Məhkəmə qərarları › İş №2(012)-628/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-628/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-628/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, XX.XX.1944-cü ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1944-cü ildə anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmənin bütün iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.20225-ci il tarixli baxış iclasında iştirak etmiş Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X3 XX.XX.1944-cü il tarixdə Şəmkir rayonunun, Tatar kəndində anadan olmuşdur. Belə ki, atası uzun müddət asma, vərəm xəstəliklərindən əziyyət çəkmişdir. xx.xx.2024-cü il tarixində atasının halı pisləşmiş və o, təcili və X8a zəng etmişdir. Təcili və X8ın əməkdaşları atasına müayinə etdikdən sonra atasının Musa Nağıyev adına X7 aparılmasını məsləhət bilmişlər. Təcili Yardım atasını Musa Nağıyev adına X7 aparan zaman elə Abşeron rayonu ərazisində yolda dünyasını dəyişmişdir. Atasını X7 çatdırdıqdan sonra həkimlər artıq atasının yolda vəfat etdiyini bildirmişlər. Atası xx.xx.2024-cü il tarixində Şəmkir rayonu, Tatarlı kənd qəbiristanlığında dəfn edilmişdir. Hal-hazırda müəyyən sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin xx.xx.2025-ci l tarixli baxış iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. X2 onun atası olmuşdur. Son vaxtlar atasının ürəyində problemlər yaranmışdır. Həmçinin atasında təzyiq, asma və vərəm kimi xəstəliklər də olmuşdur. Atası xəstəlik nəticəsində xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etmişdir. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmənin xx.xx.2025-ci l tarixli baxış iclasında şahid qismində ifadə verilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi xalasıdır. X2 xəstəlik nəticəsində xx.xx.2024-cü ildə Abşeron ərazisində vəfat etmiş və xx.xx.2024-cü il tarixində dəfn edilmişdir. Mərhum bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 316004 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3, anası isə X1r. -Abşeron RPŞ tərəfindən verilmiş AZE Seriyalı, 01943385 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X12 XX.XX.1944-cü ildə Şəmkir rayonu, Tatar kəndində anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2512/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-2/2-A-688-42-384/2024 saylı məktubundan görünür ki, X20 TTTY şöbəsinə xx.xx.2024-cü il tarixdə saat 13:05-də gətirilən 1944-cü il təvəllüdlü X4 həkimə qədər ölüm halı baş vermişdir. Hadisə barəsində polis bölməsinə məlumat verilmişdir. Yaxınlarına meyid təşrihə göndərilməli olduğu bildirilmişdir. Lakin mərhumun oğlu Ərizəçi təşrihdən qəti imtina etmiş və meyidi evə aparmışdır. Bu səbəbdən X23 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. -“Bakı Şəhəri Təcili və X8 Stansiyası” PHŞ tərəfindən verilmiş X17 Vərəqəsindən görünür ki, XX.XX.1944-cü il təvəllüdlü X12 xx.xx.2024-cü il saat 10:28-də Abşeron rayon ərazisində vəfat etmişdir. Ölümün ilkin səbəbi 10.0 arterial hipertenziya, Y 45.9 dəqiqləşdirilməmiş asmadır. -AR Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Tatarlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 287 saylı arayışdan görünür ki, X12 xx.xx.2024-cü il tarixində Tatarlı kənd qəbiristanlığında dəfn olunmuşdur. -X10 məxsus baş daşına aid fotoşəkildən görünür ki, X10 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanlandığı 10.025.2025-ci il tarixli, 18-1-88/2-407/2025 saylı sorğuya cavab məktubundan görünür ki, vətəndaş X12 adına Abşeron rayonu, Hökməli qəsəbəsi həyət evi ünvanından Abşeron TTTYS bölməsinə xx.xx.2024-cü il tarixində saat 09:51-də halı pis səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış saat 10:10-da həkim briqadasına yönləndirilmişdir. Saat 10:28-də həkim Əliyeva Nərmin ünvanda olmuş və xəstəyə ilkin tibbi yardım göstərilmişdir. Həkim xəstəyə J45.9 dəqiqləşdirilməmiş asdtma və İ10 Essensial hipertenziya diaqnozu qoyulmuşdur. Həkim TQS № 110 təcili yardımın qeydiyyat vərəqində X4 oğlu Ərizəçi tərəfindən sat 12:00-da özəl xəstəxanaya öz şəxsi həkiminə apardığına dair qeydlər aparmışdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X12 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. X4 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etməsini təsdiq etmiş, bunlar digər sənədlərlərdəki məlumatlarla üst-üstə düşür. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,XX.XX.1944-cü il tarixdə Füzuli rayonunda anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1944-cü il tarixdə Şəmkir rayonu, Tatar kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayon ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar