Məhkəmə qərarları › İş №2(012)-700/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-700/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-700/2025 07.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə texniki yanlışlığa yol verildiyindən onun anasının ölüm tarixinin xx.xx.2024-cü il kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun X3 xx.xx.1964-cü ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuşdur. Anası onkoloji xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X13 rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Anasının ölüm faktını təsdiq edən Təcili və X9 Stansiyasının X12 vərəqəsi vardır. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı o, Maraqlı şəxsnə müraciət etmişdir. Ona məktubla cavab vermişlər ki, ölüm şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət edilməlidir. Bildirir ki, ölüm haqqında şəhadətnamənin alınması vərəsəlik işinin açılması ilə bağlı lazımdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, X2 onun anasıdır. X3 27 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etmiş və Abşeron rayonu, Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Anası vəfat edənə kimi onunla qardaşları anası ilə birlikdə yaşamışlar. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, X2 onun qonşusu olmuşdur və onlar 20 il idi ki, qonşu idilər. X2 xərçəng xəstəliyindən əziyyət çəkirdi. Natavan Səfərova 27 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etmiş və Abşeron rayonu, Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 15030840 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 30 noyabr 1964-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi (Məmmədli) kəndində anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 004666 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 2001-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində doğulmuşdur, atası X8, X3dır. İş materiallarında olan Bakı şəhər Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli X12 vərəqəsindən görünür ki, X1 rayonu, Məhəmmədi (Məmmədli) kəndində həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 18-1-20/2-S-1296-42- 788/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Natəvanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 22 oktyabr 2024cü il tarixli, 3-16-5/8-15-2663/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tesdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 245 nömrəli arayışdan görünür ki, həqiqətən TTTYS-in “X12 Vərəqəsi”nə əsasən 27 sentyabr 2024-cü il tarixində dünyasını dəyişmiş mərhum X1 rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 30 noyabr 1964-cü il təvəllüdlü X4 27 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 noyabr 1964-cü il təvəllüdlü X4 27 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar