Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-69/2024 07.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı və 43 saylı Notariat Ofislərinə, Cavabdeh3 və Cavabdeh4 qarşı icarə, həmçinin alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, Cavabdeh3 və Cavabdeh4 qarşı icarə, həmçinin alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh3 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsinin, həmçinin həmin torpaq sahəsinə dair Cavabdeh3 ilə bağlanmış xx.xx.2021ci il tarixli, 3M-256 nömrəli icarə hüququnun alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 və X4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 604 nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsi 99 illik icarə hüququ ilə yüklü edilərək həmin şəxslərə verilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixli, 604 nömrəli icarə müqaviləsi və xx.xx.2015-ci il tarixli, 3M-2-439/440 nömrəli icarə hüququnun alqısatqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsi 99 illik icarə hüququ ilə yüklü edilərək onun icarəsinə verilmişdir. Qeyd edilən torpaq sahəsinin uzun müddətdir ki, faktiki onun sahibliyində və istifadəsində olmasına baxmayaraq, son zamanlar Cavabdeh3 adlı şəxs gələrək bu torpaq sahəsinin təxminən orta hissəsində ona 0,04 ha torpaq sahəsi verilməsini və həmin torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verildiyini bildirərək oranı zəbt etməyə çalışır. Əldə edilmiş sənədlərə əsasən Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi 99 illik icarə hüququ ilə yüklü edilərək həmin şəxsə verilmişdir. Daha sonra xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-256 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh3 icarəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli, 384 nömrəli sorğu ilə ƏMDK yanında DƏDRX-ə müraciət edilərək İddiaçı xeyrinə yüklü edilmiş torpaq sahəsinin bir hissəsinə Cavabdeh3 adına Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair çıxarışın verilib-verilməməsi, əgər verilmişsə, hansı əsasla, hansı ərazinin verilməsi, verilmiş torpaq sahəsinin İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərinə düşübdüşməməsi, əgər üst-üstə düşürsə, hansı hissədə düşməsi, Cavabdeh3 adına çıxarış verilməsinə əsas olmuş sənədlər və verilmiş çıxarışlar barədə məlumatın, sənədlərin təsdiq edilmiş surətlərinin verilməsini xahiş edilməsinə baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 604 nömrəli icarə müqaviləsi və xx.xx.2015-ci il tarixli, 3M-2-439/440 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı xeyrinə yüklü edilərək adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilməsinə baxmayaraq, eyni ərazidə yerləşən torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsi bağlanmış, həmçinin xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M- 256 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xeyrinə yüklü edilərək icarəsinə verilmişdir. Göründüyü kimi, İddiaçı xeyrinə yüklü edilərək adına çıxarış verilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə digər şəxslər arasında icarə müqaviləsi bağlanmış və yüklü olan torpaq sahəsinin üzərinə təkrar olaraq çıxarış verilməklə qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X5 və Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X2 cavabdehlər qismində cəlb edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsinin, həmçinin həmin torpaq sahəsinə dair Cavabdeh4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-769 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi və həmin torpaq sahəsinə dair Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-256 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh4 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın və həmin çıxarış əsasında Cavabdeh4 Raşim oğlunun adına verilmiş “Torpaq sahəsinin planı” sənədinin İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən, 99 illik icarə hüququ ilə yüklü edilərək icarəsinə verilmiş 0,228 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh3 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən, 99 illik icarə hüququ ilə yüklü edilərək icarəsinə verilmiş 0,228 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək onun rədd edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh2, ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri 31 saylı və 43 saylı Notariat Ofisləri, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi və X12 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsi vardır. Onun adına AA 037813 saylı, xx.xx.2015-ci il tarixli plan və ölçü tərtib edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi vardır. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi əvvəllər Cavabdeh4 (xx.xx.2021-ci il), ondan öncə isə X10 (xx.xx.2012-ci il) məxsus (icarə) olmuş, bununla bağlı E.N.Babayevin adına AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan ƏMDK yanında DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında iş araşdırılarkən məlum olmuşdur ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-cİ il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan 0,223 ha sahəsi arasında müəyyən uyğunsuzluq olduğundan naturada faktiki istifadə vəziyyəti ilə 0,0989 ha hissəsi üst-üstə düşür. Mübahisəli 0,0787 ha torpaq sahəsini bir hissəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-cİ il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan 0,223 ha sahəsi arasında müəyyən uyğunsuzluq olduğundan hər hansı şəxs tərəfindən tikinti işlərinin aparılıb-aparılmamasının müəyyən edib cavablandırılması mümkün olmamışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə çıxarış verilmiş, lakin torpaq sahəsinə plan və ölçü sənədi verilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2833 saylı rəyindən görünür ki, elektron məlumat bazasında iş araşdırılarkən məlum olmuşdur ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə iddaçı İddiaçı faktiki istifadəsində olan 0.223 ha sahəsi arasında müəyyən uyğunsuzluqlar olduğundan naturada faktiki istifadə vəziyyəti ilə 0.0989 ha hissəsi üst-üstə düşür. Mübahisəli 0.0787 ha torpaq sahəsini bir hissəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0.228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən0,228 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan 0,223 ha sahəsi arasında müəyyən uyğunsuzluq olduğundan hər hansı şəxs tərəfindən tikinti işlərinin aparılıbaparılmamasının müəyyən edib cavablandırılması mümkün olmamışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021 -cl il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə çıxarış verilmiş, lakin torpaq sahəsinə plan və ölçü sənədi verilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan ƏMDK yanında DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə çıxarış verilmiş, lakin torpaq sahəsinə plan və ölçü sənədi verilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır, lakin X6 adına olan AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə X6 adına olan AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sənəd üzrə yerləşməsi hər hansı hissədə kəsişmir və sxemdə göstərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/389 saylı rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə çıxarış verilmiş, lakin torpaq sahəsinə plan və ölçü sənədi verilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır, lakin X6 adına olan AA 038899 saylı, xx.xx.2012ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu. Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə X6 adına olan AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sənəd üzrə yerləşməsi hər hansı hissədə kəsişmir və sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsi vardır. Onun adına AA 037813 saylı, xx.xx.2015-ci il tarixli plan və ölçü tərtib edilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan isə görünür ki, Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi vardır. İşdən görünür ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh3 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi əvvəllər Cavabdeh4 (xx.xx.2021-ci il), ondan öncə isə X10 (xx.xx.2012-ci il) məxsus (icarə) olmuş, bununla bağlı E.N.Babayevin adına AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırda Əkbərov X11 rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 ilə bağlanmış xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsinin, həmçinin həmin torpaq sahəsinə dair Cavabdeh4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-769 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi və həmin torpaq sahəsinə dair Cavabdeh3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-256 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh4 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın və həmin çıxarış əsasında Cavabdeh4 Raşim oğlunun adına verilmiş “Torpaq sahəsinin planı” sənədinin İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən, 99 illik icarə hüququ ilə yüklü edilərək icarəsinə verilmiş 0,228 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 99 illik icarə hüququ ilə yüklü edilərək Cavabdeh3 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən, 99 illik icarə hüququ ilə yüklü edilərək icarəsinə verilmiş 0,228 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı hazırki iddianı qaldırarkən ona istinad etmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 604 nömrəli icarə müqaviləsi və xx.xx.2015-ci il tarixli, 3M-2-439/440 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı xeyrinə yüklü edilərək adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilməsinə baxmayaraq, eyni ərazidə yerləşən torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsi bağlanmış, həmçinin xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli, 3M-256 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xeyrinə yüklü edilərək icarəsinə verilmişdir. Göründüyü kimi, İddiaçı xeyrinə yüklü edilərək adına çıxarış verilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə digər şəxslər arasında icarə müqaviləsi bağlanmış və yüklü olan torpaq sahəsinin üzərinə təkrar olaraq çıxarış verilməklə qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Bu məsələnin, yəni tərəflərin icarəsində olan torpaq sahələrinin hər hansı nöqtədə kəsişib-kəsişməməsinin araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və son nəticədə müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,228 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə X6 (yəni Cavabdeh3) adına olan AA 038899 saylı, xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sənəd üzrə yerləşməsi hər hansı hissədə kəsişmir. Beləliklə, işin araşdırılan halları ilə iddiaçının istinad etdiyi dəlili uzlaşmır, buna görə də məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Bundan başqa, işdən görünür ki, İddiaçı Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 712 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu əqddən öncəki sərəncam, müqavilə və sənədləri mübahisəndirməmişdir. İşdən görünür ki, cavabdehin icarəsində olan torpaq sahəsi Cavabdeh4 öncə, X6, ondan öncə isə X1 icarəsində olmuş, bu barədə onlarla müvafiq qurum arasında hüquqi münasibətlər yaranmış, onların bu hüquqları müxtəlif tarixlərdə dövlət qeydiyyatına alınmış, icarə hüquqları alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu sənədlərin və əqdlərin məhkəmə müstəvisində mübahisələndirilməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Həmin əqdlər qüvvədə olan halda, iddiaçının hazırki iddianı qaldırması əsassızdır və heç bir halda təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda İddiaçı cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, məlum alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuş, müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış, hüquqlar prosedur qaydalarına riayət edilməklə qeydə alınmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının məlum alqı-satqı və icarə müqavilələrinin etibarsızlığı və reyestrdən çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı və 43 saylı Notariat Ofislərinə, Cavabdeh3 və Cavabdeh4 qarşı icarə, həmçinin alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis tədqiqatlarına görə ödənilmiş 421 (95+326) manat pul İddiaçı özünə aid olunsun. Aparılmış ekspertiza tədqiqatlarına görə 100 manat (50+50) pul İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-69/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-69/2024
07.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver