Məhkəmə qərarları › İş №2(012)-74/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-74/2022

01.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-74/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Saray Bələdiyyəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı çıxarışın etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edərək xx.xx.2014-cü il tarixli RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 zəbt etdiyi torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edərək xx.xx.2011-ci il tarixli MA ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və mülkiyyətində olan torpaq sahəsinin özgəsinin, yəni cavabdehlərin qanunsuz sahibliyindən azad etməklə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildə dövlət tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində kənd-təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, həmin dövrdə maddi vəziyyəti pis olduğundan torpaq sahəsinə daş hasar çəkdirə bilməmişdir. Ona verilmiş 0,040097 ha sahəsinə xx.xx.2014cü il tarixdə, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə çıxarış almışdır. Təxminən 3 il əvvəl həmin torpaq sahələrinə baş çəkmək üçün gedərkən torpaqlarının tanımadığı şəxslər tərəfindən hasara alındığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsində Cavabdeh2 qeyri -.qanuni zəbt edərək xx.xx.2014-cü il tarixli RX ******* serialı ********** qeyydiya nömrəli çıxarış almış, bir hissəsini isə Cavabdeh1 qeyri qanuni zəbt edərək xx.xx.2011-ci il tarixli MA ******* serialı ********** qeydiyyat nömrəli çıxarış almışlar və bir hissəsində isə yol çəkilmişdir. Dəfələrlə aidiyyatı qurumlara o cümlədən Saray bələdiyyəsinə müraciət etmişdir. Saray bələdiyyəsində ona bildirmişdilər ki, həmin torpaq sahəsinin bir hissəsinin yol çəkilişi planına düşdüyündən, digərinin başqa şəxslərə satıldığını bildirdilər.Əvəzinə ona başqa bir ərazidə torpaq sahəsinin veriləcəyini bildirmişdilər. Lakin sonradan bu məsələ ilə bağlı iddiaçıya heç bir köməklik göstərilmədiyi üçün şikayyət etmək qərarına gəlmişdir. Mülkiyyətində olan torpaq sahələri, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş və Abşeron rayon, Saray bələdiyyəsinin qeyri-qanuni əməlləri ilə alqı-satqı yolu ilə ona məxsus torpaqları alaraq özəlləşdirərək çıxarış əldə etmişlər. bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Saray Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən müstəqil tələb irəli sürməyən İİİ şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0269 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 487 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri: X2, X3, X4, İddiaçı. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,040097 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən ona məxsus olan torpaq sahəsinin bələdiyyə tərəfindən zəbt edilərək üçüncü şəxslərə satılması barədə məlumat vermişdir. onun müraciəti əsasında toplanmış material üzrə işin başlanması rədd edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, **********06 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 501 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1114 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********44 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1549/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 10/5404 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci-ikinci-üçüncü sualları üzrə: 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, ******* saylı və xx.xx.2014-cü il tarixli, ******* saylı Çıxarışlara əsasən iddiaçının paylı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0269 ha və 0,040097 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh2 xx.xx.2014-cü il tarixli RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və Cavabdeh1 xx.xx.2011-ci tarixli MA ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planf'na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planf'na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir.Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı cavabdehlərə məxsus torpaq sahələrinin özəlləşdirilməsinin etibarsızlığını məhkəmədən xahiş edir.Bunun üçün əvvəlcə iddiaçının öz torpaq sahələrinin yerləşmə yeri müəyyən edilməli, daha sonra cavabdehlərin mübahisələndirilən torpaq sahələri ilə üst-üstə düşdüyü halda cavabdehlərin ilkin torpaq ayırma sənədləri iddiaçı tərəfindən mübahisələndirilməli, daha sonra isə reyestr qeydinin düzgün olmaması ilə bağlı iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdırıb, onları məcmu halında qiymətlənidirib, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Saray Bələdiyyəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı çıxarışın etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində məhkəmə ekspertizası xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar