Məhkəmə qərarları › İş №2(012)-72/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-72/2024

28.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-72/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və nümayəndəsi-vəkili X116 iştirakları ilə, İddiaçı Cavabdeh (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Azərbaycan Respublikası Abşeron rayonu Pərəkəşkül- Qobustan Bələdiyyəsinə) qarşı torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu. Qobustan kəndində, tam paylı xüsusi mülkiyyəti növündə olan, yaşayış məntəqələrinə aid 0,10 ha sahəsi Cavabdeh tərəfindən qanusuz zəbt olunduğundan, onun həmin torpaq sahəsini boşaltması və orada tikilən tikililəri onun hesabına sökməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin 05 oktyabr 2007-ci il tarixli 1251-saylı məktubuna əsasən Pirəkəşkül Bələdiyəsinin sədri Q.Ə. Orucovanın 01 oktyabr 2007-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Pirəkəşkül Bələdiyyəsinin perspektiv inkşaf fondundan həmin bələdiyyənin ərazisində yaşayan və 5 ildən artıq qeydiyyatda olan X67, X10, X83, X92, X45, X25, X7, X84, X108, X46, X47, X8, X68, X163, X85, X109, X26, X48, X86, X124, X69, X70, X27, X21, X49, X50, X87, X88, X71, X16, X89, X11, X23, X72, X90, X51, X12, X52, X35, X110, X5, X125, X111, X91, X126, X36, X28, X53, X73, X54, X17, X37, X29, X13 bundan əlavə daha 12 nəfərə, hər birinə, 0,10 hektar olmaqla, Pirəşəkül kəndi ərazisində fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayırılmasına razılıq verilmişdir. Həmçinin həmin məktubda qeyd olunmuşdur ki, həmin torpaq sahələri bələdiyyənin alqı satqı predmeti olmasını nəzərə alaraq yuxarıda adı göstərilən vətəndaşlara satılmasına DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etməmişdir. 1.Veriləeək sahələrdə yeraltı və yerüstü kommunikasiya - qaz, su, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ayırılsın. 2.Torpaqda tikinti işləri aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilsin və Memarlıq Xidmətində təstiq edilsin, tikintiyə başlamaq üçün icazə alınsın. Bundan sonra, Azərbaycan Respublikası Abşeron rayonu Pirəkəşkül Qobustan bələdiyəsinin 01 oktyabr 2007-ci il tarixli 279 saylı vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayırılması haqqında qərarına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq Bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Preziidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təstiq edilmiş “Torpaq alqı - satqı qaydaları”-na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 N-li qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi ilə Bələdiyyə torpaqlarından yuxarıda qeyd olunan siyahıda adı olan X55 0,10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayırılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, torpağın nəzərdə tutulmuş qiymətinə görə dəyəri Pirəkəşkül - Qobustan Bələdiyyəsinin KAPİTAL Bankın Abşeron fılialındakı **********0 saylı xüsusi hesabına ödənilsin. Ayrılma torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsi rayon (şəhər) memarlıq xidmətinin razılaşdırılması vətəndaşa tapşırılsın. Torpaq sahəsində mülkiyyət hüququna dair Reysterdən çıxarışın verilməsi üçün Toıpaq və Xəritəçəkmə Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinə müraciət edilsin. Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı - satqı aktı ilə rəsmləşdirilməsi Bələdiyənin İcra aparatına tapşırılsın. Bu qərarlardan sonra 08.10. 2008-ci il tarixli 2805/08 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Pirəkəşkül -Qobustan Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi həmin bələdiyənin sədri X74 və Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin müdri X18 iştirakı ilə X1. Torpağın alınmasına görə Səbuhi Həsənov tərəfindən Qobustan Bələdiyyəsinin KAPİTAL Bankın Abşeron fılialındakı **********0 saylı xüsusi hesabına 168 manat ödənilmişdir. Ödənişdən sonra, Qobustan kəndində Abşeron rayonu Pirəkəşkül- Qobustan bələdiyyəsinin nümayəndəsi E.Mehrəliyevin, topoqraf Nümayəndə2 Pirəkşəkül - Qobustan bələdiyyə şurasının 04 iyul 2007-ci il tarixli, N-06, qərarına əsasən 1000 kvm sahəni yerində ölçüb ayırılmışdır. Bütün sərhəd dönüşlərindən naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və X56 yerində təhvil verilmişdir. Digər tərəfdən Abşeron rayonu Qobustan kəndinin 1000 kv metr olan 23 №li torpaq sahəsini vətəndaş X89 cizgidə olduğu kimi yerində qəbul etmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən X56 Abşeron rayonu, Qobustan kəndində, tam paylı, xüsusi mülkiyyəti növündə 0,10 ha sahəsi olan torpaqa dair Hüquqların Dövlət qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrə altında MA seriyalı, ********** qeydiyyat nömrəsi ilə 11 noyabr 2011-ci il tarixli çıxarış verilmişdir. Həmin çıxarışa **********17 reyestr nömrəsi olan AA seriyalı 033543 saylı xx.xx.2011-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə olunaraq Səbuhi Həsənova verilmişdir. X89 özünə məxsus torpaqım satmaq üçün tanışı X57 1 saylı “Asan” Xidmət Mərkəzində xx.xx.2014- cü il tarixdə 7E- 7670 reyestrli nömrəsi olan etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Elşan Məmmədov 04 mart 2014-cü il tarixdə X104 kəndində yerləşən tam paylı xüsusi mülkiyyətində olan 0,10 ha sahəsini İddiaçı daşınmaz əmlakın torpaqın alqı-satqısı AN-1 Seriyalı ******* saylı müqaviləyə əsasən 5500 manata satmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən İddiaçı Abşeron rayonu. Qobustan kəndində, tam paylı xüsusi mülkiyyəti növündə yaşayış məntəqələrinə aid torpaqın 0,10 ha sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrə altında RX seriyalı, ********** qeydiyyat nömrəsi ilə 18 mart 2014-cü il tarixli çıxarış verilmişdir. Həmin qıxarışa **********17 reyestr nömrəsi olan AA seriyalı 012540 saylı xx.xx.2014-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə olunaraq İddiaçı verilmişdir. İddiaçı özünə məxsus torpaq sahəsində ev tikmək işəyərkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi qanunsuz və əsassız olaraq Qobustan rayonu, Ərəbşalbaş kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan, yuxarıda qeyd olunan siyahıda adı olmayan Cavabdeh Abşeron rayonu Pirəkəşkül- Qobustan bələdiyəsinin 13 sentyabr 2007-ci il tarixli 216 saylı qərarına əsasən ayırılmışdır. 13 sentyabr 2007-ci il tarixli 216 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Pirəkəşkül - Qobustan Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi həmin bələdiyənin sədri X74 və Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin müdri X18 iştirakı ilə Cavabdeh satılmışdır. Torpaqın alınmasına görə Səbuhi Həsənov tərəfindən Qobustan Bələdiyyəsinin KAPİTAL Bankın Abşeron fılialındakı **********0 saylı xüsusi hesabına 500 manat ödənilmişdir. Həmin qərarda X18 və Cavabdeh imzaları yoxdur. Bundan sonra ,Qobustan kəndində Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin nümayəndəsi E.Mehrəliyevin, topoqraf E.X20 bələdiyyə şurasının 03 sentyabr 2007-ci il tarixli N-08, qərarına əsasən 1000 kvm sahəni yerində ölçülüb ayırılmışdır. Bütün sərhəd dönüşlərindən naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuş və Cavabdeh yerində təhvil verilmişdir. Digər tərəfdən Abşeron rayonu Qobustan kəndinin 1000 kv metr olan 179 №-İi torpaq sahəsini vətəndaş Cavabdeh cizgidə olduğu kimi yerində qəbul etmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən Cavabdeh çıxarış verilməmişdir. Beləliklə, İddiaçı məxsus Abşeron rayonu. Qobustan kəndində, tam paylı xüsusi mülkiyyəti növündə olan, yaşayış məntəqələrinə aid 0,10 ha sahəsi Cavabdeh tərəfindən qanusuz zəbt olunduğundan, o, həmin torpaq sahəsini boşaltmalı və orada tikilən tikililəri özünün hesabına sökməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X156 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə neçə ildir ki, bu məsələnin həlli barədə razılığa gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/984 nömrəli ekspert rəyi ilə tanış olmuşdur, razıdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil2 Hümsü oğlu izahatında göstərmişdir ki, cavabdehə Azərbaycan Respublikası Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 216 saylı “Vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarı əsasında 0.10 ha torpaq sahəsi verilmişdir. İddiaçının iddiası ilə razılaşmırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və Azərbaycan Respublikası Abşeron rayonu Pərəkəşkül-Qobustan Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Abşeron rayonu Pirəkeşkül-Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 109 saylı arayışın surətindən görünür ki, № 43, 70604092, 70611011, 01.06.07., 04.06.07., 11.06.07 saylı sənədə əsasən 168 manat torpaq rüsumu bələdiyyənin hesabına ödənilmişdir. -Aktın surətindən görünür ki, Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin nümayəndəsi E. Mehrəliyev, Topoqraf E, Məmmədov. Pirəkəşkül - Qobustan bələdiyyə şurasının N- 06 04 iyul 2007-ci il tarixli qərarına əsasən aşağıda göstərilmiş 1000 kvm sahəni yerində ölçüb ayırdıq. Bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoydular və vətəndaş X56 yerində təhfil verdilər. Digər tərəfdən Abşeron rayonu Qobustan kəndinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə layihələndirilməsi üçün 1000 kv metr olan 231N-li torpaq sahəsini vətəndaş X89 cizgidə olduğu kimi yerində qəbul etdi. -Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Pirəkəşkül-Qobustan rayon bələdiyyəsi X56 torpaq sahəsi satmışdır. -Azərbaycan Respublikası Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 279 saylı “Vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında“ və “Torpaq bazan haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqlann alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 N- li Qəranna müvafiq olaraq vətəndaşlann mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi ilə Bələdiyyə torpaqlanndan X56 0.10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsın. Torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri Pirəkəşkül-Qobustan Bələdiyyəsinin KAPİTAL Bankın Abşeron fllialmdakı **********0 saylı xüsusi hesabına ödənilsin. Ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılsın. Torpaq sahəsinə mülkiyyət hüququna dair Reyesterdən çıxarışın verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reester Xidmətinə müraciət edilsin. Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı-satqı aktı ilə rəsimiləşdirilməsi Bələdiyyənin İcra aparatına tapşırılsın. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən göndərilmiş xx.xx.2007-ci il tarixli, 1251 saylı rəyin surətindən görünür ki, Pirəkəşkül Bələdiyyəsinin perspektiv inkişaf fondundan: X67, X58, X83, “X92, "X45, X25, X7, X84, X112, X46, X47, X8, X68, X163, X85, X109, X26, X48, X93, X124, X69, X70, X27, X21, X49, X50, X87, X94, X71, X16, X89, X11, X6, X72, X127, X59, X12, X95, X35, X59, X12, X75, X35, X113, X110, X5, X125, X111, X91, X126, X36, X30, X53, X73, X60, X17, X37, X38, X22, X31, X114, X76, X96, Ramal Fəxrəddin oğlu, X14, Mübariz Niyazi oğlu, X61, Vəliyev Səbuhi, X62, X77, X78, X97, X39, X40, X98, X79, X63, X128, X115, X19, X32 hər birinə 0.10 hektar olmaqla Pirəkəşkül kəndi ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında məktuba baxılmışdır. Həmin torpaq sahələri bələdiyyənin alqı-satqı predmeti olmasını nəzərə alaraq adları qeyd edilən vətəndaşlara satılmasına DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etmir: 1. Veriləcək sahələrdə yeraltı və yerüstü kommunikasiya-qaz, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ayrılsın. 2. Torpaqda tikinti işləri aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilsin və Memarlıq Xidmətində təsdiq edilsin və Memarlıq Xidmətində təsdiq edilsin, tikintiyə başlamaq üçün icazə alınsın. -Azərbaycan Respublikası Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 216 saylı “Vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında“ və “Torpaq bazan haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqlann alqı - satqı qaydaları” na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 N-li Qəranna müvafiq olaraq vətəndaşlann mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi ilə Bələdiyyə torpaqlanndan Cavabdeh 0.10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsın. Torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri Pirəkəşkül-Qobustan Bələdiyyəsinin KAPİTAL Bankın Abşeron fllialmdakı **********0 saylı xüsusi hesabına ödənilsin. Ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılsın. Torpaq sahəsinə mülkiyyət hüququna dair Reesterdən çıxarışın verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reester Xidmətinə müraciət edilsin. Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və aiqı-satqı aktı ilə rəsimiləşdirilməsi Bələdiyyənin İcra aparatına tapşırılsın. -Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Pirəkəşkül-Qobustan rayon bələdiyyəsi Cavabdeh torpaq sahəsi satmışdır. -Qobustan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 042327 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AA № 033543 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsi X41 mülkiyyətindədir və həmin sənədin verilməsinə əsas DTXK Abşeron rayon şöbəsi, xx.xx.2008-ci il tarixli 2803/08 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Abşeron rayon Pirəkeşkül-Qobustan Bələdiyyəsi, xx.xx.2007-ci il tarixli 279 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı, DTXK Abşeron rayon şöbəsi, xx.xx.2008-ci il tarixli 11120 nömrəli Torpaq sahəsinin plan və ölçüsü olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X41 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -X4 adından 1 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilən etibarnamə əsasında Nümayəndə2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsini alıcıya 5500 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli, AA № 012540 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin verilməsinə əsas Abşeron rayonu Notarius Məsimova G.İ. Şəhadətnamə 078, xx.xx.2014-cü il tarixli 4Ə/02-594 mömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-0000806 saylı mütəxəssis rəyindən görünür ki, 1.İddiaçı X15 faktiki istifadəsində olan 0,0860 ha torpaq sahəsinin 0,0373 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 237 saylı reyestr kitabının 79 saylı vərəqində xüsusi mülkiyyət hüquqi əsasında qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0736 ha təşkil edir. 2. Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 216 saylı qərar əsasında Cavabdeh fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. 3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX seriyalı ******* nömrəli,daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 237 saylı reyestr kitabının 79 saylı vərəqində xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən, X2 üzrə mülkiyyətində olan Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh məxsus tikilinin bir hissəsi (yaşayış evi) üst-üstə düşür, (sxemdə göstərilmişdir. Qeyd: Torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində aparılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/984 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-594/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-0000806 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı X15 faktiki istifadəsində olan 0,0860 ha torpaq sahəsinin 0,0373 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 237 saylı reyestr kitabının 79 saylı vərəqində xüsusi mülkiyyət hüquqi əsasında qeydiyyata alınmış çıxarışa əsasən,İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0736 ha təşkil edir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 216 saylı qərar əsasında Cavabdeh fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX seriyalı 03659952 nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 237 saylı reyestr kitabının 79 saylı vərəqində xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən, X3 üzrə mülkiyyətində olan Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh məxsus tikilinin bir hissəsi (yaşayış evi) üst-üstə düşür. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçıya həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilən ərazidə cavabdeh tərəfindən tikililər tikildiyini görmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı torpaq ərazisinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu. Qobustan kəndində tam paylı xüsusi mülkiyyəti növündə olan, yaşayış məntəqələrinə aid 0,10 ha sahəsi Cavabdeh tərəfindən qanusuz zəbt olunduğundan, onun həmin torpaq sahəsini boşaltması və orada tikilən tikililərin onun hesabına sökməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X129rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə sübuta yetirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2- 0000806 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 237 saylı reyestr kitabının 79 saylı vərəqində xüsusi mülkiyyət hüquqi əsasında qeydiyyata alınmış çıxarışa əsasən,İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0736 ha təşkil etdiyi, Cavabdeh məxsus tikilinin bir hissəsi (yaşayış evi) üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda mütəxəssis rəyindən də müəyyən olunur ki iddiaçının cavabdeh tərəfindən zəbt olunmuş 0.0736 ha torpaq hissəsində cavabdeh yaşayış evi inşa etdirmişdir. Məhkəmə həmin mütəxəssis rəyini əsas hesab edərək hesab edir ki, iddiaçının cavabdeh tərəfindən onun torpaq hüdudlarında tikdirdiyi yaşayış evi qanunsuz olduğundan cavabdehin hesabına sökülməlidir. Beləliklə Ekspert və mütəxəssis rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.10 ha torpaq sahəsinin 0.0736 ha hissəsi hazırda cavabdeh tərəfindən zəbt edilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin zəbt edilmiş 0.0736 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikili (fərdi yaşayış evi) Cavabdeh hesabına sökülməli, zəbt edilmiş 0.0736 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobustan kəndində yerləşən 0.10 ha torpaq sahəsinin zəbt edilmiş 0.0736 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikili (fərdi yaşayış evi) Cavabdeh hesabına sökülsün, zəbt edilmiş 0.0736 ha torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar