Məhkəmə qərarları › İş №2(012)-7110/2021

Abşeron Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(012)-7110/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7110/2021 22.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh2, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə məhkəmənin öz təşəbbüsü ilə əlavə qətnamənin çıxarılmasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nizami Yusif oğluna və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdehlərdən müştərək qaydada, 15000 manat əmlaka zərər vurduqlarına və mənimsədiklərinə, 5000 manat isə əldən çıxmış faydaya görə, cəmi 20 000 manat, 300 manat vəkilin xidmətlərinə ödənilən pul vəsaitinin, 31 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin, cəmi 20 331 manatın alınıb ona verilməsinə dair qətnamə, cavabdehlər barəsində Azərbaycan Respublikası MPM-nin 267-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə düzəliş verərək iddia tələbində yanlış olaraq iddiaçının adının onun atasının adının yazıldığını, lakin iddiaçı o özü olduğunu və ona görə də, iddiaçı X2 əsl iddiaçı ilə əvəz olunaraq İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 öz növbəsində İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Xırdalan Kolxoz Bazarı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilməsinə dair 06 iyun 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 06 iyun 2019cu il tarixdən 06 may 2020-ci il tarixədək olan dövrədək ödənilməmiş icarə haqqı üzrə 1100 manat, ödənilmiş dövlət rüsumu üzrə 30 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-1737/2020 saylı qətnaməsinə əsasən, ilkin iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı xeyrinə vurulmuş zərərə görə 220 manat məbləğində maddi ziyanın tutularaq ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə müqavilə üzrə 600 manat icarə haqqının tutularaq ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı 27.04.2021-ci il tarixdə apelyasiya şikayəti vermiş və mülki iş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması üçün 17.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29.09.2021-ci il tarixli 2(105)-2056/2021 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə öhdəliklərini icra etmədiklərinə görə maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, qəsdən əmlakı məhv etdiklərinə görə vurduqları maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işin apellyasiya icraatından çıxarılaraq, Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh2 mülki işə İddiaçı iştirakı olmadan baxılıb mahiyyəti üzrə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 mülki işə ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılıb mahiyyəti üzrə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini təqdim edərək əlavə olaraq izahatında göstərmişdir ki, o, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onunla bağladığı icarə müqaviləsinin də ləğvi tələbini qoymuşdur. Məhkəmə qətnaməsində həmin tələbə istinad edilmiş, hüquqi qiymət verilmiş, lakin qətnamənin “Qət etdi” hissəsində bu tələbə dair nəticə əlavə edilməmişdir. Cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-1737/2020 saylı mülki iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 229.1. maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. 229.3. maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, Cavabdeh1 İddiaçı qarşı müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, Xırdalan Kolxoz Bazarı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin icarəsinə verilməsinə dair 06 iyun 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxmış, həmin tələbi təmin etmiş və həmin tələbə dair qətnamənin əsaslandırma hissəsində hüquqi qiymət verərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.3.1.2-ci bəndinə istinad etmiş, həmin bəndə əsasən, məhkəmə tələbin müqavilənin ləğv edilməsi hissəsini əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış 06 iyun 2019-cu il tarixli icarə müqaviləsinin 4.3.1.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəmədikdə, yəni ödəmə müddətindən 5 (beş) gündən çox keçdikdə icarəyə verən müqaviləni birtərəfli qaydada poza bilər. Göründüyü kimi, məhkəmə qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılarkən qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və ədalətli məhkəmə aktı qəbul etmiş, həmin tələbə dair tərəf məhkəmə iclasında izahat vermiş və sübutlarını təqdim etmiş, lakin məhkəmə texniki yanlışlığa yol verərək Mülki Prosessual Məcəllənin 229.1.1 maddəsinə əsasən həmin tələbə dair qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirilsə də qətnamənin “Qət etdi” hissəsində tələbə dair nəticə göstərilməmişdir. Ona görə də Abşeron rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-1737/2020 saylı qətnaməsinin “Qət etdi” hissəsinə icra müqaviləsinin ləğvi tələbinə dair aşağıdakı nəticə əlavə edilməlidir: “İcarə verən Cavabdeh1 ilə icarəçi İddiaçı arasında 06.09.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin”. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Abşeron rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(012)-1737/2020 saylı qətnaməsinin “Qət etdi” hissəsinə aşağıdakı nəticə əlavə edilsin. “İcarə verən Cavabdeh1 ilə icarəçi İddiaçı arasında 06.09.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin.” Əlavə qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar