Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-763/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Maraqlı şəxs mülki işə 13 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri 23 dekabr 1964-cü il təvəllüdlü X2 15 may 2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23 dekabr 1964-cü il təvəllüdlü X9 onun əri olmuş, onlar 1987-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahdan iki qızları dünyaya gəlmişdir. Onlar ünvan 1 ünvanında yaşamışlar. O, təxminən 25 il əvvəl Vaqifin mütəmadi spirtli içki içməsi səbəbindən uşaqları da götürüb evdən getmiş, həmin vaxtdan sonra onun ərindən xəbəri olmamışdır. Notariusda vəsiyyətnamə yazdırmaq istəyərkən əri barəsində məlumat istəmişlər. O, həyat yoldaşının tapılması üçün Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Samir Nəsirli işi araşdırıb onun vəfat etdiyini müəyyən etmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın əsasında o, həyat yoldaşının ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmişdir. İddiaçı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etsə də, xəstəxana tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Ərinin ölümünün müəyyən edilməsi faktı ona əmlakını miras qoymaq üçün lazımdır. Bu səbəbdən də şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi anası, X1 isə atasıdır. Atası içki aludəçisi olmuşdur. Hələ uşaq olarkən anası ilə atası arasında tez-tez mübahisələr baş vermiş, anası onları götürüb evdən çıxmışdır. Həmin vaxtdan nə atası onlarla, nə də ki onlar atası ilə maraqlanmamışdır. Atasını axırıncı dəfə uşaq olarkən görmüşdür. Sonradan eşitmişdir ki, atası vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçi onun bibisidir. X1 bibisinin əridir. Hələ uşaq olarkən bibisinin ərinin içki içərək evdə mübahisə yaratdığını eşitmişdir. Bu səbəbdən də bibisi uşaqlarını götürüb evdən çıxmışdır. Həmin vaxtdan bibisinin ərindən xəbərləri olmamışdır. Sonradan bibisindən ərinin vəfat etdiyini eşitmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-ci ildə anadan olmuşdur. Mülki işin materiallarında olan Siyəzən şəhər Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 1987-ci ildə verilmiş İV-JQ №385344 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi arasında 10 noyabr 1987-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 noyabr 1987-ci ildə 166№ ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Talıbova” soyadı verilmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 13 avqust 1988-ci ildə və X8 02 sentyabr 1989-cü ildə Bakı şəhərində anadan olmuşdur, ataları X9, anaları Ərizəçidır. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 20 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentindən Əhaliyə Vətəndaşlıq xidməti reyestrinə verilmiş sorğunun cavabında Nizami rayonu ərazisində yaşamış xx.xx.1984-cü-il təvəllüdlü X6 uyğun gələn xx.xx.2008ci il tarixində Vaqif adlı şəxsin kimsəsiz kimi dəfn olunması göstərilmiş və belə olan halda, materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, X2 vəfat etmiş olduğu müəyyən edildiyindən, hər hansı bir cinayət qurbanı olmasını təsdiq edən sübutlar olmadığından və mövcud qanunvericiliyə uyğun müddət başa çatdığından cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 86, 39.1.1 və 212-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q-2490/15 nömrəli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsinin 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 311 saylı məktubda bildirilmişdir ki, X9 18 nömrəli BŞX-nın poliklinika şöbəsinə heç bir müraciəti olmaması səbəbindən ambulator kartası olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23 dekabr 1964-cü il təvəllüdlü X9 iddiaçının əri olmuş,onlar 1987-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahdan iki qızları dünyaya gəlmişdir. Onlar ünvan 1 ünvanında yaşamışlar. O, təxminən 25 il əvvəl Vaqifin mütəmadi spirtli içki içməsi səbəbindən uşaqları da götürüb evdən getmiş, həmin vaxtdan sonra ondan xəbəri olmamışdır. O, həyat yoldaşının tapılması üçün Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Nizami RPİ-nin 25-ci PŞnin təhqiqatçısı Samir Nəsirli işi araşdırıb onun vəfat etdiyini müəyyən etmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O, Abşeron rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda X2 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmiş, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-763/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-763/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver