Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7042/2025 18.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğulmuş X7 Abşeron rayonu, Xırdalan şəhərində 03 iyun 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1964-cü ildə Ermənistan rayonu, Vardenis rayonu, Zod kəndində doğulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi 7-ci km, ünvan 1 ünvanında qeydiyyatda olan X13 onun əridir. Həyat yoldaşı xeyli vaxt şəkər xəstəliyindən əziyyət çəkmiş və son günlər mədə-bağırsağı ilə bağlı şikayətləri çoxalmışdır. xx.xx.2025-ci ildə X7 qəfildən halı pisləşmiş, onlar gecə saat 00:00-da təcili X9 çağırmışdırlar. Təcili yardım həkimləri gələndə həyat yoldaşı sağ olmuş, həkimlər ona iynə vurub getmişdirlər. Səhərə yaxın saat 06:00-da həyat yoldaşının halı yenidən pisləşmiş, onlar yenə təcili tibbi yardım çağırmışdırlar. Həkim gələndə həyat yoldaşının artıq dünyasını dəyişdiyi bildirilmiş, Təcili Tibbi yardım həkimləri onlara bu barədə “xəbərdarlıq vərəqəsi” sənədi vermişdirlər. Onlar elə zənn etmişdirlər ki, ölümü təsdiq edən sənəd — şəhadətnamə budur. Sənədləşmə işləri ilə əlaqədar olaraq onlardan ölüm sənədi tələb edildikdə təcili yardımın verdiyi sənədi göstərdikdə, bunun ölüm haqqında şəhadətnamə olmadığı bildirilmişdir. O, Cavabdehnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ona xx.xx.2025-ci il tarixli imtina məktubu verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixli, 18-1-20/2-Q-41xx-xx-4378/2025 nömrəli məktubla ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mərhum X3 rayonunda dəfn olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh nümayəndəsi X10 ərizəni qəbul etdiklərini, X7 03 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, X4 onun xalasının həyat yoldaşıdır. İlham Qarayev sağlığında Abşeron rayonunda yaşamış və xx.xx.2025-ci il tarixdə elə orada da vəfat etmişdir. Mərhum X3 rayonu, Zurnabad kəndində dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X17 məhkəmədə ifadəsində bildirdi ki, o, mərhum X1 görmüşdür, belə ki, İlham Qarayev onun xalasının həyat yoldaşı olmuşdur. O da X7 xx.xx.2025ci il tarixdə vəfat etməsi faktını təsdiq edir. X22 Göygöl rayonu, Zurnabad kəndində dəfn olunmuşdur. İş materiallarında olan Ermənistan SSR Basarkeçər rayon Zod kənd soveti tərəfindən verilmiş İ-ЗЖ № 718497 saylı doğum haqqında şəhadətnamənin və AA4606144 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 03 iyun 1964-cü il tarixdə Ermənistan rayonu, Basarkeçər rayonu, Zod kəndində doğulmuşdur. İş materiallarında olan Ermənistan SSR Vardenis rayonu Zod kənd soveti tərəfindən verilmiş İİİ-СЛ № 295027 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X6 07 iyul 1986-cı il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarında olan “Respublika Təcili və X9 Mərkəzi” PHŞ Abşeron Təcili və X9 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Xırdalan şəhərində həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının Zurnabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli, 5-47-17/3-2-162/2025 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum əri X13 xx.xx.1964-cü il tarixdə anadan olmuş, 03 iyun 2025-ci il tarixdə ölmüş və Göygöl rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 18-1-20/2-Q-41xx-xx- 4378/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İ.Qarayevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli, 3-16-5/8-15-3526/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tesdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Onlara ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan “X25” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 dekabr 2025-ci il tarixli, 4936 nömrəli arayışdan görünür ki, X4 rəhmətə getdiyi xx.xx.2025-ci il tarixinə qədər "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən ünvan 3 yaşamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 03 iyun 1964-cü il təvəllüdlü X7 03 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 iyun 1964-cü il təvəllüdlü X7 03 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7042/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7042/2025
18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver