Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-631/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X8 xx.xx.1935-ci ildə anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası Abşeron rayonu ərazisində yerləşən Fatmayı kənd qəbristanlığında dəfn edilmişdir. İndiyə qədər atasına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, Azərbaycan Respublikası “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14nin 01,08.2023-cü il tarixli məktubundan da görünür ki, X5 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilməşdir. Təcili və X3 stansiyasının xx.xx.2022-cı il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, atası həkimə qədər ölmüşdür. Qonşuların aktından görünür ki, atası xx.xx.2022-ci il tarixdə ölmüşdür. Abşeron rayon Fatmayl Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 69 saylı arayışından görünür ki, atası Fatmayı kənd qəbristanlığında dəfn olunmuş və bütün xərcləri o, ödəmişdir. Qeyd edir ki, atasının mülkiyyətində Novxanıda Görədil qəsəbəsində bağı və mülkiyyətində ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili vardır. Vərəsə olaraq qanun üzrə vərəsəlik şəhadətnamsi alması üçün atasının ölüm haqqında şəhadətnaməsi mütləqdir və bu şəhadətnaməni ala bilmir. Hesab edir ki, məhkəmə müdafiə hüququndan istifadə edərək atasının ölüm faktının müəyyən edilməsi üçün müraciət etməkdə haqlı olmuşdur. Ərizəçi nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü X5 Abşeron rayonu, Görədil qəsəbəsində xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi oğlu onun qardaşıdır. X2 isə atasıdır. Atası xx.xx.2022-ci il tarixdə yaşadığı evdə anidən özündən getmişdir. Atasının səhhətində problemləri olmuşdur. Belə ki, sidik yolunda daş, qaraciyərində problem var idi. Atasının ölümünə səbəb hər hansı bədbəxt hadisə, aldığı xəsarət nəticəsində deyil təbi ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, X2nun bacısı oğludur. Ona məlumat vermişlər ki, dayısının vəziyyəti pisdir, o dayısıgilə gələndə artıq ölmüşdür. Dayısını Fatmayı qəbristanlığında dəfn etmişlər. Ölümə səbəb dayısının xəstə olması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qonşudur. xx.xx.2022-ci il tarixdə səs-küy gəldiyini eşidib küçəyə çıxmış, həmin vaxt ərizəçinin yaşadığı evə etmiş və X5 öldüyünü görmüşdür. Həmin vaxt təcili tibbi yardım gəlmişdir. Mərhumu Fatmayı qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Təcili və X3 X1 görünür ki, X5 adına həmin tarixdə saat 20:06 radələrində ünvan 2 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. - Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 69 saylı arayışdan görünür ki, X8 08 sentyabr 2022-ci il tarixdə Fatmayı kənd qəbristanlığında dəfn edilmişdir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2520/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X6 X13 Rayon Mərkəzi Xəstəxanası X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/2-N-418-42-304/2023 saylı məktubdan görünür ki, tələb olunan sənədin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Nuriyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin atası, sonuncu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Görədil qəsəbəsində vəfat etmiş və X5 ölüm faktı ərizəçinin nümayəndəsi-vəkilinin izahatı, şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlərlə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X8 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Görədil qəsəbəsində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Görədil qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Görədil qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-631/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-631/2024
29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver