Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-777/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 22 aprel 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (əvvəlki adı- «xxxx» İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə 14 oktyabr 2013-cü il tarixli, 17- A-1-0-5347-13 saylı kredit müqaviləsi üzrə banka 5805,02 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 13 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 1763,60 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4983,33 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 12173,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xxxx İKB ASC-nin «6 saylı» filialından illik 16 faizlə 48 ay müddətinə 10400 manat məbləğində kredit götürmüş və iddiaçı bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 13000 manat məbləğində qiymətləndirilmiş cavabdeh mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli” nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 295 manat, ümumilikdə 14139 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş 02 dekabr 2014cü il tarixdə, 950 manat məbləğində olmuşdur. Həmçinin maşının müqavilədə 13000 manat göstərilən qiyməti reallığa uyğun deyil. Hazırda maşının qiyməti maksimum 8000 manat ola bilər. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli” nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və öz öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir İş materiallarında olan 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən «xxxx» İKB ASC Cavabdeh illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 10400 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 13000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsi üzrə 5805,02 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 13 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 1763,60 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4983,33 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 12173,15 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 4983,33 manat məbləğində cərimə pulu cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 200 manat məbləğində olmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, «xxxx» İKB ASCnin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **- FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 20 manat cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə 14 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5347-13 saylı kredit müqaviləsi üzrə banka 5805,02 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 13 oktyabr 2017-ci il tarixinə ödənilməmiş 1763,60 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 200 manat dəbbə pulu olaqla, ümumilikdə cəmi 7768,72 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alıaraq iddiaçının xeyrinə tutulsun. İddia tələbi üzrə tutma Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **- FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobilə yönəldilsin. Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «Renault Tondar» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1202716 ban, ağ rəngli avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC (əvvəlki adı: «xxxx» İKB ASC)-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-777/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-777/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver