Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6938/2025 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun anası — xx.xx.1946-cı il təvəllüdlü X8 ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X14 yaşadığı ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. Mərhum anası X3 qəbiristanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı Respublika Təcili və X9 Mərkəzi PHŞ Sumqayıt TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı onun tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X1 Validə Ağa qızının 14 noyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, X6 onun ana tərəfdən nənəsi olmuş və Masazır qəsəbəsində yerləşən evdə tək başına yaşamışdır. X12 heç bir xəstəliyi olmamış, 14 noyabr 2025-ci ildə qəflətən insult keçirərək vəfat etmişdir. Mərhum X3 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X13 məhkəmədə ifadəsində bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yaşayır və ərizəçi İddiaçı onun qonşusudur. Mərhum X4 qəsəbəsində yaşamış və o, vaxtilə mərhumu sağlığında görmüşdür. X2 yas mərasimi “Cahan” mərasim zalında keçirilmiş, o da yas mərasimində iştirak etmiş, lakin mərhumun dəfnində iştirak etməmişdir. İş materiallarında olan AZE seriyalı, 15868717 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 01 aprel 1946-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Əlibayramlı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ № 333835 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 13 avqust 1973-cü il tarixdə Əlibayramlı şəhərində doğulmuşdur, atası Bayram Kehan, anası Bayram (Bayramova) Validə Ağa qızıdır. İş materiallarında olan “Respublika Təcili və X9 Mərkəzi” PHŞ Sumqayıt TTTYS-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X5 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 47 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 21 noyabr 2025-ci il tarixli, 18-1-20/2-C-42xx-xx- 4446/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. V.Bayramovanın ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” “Abşeron rayon Mərkəzi Xəstəxanası” X24 nəzdində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 29 noyabr 2025-ci il tarixdə verilmiş 3-16-5/8- 15-3482/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahid ifadələrini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 aprel 1946-cı il təvəllüdlü X8 14 noyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 aprel 1946-cı il təvəllüdlü X8 14 noyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6938/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6938/2025
11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver