Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-736/2022 11.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi X7 iştirakı ilə, Ərizəçi X7 “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 11 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X11 “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19.09.1971-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Niyazi küçəsi, dalan 5-da yerləşən 78B saylı evdə (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, 19) 28.10.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Niyazi küçəsi, dalan 5-da yerləşən 78B saylı evdə (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, 19) qeydiyyatda olan və yaşayan 19.09.1971-ci il təvəllüdlü X2 ərizəçinin oğludur. Belə ki, mərhum oğlu Nofəl birinci Qarabağ müharibəsinin qazisidir, həmin müharibədə o başından xəsarət almışdır. Nofəl 2012-ci ildə dövlət hesabına Türkiyə Respublikasında beyin əməliyyatı keçirmiş, əməliyyat zamanı onun beyninin sağ tərəfi götürülmüşdür. Nofəl uzun müddətdir ki, dərman peraparatları qəbul etmiş, hətta poliklinika tərəfindən ona epilepsiyaya qarşı dərman vasitələri verilmişdir. Türkiyə Respublikasında əməliyyat olunduqdan sonra oradakı həkimlər epilepsiyanın yarana biləcəyi barədə onlara məlumat vermişdirlər. Hadisə baş verən gündən bir gün öncə axşam saat təxminən 17 radələrində ərizəçi qardaşı Cavid Həsənovun yaşadığı evə qonaq getmişdir, lakin mütəmadi olaraq mərhum oğlu Nofəllə telefon əlaqəsi saxlamışdır. Saat təxminən 02-03 radələrində Nofələ zəng etmiş, lakin ona cavab verən olmamışdır. Həmin vaxt o qonşuya zəng edərək, bu barədə məlumat vermiş və qonşudan xahiş etmişdir ki, Nofələ baş çəksin. Qonşu Nofəlin küçədə öz avtomobilinin yanında olduğunu bildirmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evə qayıtmış, qapını döysə də açan olmamışdır. Nofəlin evdən səsi belə gəlmirdi. Hətta ətrafda olan qonşular qapını daş ilə döysələrdə qapını açan olmamışdır. Həmin vaxt mən qardaşı Cavidə zəng edib bu barədə məlumat vermişdir. Cavid isə FHN-nə zəng edib, yaşadıqları evə gələrək qapını açmalarını xahiş etmişdir. FHN-nin xilasetmə qrupu gələrək qapını açmış və oğlu Nofəlin meyitini yerdə uzanıqlı vəziyyətdə aşkar etmişdir. Dərhal digər oğlu Orxana məlumat vermişdir. Həmin vaxt hadisə yerinə polis əməkdaşları da gəlmişdir. Hüquqmühafizə orqanının əməkdaşları evə və məhkəmə tibbi ekspertin iştirakı ilə mərhum oğlu Nofəlin meyitinə baxış keçirdikdən sonra, meyiti onlara təhvil vermişdirlər. Həmin vaxt orada olan həkimlər həkimə qədər ölüm barədə Xəbərdarlıq vərəqəsini ona təqdim etmişlər. X18 rayonu, Qaymaqlı kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Bütün bu qeyd etdikləri Abşeron rayon prokurorluğu tərəfindən araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə 04.11.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar və Xəbərdarlıq Vərəqəsi ona təqdim edildikdən sonra Abşeron rayonu Mərkəzi Xəstəxanasına müraciət edərək, mərhum oğluna ölüm haqqında şəhadətnamənin verilməsindən ötrü rəsmi şəkildə müraciət etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 19.11.2021-ci il tarixli, 1581 nömrəli məktubda, oğlunun ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi göstərilmişdir. Belə ki, daha sonra ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, oğluna ölüm haqqında şəhadətnamə almaq istəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ona 23.11.2021-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi X11 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Əfəndiyev Orxan Ağamalı oğlu ərizəçinin oğlu və mərhum X1 isə qardaşı olduğunu bildirərək, həqiqətən də, X1 28.10.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ə.Əzimzadə küçəsi, ev 19-da ölməsini və 29.10.2021-ci il tarixdə Qazax rayon Qaymaqlı kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.09.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X4, anası X10r. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X15 Şəxs Təcili və X6 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 28.10.2021-ci il tarixdə X1 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki iş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 24 noyabr 2021-ci il tarixli 11-21/331 nömrəli arayışdan müəyyən edilir ki, X7 oğlu 19.09.1971-ci il təvəllüdlü X2 29.10.2021-ci il tarixdə Qazax rayon Qaymaqlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən X9 ünvanlanmış 23 noyabr 2021-ci il tarixli, 05/Q-1607/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1581 nömrəli məktubdan müəyyən edilir ki, X9 19.09.1971-ci il təvəllüdlü X1 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir. İş materiallarında olan Abşeron rayon prokurorluğunun 04 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 1971-ci il təvəllüdlü X1 28.10.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ə.Əzimzadə küçəsi, ev 19-da ölməsi faktı ilə əlaqədar toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, 253-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 28.10.2021-ci il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Abşeron rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1581 nömrəli məktubda X9 19.09.1971-ci il təvəllüdlü X1 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 sentyabr 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X1 28 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 sentyabr 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X1 28 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-736/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-736/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver