Məhkəmə qərarları › İş №2(012)-7305/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7305/2021

27.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7305/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə 27 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi “X1”ni qeyd etməli olduğu halda, cavabdeh kimi qeyd etməmişdir.Halbu ki, işin materiallarında olan 14 aprel 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə “X1”ilə Məmmədov Elnur Vəli oğlu arasında bağlanmışdır. Yəni, qeyd edilənlərdən göründüyü kimi iddia ərizəsində müqavilə tərəflərinin adları düzgün qeyd edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalı,qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar