edilən halları sübuta yetirmək vəzifəsi də məhz qarşılıqlı iddiaçının üzərinə düşmüşdür. Bununla da, qarşılıqlı iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, mübahisə predmeti olan əmlakların ilkin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapdığından MMC-nin mülkiyyətində olmadığı əmlakların dəyərinin ilkin iddiaçıdan alınmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, ilkin iddiaçıya məxsus olan texnikaların qanunsuz olaraq cavabdehdə qalması iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırdığından ilkin iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı məxsus “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMCdən alınaraq geri qaytarılmalı, qarşılıqlı iddia ərizəsi isə əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilsin. İddiaçı məxsus “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMCdən alınaraq geri qaytarılsın. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar