Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6397/2025 08.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun atası 31 yanvar 1963-cü il təvəllüdlü X4 11 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, 31 yanvar 1963-cü il təvəllüdlü X7 onun atasıdır. X12 rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 10 ünvanında onunla və ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixində səhər saatlarında o, işdə olarkən bacısı Lamiyə ona zəng edərək atasının vəziyyətinin pisləşdiyini, təcili evə gəlməsini bildirmiş, o da təcili olaraq evə getmişdir. Evə çatanda atası artıq vəfat etmişdi. Daha sonra həkim briqadası gəlmiş, həkim X19 gələnə qədər atasının vəfat etdiyini bildirmiş və bununla bağlı xəbərdarlıq vərəqəsində qeyd etmişdir. Atası elə həmin gün Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, atası X7 ürək tutmasından vəfat etmişdir. X19 isə atası vəfat etdikdən sonra evə çatmışdır. O, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də xəstəxana atasının ölümünün baş vermə səbəbinin məlum olmadığını əsas gətirərək tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Daha sonra o, atasının vəfat etməsi faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bildirir ki, atasının vəfat etməsi faktının müəyyən edilməsi ona atasının ölümü haqqında şəhadətnamə əldə etmək üçün, həmin şəhadətnamə isə sənədləşmə işlərinin aparılması üçün lazımdır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X1 Mirsalah Əyyub oğlunun 11 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, o, X3nun qızıdır. Mirsalah Muxtarov 11 yanvar 2024-cü il tarixdə yaşadığı evdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbəsində dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğludur, eyni zamanda onlar qonşudurlar. X3 isə onun xalasının həyat yoldaşıdır və 11 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. O, Mirsalah Muxtarovun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı, 13768098 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayonu Saray qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş XİV-ЖГ № 323168 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Saray qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 10 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 18-1-20/2-M-38xx-xx- 4037/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli, 051183 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 23 oktyabr 2025-ci il tarixdə verilmiş 3-16-5/8- 15-3133/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Onlara ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahid ifadələrini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1963-cü il təvəllüdlü X4 11 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X4 11 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6397/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6397/2025
08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver