Məhkəmə qərarları › İş №2(012)-710/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-710/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-710/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri-xx.xx.1968-ci il təvəllüdlü X3 Abşeron rayonu, Məmmədli kəndi, Həzi Aslanov küçəsində yerləşən sənədsiz evdə xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü X6 onun həyat yoldaşıdır. O, uzun müddət yaşadığı və sənədi olmayan öz evində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onlar Tovuz rayonunda qeydiyyatda olsalar da, uzun müddətdir ki, Məmmədli kəndi, Həzi Aslanov küçəsində yerləşən sənədsiz fərdi yaşayış evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Nazim Quliyevin halı pisləşmiş və o, Təcili və X2 Stansiyasına zəng edərək, həkim briqadasını evə çağırmışdır. Yaşadıqları evə həkim gəlmiş və artıq həyat yoldaşının vəfat etdiyini bildirmiş, bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X3 ölüm haqqında şəhadətnaməsini ala bilmək üçün Abşeron Rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixli məktub verilmiş və Nazim Quliyevin ölümünün baş vermə səbəbi məlum oladığı üçün “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi mümkün olmadığı bildirilmişdir. O, Tovuz Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, ölüm şəhadətnaməsinin veriilməsini xahiş etsə də, ölüm akt qeydi axtarış sistemində yoxlama aparılmış, lakin ölüm akt qeydi aşkar olunmadığı üçün ona xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. O, bütün lazımi sənədləri toplayaraq ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, hüquqi faktın müəyyən edilməsi ona miras məsələlərinin həll edilməsi üçün lazımdır. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ərizənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur. O, mərhum X3 bacısı qızıdır. Nazim Quliyev xərçəng xəsətəsi idi və son zamanlar xəstəliyin ağır mərhələsində idi. O, xx.xx.2023-cü il tarixdə, axşam vaxtlarında Abşeron rayonu, Məmmədli kəndindəki evində ölmüşdür. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - Nikah haqqında AZ-İ 579062 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 xx.xx.2010-cu ildə nikaha girmişlər. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Tovuz rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin ölüm akt qeydi aşkar olunmadığından ölüm haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Tibbi Ərazi Bölmələrini X4 X7 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Quliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Bakı şəhəri Təcili və X2 Stansiyası 14 saylı Bölmə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 19:20 radələrində Məmmədli kəndi, Həzi Aslanov küçəsində yerləşən fərdi evdə yaşayan X3 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin əri olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid öz ifadəsində X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadəsi ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin əri X6 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar