Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-655/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X6, Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “icarənin etibarsızlığı, torpağın boşaldılması və qanuni sahibinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “icarənin etibarsızlığı, torpağın boşaldılması və qanuni sahibinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə Aliminium zavodunda qaynaqçı vəzifəsində işləmişdir. Həmin dövrdə daşınmaz əmlak əldə etməklə əlaqədar olaraq işlədiyi yer üzrə növbəyə durmuşdur. Nəhayət, ona 1990-cı ildə Sumqayıt şəhərində “Şirvan-Yaşma” adlanan ərazidə 0.06 ha (6 sot) torpaq sahəsi verilmişdir. Bunu 461 nömrəli “Bağçılıq birliyinin kitabçası” sübut edir. Habelə “xxxx” ASC-nin möhürü ilə təsdiq edilmiş daşınmaz əmlak verilmiş şəxslərin siyahısında da onun adı, soyadı və ata adı 517-ci sırasında, qarşısında kitabça nömrəsi 461 yazılmaqla qeyd olunmuşdur. Torpaq sahəsi istifadəsinə verilən vaxtdan etibarən 2019-cu ilə kimi torpaqla bağlı bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin ödənişlərin edilməsinə dair “Kitabçada” “ödənilib” sözləri ilə qeydlər vardır. Habelə Sumqayıt şəhər bələdiyyəsinin 2001-2010-cu illər ödəniş dövrünü əhatə edən 084797 nömrəli qəbz mövcuddur. Müstəqilliklərinin bərpa edilməsindən sonra aparılmış torpaq islahatı nəticəsində əvvəllər vətəndaşların istifadəsinə verilmiş torpaq sahələri özəlləşdirilmişdir. O da bu məqsədlə 2019-cu ilin avqust ayının 25-də Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən ’’Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bütün sənədlərlə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, **********45 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, **********85 nömrəli və xx xxxxxxx 2019-cu il tarixli **********70 nömrəli cavab məktublarında göstərilir ki, 461 nömrəli 0.06 ha torpaq sahəsi başqasına məxsus 54.0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən “Şirvan-Yaşma” adlanan ərazidə 0.06 ha (6 sot) torpaq sahəsi üzərindəki mülkiyyət hüququ qeydiyyata alına bilməz. Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli NX/484 nömrəli Sərəncamı ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət torpaqlarından icarə yolu ilə 49 il müddətinə Cavabdeh1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 54.0 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2018-ci ildən etibarən, lakin xx.xx.2020-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini X1. 54 ha torpaq sahəsində ona məxsus 6 sot torpaq var. Həmin şəxslər ona məxsus torpaq sahələrinə qanunsuz çıxarışlar almışlar. O isə Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Çünki, illərdir ki, həmin torpağa qulluq edir, orada yaşayır, başqa yerdən ev, torpaq almağa imkanı da yoxdur. 2-ci qrup əlildir. Bu səbəbdən də, cavabdehlərin ona məxsus torpaq sahəsi üzərindəki səlahiyyətlərinin ləgv edilməsini istəyir. Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 6 sot torpaq sahəsinin də yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli NX/484 nömrəli Sərəncamı ilə Cavabdeh1 icarəyə verilməsini etibarsız hesab edərək, torpağın boşaldılması və ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi iddia tələbinə yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçıya “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarışla ayrılmış 0,06 ha, 461 nömrəli bağ sahəsi Sumqayıt şəhərinin ərazisindən ayrılmışdır. İddiaçı məhkəməyə torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edən sənədi, hər hansı sübutu təqdim edə bilməmişdir. İddiaçı yuxarıda qeyd olunan sənədlər əsasında ona ayrılmış bağ sahəsinin hansı koordinatlarda yerləşdiyini təsdiq edəcək sübutlara malik deyildir. İddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri müəyyən olunmadığı üçün ona ayrılmış torpaq sahəsinin iş üzrə digər Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə iddiada qeyd olunanlar tam əsassızdır. Cavabdeh2 ilə iş üzrə digər Cavabdeh1 arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə”yə əsasən icarəçinin icarəsinə verilmiş 54,0 ha torpaq sahəsi Abşeron rayonunun ərazisində yerləşir. Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən 54,0 ha torpaq sahəsi qanunun tələblərinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanlarından rəy alındıqdan sonra (X10 Komitəsi) Cavabdeh1 icarəsinə ayrılmış və icarəçi qanunamüvafiq olaraq torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldıraraq reyestrdən çıxarış almışdır. Cavabdeh2 Cavabdeh1 ona kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarə qaydasında torpaq sahəsi ayrılması barədə ərizəsi qəbul etdikdən sonra torpaq sahəsinin icarəyə verilməsinə müvafiq razılıq verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, X10 Xidmətinə müraciət etmiş və razılıq alındıqdan sonra torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişdir. X10 Xidmətinə edilən müraciət əsasında torpaq sahəsinin yerquruluşu Xidmətin aidiyyəti qurumları tərəfindən hazırlanır və ondan sonra torpaq sahəsinin icarəyə verilməsinə münasibət bildirilir. Yerquruluşu hazırlanarkən torpaq sahəsinin yerləşdiyi ərazi, torpağın təyinatı və s. araşdırılır. Bu, o deməkdir ki, Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin yerquruluşu hazırlanarkən torpaq sahəsinin hansı rayonun və ya şəhərin inzibati ərazisində yerləşməsi də dəqiqləşdirilir. Beləliklə, X10 Xidməti tərəfindən torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazisində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmiş və torpaq sahəsinin icarə qaydasında Cavabdeh1 ayrılmasına razılıq verilmişdir. Odur ki, Abşeron RİH tərəfindən Cavabdeh1 verilmiş torpaq sahəsinin iddiaçıya Sumqayıt şəhəri ərazisindən “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarışla ayrılmış 461 nömrəli 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyildir və iddia tələbində bunu təsdiq edəcək hər hansı sübut da yoxdur. Sadəcə olaraq iddiaçı ona yuxarıda qeyd olunan sənədlərlə ayrılmış torpaq sahəsinin bilərəkdən, ya bilməyərəkdən iş üzrə digər Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edir ki, bu da əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddiaçının dəlillərini müdafiə edib, cavabdehin nümayəndəsinin yazılı etirazında qeyd olunanlarla razılaşmayaraq göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin araşdırmanın nəticələrinə dair cavab məktubunda da göstərilmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən icarəyə verilmişdir. İddiaçının torpaq sahəsi isə 0,06 ha-dır və həmin torpaq sahəsi cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin içərisində yerləşir. Ona görə müqavilə həmin hissədə ləğv edilməlidir. Hesab edir ki, iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur, çünki DƏDRX-nin özünün rəyi vardır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X9 iddia tələbinə verdiyi etirazı müdafiə edərək eyni məzmunlu izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2013-cü il tarixə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; -Sumqayıt ƏSMM tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 135737 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir; -X3 idarə heyətinin xx.xx.1990-cı il tarixli 02 saylı protokolundan çıxarışdan və “Bağçılıq Birliyi üzvünün kitabçası”nın surətindən görünür ki, İddiaçı (bağ 461) “Şirvan- Yaşma” X2 üzvlüyünə qəbul edilmiş və ona bu barədə kitabça verilmişdir; -Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Şirvan-Yaşma, 461 nömrəli, 0,06 ha torpaq sahəsinə görə 2001- 2010-cu illər üçün 30 manat məbləğində vergi ödənilmişdir; -X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********45 nömrəli məktubunun surətindən görünür ki, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi başqa vətəndaşın adına (15 il) icarə hüquqları qeydiyyata alınmış 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayonu, X12 Torpağı ərazisində yerləşən 54,0 ha torpaq sahəsinə dair Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli, 164 nömrəli sərəncamı əsasında digər vətəndaşın adına qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmişdir; -X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********85 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli **********70 nömrəli və xx xxxxxxx 2019-cu il tarixli **********45 nömrəli bildirişlərinin surətindən görünür ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 idarə heyətinin xx.xx.1990-cı il tarixli 02 saylı protokolundan çıxarışa və “Bağçılıq Birliyi üzvünün kitabçası”nın surətinə əsasən İddiaçı (bağ 461) “Şirvan-Yaşma” X2 üzvlüyünə qəbul edilmiş və ona bu barədə kitabça verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, plan-ölçünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, müəyyən edilmişdir ki, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi başqa vətəndaşın adına (15 il) icarə hüquqları qeydiyyata alınmış 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayonu, X12 Torpağı ərazisində yerləşən 54,0 ha torpaq sahəsinə dair Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli, 164 nömrəli sərəncamı əsasında digər vətəndaşın adına qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində 4 vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının X10 Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa Azərbaycan Respublikası X10 Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavəyə əsasən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı (yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir) üçün tələb olunan sənədlər bunlardır: ərizə; üzvlük kitabçası və ya icarə müqaviləsi (ərazi idarəsinin arxivindəki bağçılıq üzvlərinin siyahısında ərizəçinin adı olmadıqda, əmək kitabçasının surəti və ya iclasın protokolundan çıxarış tələb oluna bilər); bağ sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz. Məhkəmə qeyd edir ki, İddiaçı “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, plan-ölçünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, müəyyən edilmişdir ki, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi başqa vətəndaşın adına (15 il) icarə hüquqları qeydiyyata alınmış 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayonu, X12 Torpağı ərazisində yerləşən 54,0 ha torpaq sahəsinə dair Cavabdeh2 başçısının xx xxxx 2018-ci il tarixli, 164 nömrəli sərəncamı əsasında digər vətəndaşın adına qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmişdir. Eyni zamanda İddiaçı məhkəməyə təqdim etdiyi sübutlarla da müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsinin planı və ölçüsü mövcud deyildir. Bundan başqa nəzərə alınmalıdır ki, sözügedən torpaq sahələrinin üst-üstə düşməsi məsələsinin yoxlanılması üçün ekspertiza keçirilməsinə iddiaçının nümayəndəsi tərəfindən razılıq verilməmişdir. Cavabdeh2 nümayəndəsinin verdiyi yazılı etiraz və izahatı ilə müəyyən olunur ki, İddiaçı “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarışa əsasən 0,06 ha, 461 nömrəli bağ sahəsi Sumqayıt şəhərinin ərazisindən ayrılmışdır, digər Cavabdeh1 isə Abşeron rayonu, X12 Torpağı ərazisində yerləşən 54,0 ha torpaq sahəsinə dair Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli, 164 nömrəli sərəncamı verilmişdir. X10 Xidməti tərəfindən həmin torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazisində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmiş və torpaq sahəsinin icarə qaydasında Cavabdeh1 ayrılmasına razılıq verilmişdir. Belə olan halda, Abşeron RİH tərəfindən Cavabdeh1 verilmiş torpaq sahəsinin İddiaçı Sumqayıt şəhəri ərazisindən “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarışla ayrılmış 461 nömrəli 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyildir və iddia tələbində bunu təsdiq edəcək hər hansı sübut da yoxdur. Digər yandan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 0,06 ha torpaq sahəsinin üst-üstə düşdüyü iddia edilən 54,0 ha torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədi olan Cavabdeh2 başçısının xx xxxx 2018-ci il tarixli, 164 nömrəli sərəncamı qüvvədədir, həmin sərəncam aidiyyəti məhkəmədə mübahisələndirilməmişdir. Belə olan halda qüvvədə olan sərəncam əsasında bağlanmış icarə müqaviləsinin etibarsızlığının yoxlanılması üçün də əsaslar qalmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı etibarsız hesab edilməli olduğunu iddia etdiyi icarə müqaviləsini iddia ərizəsinə əlavə etməmiş, məhkəməyə də təqdim edilməmişdir. Hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır, halbuki, hüquqi nəticə əmələ gətirmək keyfiyyətinə və ya xüsusiyyətinə malik olub-olmamasını müəyyən etmək üçün müqavilənin mövcud olması zəruri şərtdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Lakin burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddianın əsasını təşkil edən, iddianın əsaslılığını müəyyən edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Əzizxan oğlu torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsinin etibarsız hesab edilməsi barədə ilkin iddia tələbi ilə yanaşı əlavə olaraq torpağın boşaldılması və ona qaytarılması ilə bağlı tələblər də irəli sürmüşdür, hansı ki, məhkəmə tərəfindən yuxarıda müəyyən edildiyi kimi ilkin tələb olan müqavilənin etibarsızlığı hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, ona nisbətdə törəmə tələb hesab olunan torpağın boşaldılması və qaytarılması ilə bağlı iddia tələbləri də təmin olunmamalıdır. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X8 xx.xx.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 6 sot torpaq sahəsinin də yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 başçısının xx.xx.2018-ci il tarixli NX/484 nömrəli Sərəncamı ilə Cavabdeh1 icarəyə verilməsini etibarsız hesab edərək, torpağın boşaldılması və ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-655/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-655/2021
30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver