Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-70/2022 24.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X5, İddiaçı vəkili-nümayəndəsi X14 və vəkili Vəkil2, Cavabdeh və vəkili-nümayəndəsi Vəkil1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri X6 və X7, Azərbaycan Respublikası “X9” nin müstəqil eksperti X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılaraq boşaldılması və torpaq sahəsində aparılmış qanunsuz tikililərin və hasarın sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü daxilində olan 0,33 sot torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılaraq boşaldılması və həmin torpaq sahəsində aparılmış qanunsuz tikililərin, hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı hazırki torpağı almazdan əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mütəxəssislər gələrək, torpağı ölçmüş və döngə nöqtələrini müəyyən etmişdir. Mütəxəssis çıxarışla 33 sot olan torpağın 9 sotunun qonşunun istifadəsində olduğunu və zəbt edildiyini göstərmiş, 24 sotun isə boş olduğunu bildirmişdir. Sözügedən 9 sot torpaq sahəsi hasarın daxilində olmuş, lakin iddiaçıya ümumi sahədə sürüşmə olduğu bildirilməmişdir. İddiaçı, mübahisə predmeti olan torpağı alqı-satqı müqaviləsi ilə almışdır. İddiaçı torpağı təhvil aldıqda bir müddət sonra əraziyə baş çəkəndə torpağın cavabdeh tərəfindən zəbt edildiyini aşkar etmişdir. Hazırda isə cavabdeh iddiaçıya hədə-qorxu gələrək, mülkiyyət hüququnu istifadə etməyə mane olur. Belə ki, iddiaçı, 24 sot torpaq sahəsini qəbul edən zaman torpaq hasarın daxilində olmamışdır. Hasarın yarısını iddiaçı, digər hissəsini isə cavabdeh tikmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili-nümayəndəsi X14 məhkəmə iclasında izahatında bildirdi ki, 2019-cu ilin oktyabr ayında iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində, şəxsi istifadə üçün torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə torpaq sahəsi axtaran zaman X12 ilə tanış olmuş və sonuncuda hər bir sotunun dəyəri 1600 manat olan 33 sot torpaq sahəsinin olduğunu öyrənmişdir. Həmin torpaq sahəsinə baxış keçirtdikdən sonra iddiaçı həmin torpaq sahəsini almaq üçün ümümilikdə 55000 manat pul ödəmişdir. Bununla bağlı iddiaçı ilə X12 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda AN-1, ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2019-cu il tarixdə həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına çıxarış alınmışdır. Bundan sonra iddiaçı qardaşına etibarnamə vermiş və o da etibarnmə əsasında verilmiş çıxarışda torpaq sahəsinin qeyd olunmuş kordinatlarına əsasən mişar daşı ilə hasara almaq istəyərkən ***-***-**-** saylı mobil nömrədən özünü Bəybala adı ilə təqdim edən, tanımadığı şəxsin ona zəng edərək, qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Qeyd etmək istəyir ki, torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Lakin iddiaçının mülkiyyət hüquqları pozulmaqla torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və torpaq sahəsinin bir hissəsi hasarlanmışdır. Bu yolverilməzdir. Sözügedən torpaq sahəsinin hüdudlarının müəyyən olunması və cavabdeh tərəfindən həmin sahənin zəbt edilməsi halları həqiqətən mövcuddur. Bu məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə iddiaçının qardaşı tərəfindən şikayət ərizəsi ilə müraciət olunmuş cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmə çıxışında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, İddiaçı heç vaxt görmədiyini, onu tanımadığını,3-4 il əvvəl Abşeron rayonunda adına olan torpaq sahəsini alqı-satqı ilə bacısı oğlunun adına keçirdiyini və hal-hazırda adına heç bir torpaq sahəsinin olmadığını bildirmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Məmmədov Azər məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini alarkən torpağın hasarın içərisində olduğunu etiraf etmişdir. İddiaçı torpağın problemli olduğunu bilə-bilə torpağı almışdır. Eyni zamanda, məhkəmə iclasında ifadələri alınan reyestr xidmətinin mütəxəssisləri də torpaqda sürüşmələrinin olduğunu bildirmişdirlər. Həmçinin tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu verilmiş və ərazidə ümumi sürüşmə olduğu üçün, torpaq sahələrində fərqliliklər olduğuna dair cavab verilmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X6 məhkəmə iclasında göstərdi ki, ümumi ərazidə sürüşmə vardır. Tərəfindən əraziyə baxış keçirilmiş və aşkar edilmişdir ki, İddiaçı istifadəsində torpaq sahəsi yoxdur. Cavabdeh çıxarışla 1.36 hektar torpağı olsa da, onun faktiki istifadəsində 13 sot əlavə, yəni
1. 49 hektar torpaq sahəsi vardır. X18 sənədlə məxsus torpağın 0.91 ha onun faktiki istifadəsində olsa da, 45 sot torpaq isə cavabdehin faktiki istifadəsində olan torpaqdan kənardadır. Vətəndaşlara dövlət aktına əsasən köhnə koordinat sistemi ilə torpaq sahələri verildiyinə görə, çıxarış verilərkən vətəndaşların torpaqdan faktiki istifadə vəziyyəti nəzərə alınmamışdır. Bu səbəbdən də sənədlə tərəflərə məxsus torpaq ilə onların faktiki istifadə vəziyyəti arasında fərq vardır. İddiaçıya məxsus 33 sot torpaq sahəsinin üzərinə iki çıxarış üst-üstə düşür, hal-hazırda torpaq sahələri ilə bağlı Respublika üzrə ,o cümlədən də Abşeron ərazisi üzrə dürüstləşmə işləri davam etdirilir, dürüstləşmə işləri başa çatdırıldıqdan və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra iş üzrə obyektiv rəy vermək mümkün olacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X13 da məhkəmə iclasında Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X1 izahı ilə eyni məzmunda izahat verdi. Azərbaycan Respublikası “X9” nin müstəqil eksperti Hüseynov Şükür məhkəmə iclasında ifadəsində bildirdi ki, o, 7 il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzində ekspert kimi işləmişdir. Hal-hazırda isə müstəqil ekspert kimi fəaliyyət göstərir. Onlar rəy verərkən iş materiallarına olan çıxarış və torpağın plan və ölçüsünə istinad edirlər. Tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olmuşdur ki, iddiaçıya çıxarışla məxsus torpaq sahəsinin 24 sotu Cavabdeh faktiki istifadəsində olan və hasarın daxilində yerləşir. Digər 91 sot hissə isə başqa şəxsə məxsus qonşuqluqda yerləşən tikilinin altına düşür.Tərəflərin torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin mövcud olduğu müəyyən edilir. Çıxarışların verilməsinə əsas olmuş ilkin torpaq ayırma sənədlərinə əsas ekspertiza təyin edildiyi təqdirdə, tərəflərə məxsus torpağın hazırda kimin istifadəsində olması barədə rəy verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3385 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,36 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı ildə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 10/1922 saylı ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı X2 faktiki istifadəsində torpaq sahəsi olmadığından xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli taşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X3 mülkiyyətində olan Abşeron rayonu, saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.3385 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsinin araşdırılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis də qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində olan 1.49 ha maq sahəsinin 0.91 ha hissəsi xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 1.36 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyində qeyd olunur ki, elektron kadastr məlumat bazasında xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı Niftalı qızının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.3385 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0.3385 ha torpaq sahəsinin plan və ölçüsünun döngə nöqtələrinin kordinatları ilə xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 1.36 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır.Qeyd olunanlar nəzərə alınmaqla,mütəxəssis rəyindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilməbilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, torpaq sahələrinin faktiki yerləşdiyi sahə ilə torpaq sahələrinə verilmiş plan və ölçü arasında uyğunsuzluq vardır, səbəb isə həmin torpaq sahələrinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin mövcud olmasıdır.Göstərilən bu xüsusat iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 10/1922 saylı ekspert rəyi ilə tam təstiq olunur.Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri də məhkəmə iclasında dindirilərkən torpaq sahələrinin faktiki yerləşdiyi sahə ilə torpaq sahələrinə verilmiş plan və ölçü arasında uyğunsuzluqların mövcud olduğunu bir daha təstiq etmişlər.Bundan əlavə məhkəmə tərəfindən tərəflərin razılığı ilə əlavə ekspertiza təyin edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən mübahisəli torpaqla bağlı ilkin torpaq ayırma sənədləri sorğu əsasında götürülmüş, həmin sənədlərə əsasən məhkəmənin 17 mart 2022-ci il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin olunaraq rəy verilməsi üçün mülki iş ekspertiza mərkəzinə göndərilmiş, ekspertin vəsatəti əsasında mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinin müayinəsi aparılması üçün mütəxəssis və tərəflər məhkəməyə dəvət edilmiş, İddiaçı nümayəndəsi X11 qəti şəkildə qərardadda qoyulan suallar üzrə əlavə ekspertizanın keçirilməsinə qarşı çıxmış, mütəxəssisin müayinə aparmasına maneə yaratdığına görə sözügedən qərardad üzrə rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarından göründüyü mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 14 sentyabr 2021-ci il tarixli, 10/1922 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X4, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü daxilində olan 0,33 sot torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılaraq boşaldılması və həmin torpaq sahəsində aparılmış qanunsuz tikililərin, hasarın sökülməsi barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 14 sentyabr 2021-ci il tarixli, 10/1922 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV