Məhkəmə qərarları › İş №2(012)-6609/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6609/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6609/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı X1 cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı X2 cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.10.1995-ci ildə anadan olmuş və 15.06.2021-ci il tarixində saat 07 radələrində ölmüş oğlu X4 ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizələr MPM-nin 309-cu maddəsinə əsasən ərizəçinin yaşadığı yerin məhkəməsinə verildiyi halda, iş materiallarından göründüyü kimi ərizəçinin qeydiyyat yeri Yardımlı rayonu olduğu halda Yardımlı rayon Məhkəməsinə müraciət etməli olduğu halda, düzgün olmayaraq Abşeron rayon Məhkəməsinə müraciət etdiyindən MPM-nin 152.1.3 maddəsinə əsasən onun iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi X1 verdiyi 13.10.2021-ci il tarixli etibarnamə əsasında X5 tərəfindən imzalanmışdır. Halbuki, iş materiallarında X3 iddia etibarnamə verən şəxs Abdulova Vəsilə Balağa qızı adlı başqa bir şəxsdir,yəni iddiaçının adından X5 adlı şəxsin ərizəsini imzalamaq səlahiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Eyni zamanda, iddiaçı iddia ərizəsinin giriş hissəsində “ərizəçi” əvəzinə “iddiaçı” “maraqlı şəxs” əvəzinə “cavabdeh”, “ərizə” əvəzinə “iddia ərizəsi” qeyd etmişdir. Halbuku, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi X1 ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar