Məhkəmə qərarları › İş №2(012)-697/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-697/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-697/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X6 Abşeron rayonu, Xırdalan şəhərində 1979-cu ildə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Qara Qarayev küçəsində yerləşən 43 saylı evdə qeydiyyatda olmaqla yanaşı həm də ki yaşayır. Belə ki, atası - X14, anası isə X7r. Atası xx.xx.2021-ci il tarixdə, anası isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin 1977-ci ilin yanvar ayında qız övladı X11 dünyaya gəlmiş və 1 yaş yarım olan zaman o vəfat etmişdir. Hazırda vərəsəlik işi ilə bağlı sənədlər toplanan zaman bacısının doğum faktı müəyyən edilsə də, ölümü qeydə alınmamışdır. Ölüm haqqında şəhadətnamə ona vərəsəlik işi ilə bağlı lazımdır. X6 doğum haqqında şəhadətnaməsi qeydiyyat şöbəsində var, lakin həmin sənəd ona təqdim olunmur. Bildirilir ki, məhkəmə tərəfindən sorğu verildiyi halda həmin sənədi yalnız məhkəməyə təqdim edə bilərlər. Bununla bağlı o, Maraqlı şəxs rəisinə müraciət etmiş və ona X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmaması barədə xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-69-633/2024 nömrəli arayış verilmişdir. Həmin arayışda Arxiv məlumatları Maraqlı şəxsndə 1975-1981-ci illərə dair ilkin və bərpa akt qeydləri yoxlanılmışdır deyə bildirilir. Odur ki, ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün mərhum X6 ölümünün müəyyən edilməsi ilə bağlı ərizəni və lazımi sənədləri məhkəməyə ünvanlayır. Belə ki, o, bu qayda ilə daha əvvəldə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə onun ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır və izah olunmuşdur ki, yenidən Maraqlı şəxsnə müraciət etməlidir və xx.xx.1977-ci il təvəllüdlü bacısı - X6 təkrar doğum haqqında şəhadətnaməsini əldə etməlidir. Lakin ona təkrar şəhadətnamə verilməsindən imtina edildi və bu barədə xx.xx.2024-cü il tarixli rəsmi imtina məktubu verildi. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, bu faktın təsdiq edilməsi ona vərəsəlik işi ilə bağlı sənədləşmə işləri üçün lazımdır. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.1977-ci il tarixli, 101 saylı doğum haqqında akt qeydləri kitabından çıxarışın surətindən görünür ki, X11 xx.xx.1977-ci il tarixdə Azərbaycan SSR, Abşeron rayonu, Xırdalan kəndində doğulmuşdur. X5, anası X7r. - İİ-ЖГ 299969 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Azərbaycan SSR, Abşeron rayonu, Xırdalan kəndində doğulmuşdur. X5, anası X7r. - Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-N-965/2024 saylı arayışın surətindən görünür ki, X14 ilə X2 nikahı haqqında xx.xx.2024-cü il tarixdə 06 saylı bərpa akt qeydi tərtib olunmuşdur. Nikah Maraqlı şəxsndə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Nəzərova soyadı verilmişdir. Nikaha Y.Ərizəçi xx.xx.2021-ci ildə ölməsi (ölüm xx.xx.2021-ci ildə 1416 №-li akt qeydi ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır), S.A.Nəzərovanın isə xx.xx.2021-ci ildə ölməsi (ölüm xx.xx.2021ci ildə 793 №-li akt qeydi i!ə ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-633/2024 saylı arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxsndə 1975-1981-ci illərə dair ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. - AZ-İİ 214588 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. - AZ-İİ 176471 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2373/24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-2657/2024 saylı məktubundan görünür ki, X6 təkrar doğum haqında şəhadətnaməsinin istənilməsi ilə bağlı Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - Tibbi Ərazi Bölmələrini X12 X21 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Nəzərovanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü i tarixli, 3-16-5xx-xx-13630/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X14 (xx.xx.2021-ci ildə vəfat etmişdir) ilə X10 (xx.xx.2021-ciildə vəfat etmişdir) olan xx.xx.1971-ci il təvəllüdlü X3, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi, xx.xx.1975-ci il təvəllüdlü X4 və xx.xx.1977-ci il təvəllüdlü X6 doğumunun Abşeron rayonunun Xırdalan qəsəbə icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Ədiiyyə Nazirliyinin informasiya sisteminə baxış keçiriiərkən X6 nikahı və övladlarının doğumu haqqında akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X6 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. O, hadisə zamanı mərhum qonşusu Səmayənin evində olmuşdur. Uşaq öldükdən sonra dəfn etdilər. Amma harda olduğunu xatırlamır. Təcili yardım gəldi, lakin iynə vurub getdi. Həmin axşam uşaq keçindi. Uşağın adı Aynurə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır. O, hadisə zamanı ərizəçinin yaşadığı Abşeron rayon, Xırdalan şəhərində yerləşən evlərində olub. Aynurə adlı uşaq idi, heç 1 yaşı tamam olmamışdı. Uşaq axşam vaxtı ölmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X11 ərizəçinin bacısı olmuş, X11 1979-cu il tarixdə ev şəraitində vəfat etmişdir. X6 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlərində ifadəsində X6 1979-cu il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi bacısının ölümü haqqında şəhadətnaməsi ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin bacısı X11 1979-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçinin vərəsəlik işi ilə bağlı olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1977-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş X6 1979-cu ildə Abşeron rayonu Xırdalan kəndində ünvanında ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş X6 1979-cu ildə Abşeron rayonu Xırdalan kəndi ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar