Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-775/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə anadan olmuş X4 Abşeron rayonu, Xırdalan şəhəri, Kərim Kərimzadə küçəsində yerləşən 35 C saylı evdə xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, xx.xx.1959-cu il təvəllüdlü X1 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Tofiq Paşayev xx.xx.2024-cü il tarixində yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Kərim Kərimzadə küçəsində yerləşən 35 C saylı evlərində vəfat etmişdir. Həmin tarixdə həyat yoldaşının halı pisləşdiyi üçün Təcili və X3 Stansiyasına müraciət etmiş, ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum əri Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsindən ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O da öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, Tofiq Paşayev ilə 42 ildir ailə həyatı qurmuşlar və birgə nikahlarından 3 övladları anadan olmuşdur. 7-8 ildir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kərim Kərimzadə küçəsində yerləşən 35 C saylı evdə yaşayırlar. Həyat yoldaşının vəfat etməsinə səbəb ayaq damarlarında yaranmış problemlər olmuş və o, Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmişdir. Eyni zamanda poliklinikaya müraciət etsə də, ordan da ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ona həyat yoldaşının ölüm haqqında şəhadətnamə müxtəlif sənədləşmə işləri üçün lazımdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, da Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan şəhəri, K.Kərimov küçəsində yaşayır. Ərizəçi ilə 2018-ci ildən qapı qonşudurlar. Səhər-səhər ağlaşma səsi gəlmiş, Sevdagilin evinə gedəndə Paşa Paşayevin vəfat etdiyini görmüşdür. Mərhumun yas mərasimində qonşu kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Ərizəçi onun bacısıdır. X1 bacısının əri olmuşdur, həmçinin də dayısı oğludur. Bacısıgil mərhumu sağlığında səhhətində yaranmış problemlərlə bağlı həkimə aparıb-gətirmişlər. Tofiq Paşayev nəfəs ala bilmədiyini bildirmiş və keçinmişdir. Təcili Tibbi yardım çağırılmış, həkim gələndə Tofiq Paşayevin öldüyünü bildirmişdir. Mərhum Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə, 261 ünvanında yaşayır. X1 onun əmisidir. Əmisi oğlu ona zəng edərək Tofiq Paşayevin öldüyünü bildirmişdir. Onlar oraya gələndə artıq əmisi keçinmişdir. Əmisini Sumqayıt şəhər qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan AA3551192 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X9 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 11 oktyabr 1991-ci il tarixdə verilmiş V-JQ seriyalı 416383 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 11 oktyabr 1991-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 oktyabr 1991-ci il tarixdə 307 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan X13 PHŞ Təcili və X3 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə təqribən saat 07:20 radələrində vəfat etmişdir. Meyit TTYS-nın çağırışçı həkimi tərəfindən müayinə edilmiş və meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X15 tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 18-1-20/2-P-1429-42-929/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi X4 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-2670/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 10 oktyabr 2024-cü il tarixdə ölmüş X4 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 fevral 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş X4 10 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 fevral 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş X4 10 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-775/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-775/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver