Məhkəmə qərarları › İş №2(012)-736/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-736/2020

26.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-736/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh, onun vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın, torpaq alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa ½ hissədə mülkiyyət hüququnun tanınmış hesab edilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilən MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli torpaq sahəsinə dair çıxarışın, AN-1№026813 seriyalı, xx.xx.2010-cu il tarixli torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı və Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hazırda məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, tərəflər aşağıdakı şərtlərlə razılaşır. Bu sazişə uyğun olaraq İddiaçı Cavabdeh qarşı olan “Çıxarışın, torpaq alqı- satqısı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa 1 /2 hissədə mülkiyyət hüququmun tanınmış hesab edilməsi tələbinə dair" iddia tələbindən imtina edir və MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,015 ha hissəsində tikilən iddiaçıya məxsus yaşayış evinin qarşısındakı 10 (on) metr uzunluqda olan daş hasarın və giriş darvazasının söküb qarşıdakı qonşunun daş hasarı ilə 1,20 sm ölçüdə məsafə saxlamaqla ona paralel 10 (on) metr uzunluğunda tikinti standartlarına uyğun olaraq daş hasar mşa etməyi, cavabdeh X1 oradan giriş-çıxış yolu verməyi öhdəsinə götürür və həmin giriş-çıxış yoluna dair Cavabdeh mülkiyyət hüququnun saxlanmasına etiraz etmir. Cavabdeh MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0,03 ha ölçüdə torpaq sahəsindən hazırda İddiaçı yaşadığı və inşa etdiyi yaşayış evinin yerləşdiyi 0,013 ha ölçüdə torpaq sahəsini İddiaçı mülkiyyətinə verir, torpaq sahəsinin tərəflərin paylarının ölçüsünə uyğun olaraq naturada ayrılmasına etiraz etmir və Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən 20 (iyirmi) gün müddətində İddiaçı tərəflər arasında tərtib ediləcək və imzalanacaq qəbzə əsasən 800 (səkkiz yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Tərəflərə məxsus olan yaşayış evlərinin arasında olan 70 (yetmiş) sm-lik məsafədə 20 (iyirmi) sm enində (40 sm ölçüdə dayaq tumbalardan ibarət), 13 (on üç) metr uzunluğunda tam ortadan qonşu hasar çəkməyi öhdələrinə götürürlər. Tərəflər razılaşırlar ki, Cavabdeh MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışla məxsus olan 0,03 ha torpaq sahəsinin 0,013 ha hissəsinin İddiaçı mülkiyyətinə verilməsi zamanı sənədləşmə işləri üçün ortaya çıxacaq xərclər İddiaçı tərəfindən çəkiləcək. Tərəflər razılaşırlar ki, Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən 20 (iyirmi gün) müddətində Cavabdeh Barışıq Sazişinin 2-ci bəndinə uyğun olaraq İddiaçı 800 (səkkiz yüz) manat məbləğində pul ödəyir və qeyd edilən pul ödənilən gündən başlayaraq 10 gün müddətində İddiaçı Barışıq Sazişinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliyini icra edərək giriş-çıxış yolunu Cavabdeh təhvil verir. Tərəflərin yaşayış evləri və həyətyanı sahələri arasında inşa ediləcək daş hasarın inşası üçün çəkiləcək xərclər hər iki tərəfə bərabər hissədə aid edilir. İddiaçı bu Sazişin 1-ci bəndinə əsasən üzərinə düşən öhdəliyi Sazişin 5-ci bəndində nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi təqdirdə həmin torpaq sahəsində inşa etdiyi iddiaçıya məxsus yaşayış onun hesabına evinin sökülməsinə və oradan çıxarılmağına, həmçinin Sazişin 1 -ci bəndində nəzərdə tutulan işlərin görülməsi üçün iddiaçıya Cavabdeh tərəfindən ödənilmiş 800 manat məbləğinin 2(iki) mislinin iddiaçıdan Cavabdeh xeyrinə tutulmasına qeyd-şərtsiz razıdır, etiraz etmir. Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə həmin məbləğin 2(iki) mislinin ondan İddiaçı xeyrinə tuutlmasına qeyd-şərtsiz razıdır, etiraz etmir. Bu Barışıq sazişi üzrə bir tərəf öhdəliklərini icra etmədikdə digər tərəf bu Sazişin 7-ci və ya 8-ci bəndinin məcburi qaydada icra edilməsi üçün Abşeron rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin verilməsini tələb etmək hüququ vardır. Barışıq Sazişinin şərtləri tərəflərə aydındır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri onlara izah edildi və barışıq sazişi hər iki tərəfin həqiqi niyyətini ifadə etməklə öz imzaları ilə təsdiq edildi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “çıxarışın, torpaq alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa ½ hissədə mülkiyyət hüququnun tanınmış hesab edilməsi”tələbi barədə iddia tələbinə dair mülki iş üzrə tərəflər arasındakı aşağıdakışərtlər ilə bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. 1)İddiaçı Cavabdeh qarşı olan “Çıxarışın, torpaq alqı- satqısı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa 1 /2 hissədə mülkiyyət hüququmun tanınmış hesab edilməsi tələbinə dair" iddia tələbindən imtina edir və MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,015 ha hissəsində tikilən iddiaçıya məxsus yaşayış evinin qarşısındakı 10 (on) metr uzunluqda olan daş hasarın və giriş darvazasının söküb qarşıdakı qonşunun daş hasarı ilə 1,20 sm ölçüdə məsafə saxlamaqla ona paralel 10 (on) metr uzunluğunda tikinti standartlarına uyğun olaraq daş hasar inşa etməyi, cavabdeh X1 oradan giriş-çıxış yolu verməyi öhdəsinə götürür və həmin giriş-çıxış yoluna dair Cavabdeh mülkiyyət hüququnun saxlanmasına etiraz etmir. 2)Cavabdeh MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0,03 ha ölçüdə torpaq sahəsindən hazırda İddiaçı yaşadığı və inşa etdiyi yaşayış evinin yerləşdiyi 0,013 ha ölçüdə torpaq sahəsini İddiaçı mülkiyyətinə verir, torpaq sahəsinin tərəflərin paylarının ölçüsünə uyğun olaraq naturada ayrılmasına etiraz etmir və Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən 20 (iyirmi) gün müddətində İddiaçı tərəflər arasında tərtib ediləcək və imzalanacaq qəbzə əsasən 800 (səkkiz yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürür. 3)Tərəflərə məxsus olan yaşayış evlərinin arasında olan 70 (yetmiş) sm-lik məsafədə 20 (iyirmi) sm enində (40 sm ölçüdə dayaq tumbalardan ibarət), 13 (on üç) metr uzunluğunda tam ortadan qonşu hasar çəkməyi öhdələrinə götürürlər. 4)Tərəflər razılaşırlar ki, Cavabdeh MA:0069800 seriyalı, xx.xx.2010-cu il tarixli Çıxarışla məxsus olan 0,03 ha torpaq sahəsinin 0,013 ha hissəsinin İddiaçı mülkiyyətinə verilməsi zamanı sənədləşmə işləri üçün ortaya çıxacaq xərclər İddiaçı tərəfindən çəkiləcək. 5)Tərəflər razılaşırlar ki, Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən 20 (iyirmi gün) müddətində Cavabdeh Barışıq Sazişinin 2-ci bəndinə uyğun olaraq İddiaçı 800 (səkkiz yüz) manat məbləğində pul ödəyir və qeyd edilən pul ödənilən gündən başlayaraq 10 gün müddətində İddiaçı Barışıq Sazişinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliyini icra edərək giriş-çıxış yolunu Cavabdeh təhvil verir. 6)Tərəflərin yaşayış evləri və həyətyanı sahələri arasında inşa ediləcək daş hasarın inşası üçün çəkiləcək xərclər hər iki tərəfə bərabər hissədə aid edilir. 7)İddiaçı bu Sazişin 1-ci bəndinə əsasən üzərinə düşən öhdəliyi Sazişin 5-ci bəndində nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi təqdirdə həmin torpaq sahəsində inşa etdiyi iddiaçıya məxsus yaşayış onun hesabına evinin sökülməsinə və oradan çıxarılmağına, həmçinin Sazişin 1 -ci bəndində nəzərdə tutulan işlərin görülməsi üçün iddiaçıya Cavabdeh tərəfindən ödənilmiş 800 manat məbləğinin 2(iki) mislinin iddiaçıdan Cavabdeh xeyrinə tutulmasına qeydşərtsiz razıdır, etiraz etmir. 8)Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə həmin məbləğin 2(iki) mislinin ondan İddiaçı xeyrinə tuutlmasına qeyd-şərtsiz razıdır, etiraz etmir. 9)Bu Barışıq sazişi üzrə bir tərəf öhdəliklərini icra etmədikdə digər tərəf bu Sazişin 7-ci və ya 8-ci bəndinin məcburi qaydada icra edilməsi üçün Abşeron rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin verilməsini tələb etmək hüququ vardır. 10)Barışıq Sazişinin şərtləri tərəflərə aydındır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri onlara izah edildi və barışıq sazişi hər iki tərəfin həqiqi niyyətini ifadə etməklə öz imzaları ilə təsdiq edildi. İddiaçı Cavabdeh qarşı “çıxarışın, torpaq alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa ½ hissədə mülkiyyət hüququnun tanınmış hesab edilməsi” tələbinə dair 2(012)- 736/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar