Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-790/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3, Azərbaycan Respublikasının Qida X1-X6 nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida X1-X8) qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida X1-X8) qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ona məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə onun saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, torpaq sahəsinin ikinci mülkiyyətçisi Cavabdeh2 cavabdeh kimi hazırki mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya A № 667273 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Daş Qüzdək qəsəbəsindəki torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Təyinatı - yaşayiş sahəsidir. İddiaçının çəpər qonşusu olan Cavabdeh1 məxsus sahədə ferma saxlanılır. Ferma saxlamağın nəticəsində yaranan dəhşətli qoxu, həşəratlar, birələr səbəbindən həyətlərində oturmaq belə mümkün deyil. Bu barədə 2022-ci il may ayında iddiaçı Abşeron Polis İdarəsinə müraciət etmişdir. Yoxlama aparılmış və nəticədə iddiaçının qonşusu söz vermişdir ki, sentyabr ayına qədər ferması boşaldacaq və dağ tərəfdə onlara məxsus fermaya heyvanları aparacaqlar. Bir müddət sakitçilik olmuşdur, yalnız toyuqları qalmışdır. 2023-cü il may ayında yenə də heyvanları toplamış və ferma yenidən fəaliyyətə başlamışdır. Cavabdeh ona hara istəyirsənsə şikayət edə bilərsən demişdir. 2023-cü il iyul ayinda iddiaçı AR-nın yanında X5-Xızı regional agentliyinə müraciyyət etmçişdir. Agentlik tərəfindən bildirilmişdir ki, Nümayəndə2 sahəsində ferma saxlayır, lakin fermanın işinə xitam vermək onların səlahiyyətlərində deyil, bu işə hüquqmühafizə orqanları baxır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-H-l 112-8/2023 saylı iddiaçının müraciətiylə bağlı məktubunda bildirilir ki, Nümayəndə2 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar torpaq sahəsində heyvandarlıqla məşqul olduğu müəyyən olunmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. O, iddia tələbini qəbul etmir. İddiaçının şikayətlərindən sonra 2 ilə yaxındır ki, fermada 2 iribuynuzlu, 15 xırdabuynuzlu heyvan saxlanılmışdır. Lakin hazırda onların fermasında yalnız 2 heyvan vardır. İddia tələbi tamamilə əsassızdır. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, 2017-ci ilin 23 noyabr tarixindən heyvandarlıq və s. bununla bağlı olan onların vəzifə və səlahiyyətlərinə aid olan işlər Azərbaycan Respublikasının Qida X1-X6 səlahiyyətinə verilmişdir. Odur ki, hazırda onlar tərəfindən bu tipli şikayərlərə baxılmır, ona görə də rəy verilməsi onlar tərəfindən mümkün deyil. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X1-X6 nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, onlar əraziyə baxış keçirmiş və bunun əsasında 12 iyul 2024-cü il tarixli rəy vermişlər. Rəydən də göründüyü kimi fermada sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunmuşdur və təsərrüfatda qoxu ətraf əraziyə yayılmamışdır. Nazirlər Kabinetinin 38 saylı qərarında da göstərilmişdir ki, yalnız yüksək mərtəbəli binalarda 1 it və 2 pişik saxlanılmasına icazə verilmişdir. Lakin qərarda həyət evlərində bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. X3 Kollegiyasının 19 saylı qərarında göstərilmişdir ki, yalnız heyvan və quş kəsimi məntəqələri yaşayış sahələrindən 300 metr aralıqda yerləşməlidir. Odur ki, X3 hər hansı heyvcandarlıq fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsi müvafiq laboratoriya ilə təchiz olunmuşdur. Həmin İdarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürd kimi qazları müəyyən edir. Onu da qeyd edir ki, mal-qara və heyvanların ifrazatının qoxusunu müəyyənləşdirən avadanlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyildir. Əyani olaraq qoxunu hiss etmək mümkün olsa da, hansı dərəcədə olduğunu nizamlayan norma yoxdur. Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar həyətyanı məqsədli torpaq sahəsində heyvandarlıqla məşğul olduğu müəyyən olunmuşdur. -Azərbaycan Respublikasının Qida X1-X8 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Agentliyin X2 əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, köhnə ANS telekanalının yaxınlığında, iddiaçının qonşuluğunda yerləşən fermanın fiziki şəxs Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir və təsərrüfata baxış keçirilmişdir. Baxış zamanı fiziki şəxs fiziki şəxs Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında 2 (iki) baş iribuynuzlu heyvan, 15 (on beş) baş xırdabuynuzlu heyvan və 50 (əlli) baş toyuq, 6 (altı) baş ördək, 6 (altı) baş hinduşkanın və 70 (yetmiş) baş göyərçin saxlanıldığı, sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilmişdir. Fiziki şəxs Cavabdeh1 zoogigyena və sanitariya qaydalarına riayət etmək üçün tərəfimizdən icrası məcburi göstərişlər verilmişdir. -Hakim (Habil Əhmədov) tərəfindən hazırki iş üzrə mübahisə predmetini təşkil edən Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə və üzərindəki təssərüfata baxış keçirilmiş, baxış zamanı Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.10 ha olan mübahisəli torpaq sahəsində darvazadan içəri girərkən, hər iki cavabdehin torpaq sahəsinin bir yerdə yerləşdiyi müəyyən olunur. Torpaq sahəsinin yuxarı baş hissəsində uzunluğu təxminən 10 metr olan mal-qara üçün tövlə olduğu, eyni zamanda həmin tikilinin sol tərəfində isə hinin olduğu və içərisində toyuqların saxlanıldığı görünür. Cavabdehlərə məxsus tövlədə malqara və hər hansı iy-qoxu yaradacaq tullantılar aşkar edilməmişdir. Tövlə və hin iddiaçıya məxsus hasarla bitişik formada tikilmişdir. Həmin hasar iddiaçı ilə cavabdehləri ayıran sərhəddir. Bundan sonra küçənin əks tərəfindən iddiaçıya məxsus darvazadan içəri daxil olunmuşdur. İddiaçının 0,05 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin üzərində iddiaçıya məxsus yarımtikili ev tikildiyi görünür. Həmin tikili cavabdehlə olan sərhəd hasardan 5 metr məsafədə tikilmişdir. Tərəflər arasındakı hasarın təxmini hündürlüyü 2,5 metrdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı qonşu və mülkiyyətçi kimi cavabdehlər tərəfindən onun hüquqlarının pozulduğunu, cavabdehlərə məxsus fermada anti-sanitar vəziyyətin olduğunu əsas gətirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə onların saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Qida X1-X8 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli cavab məktubundan göründüyü kimi Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilməsi göstərilmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, idarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürd kimi qazları müəyyən edir. Onu da qeyd edir ki, mal-qara və heyvanların ifrazatının qoxusunu müəyyənləşdirən avadanlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyildir. Əyani olaraq qoxunu hiss etmək mümkün olsa da, hansı dərəcədə olduğunu nizamlayan norma yoxdur. Bundan əlavə məhkəmə yerli baxış keçirmiş cavabdehlərə məxsus tövlədə mal-qara və hər hansı iy-qoxu yaradacaq tullantılar aşkar edilməmişdir. Göründüyü kimi qonşu olaraq cavabdehlər tərəfindən iddiaçıya təsir edən ağır qoxuların olması və qanunsuz təsirlər müəyyən edilməsi mümkün olmamışdır. Tövlələr cavabdehin xüsusi mülkiyyətində olan yaşayış torpağında tikilmişdir. Hər bir şəxsin öz yaşayış torpağında şəxsi istehlakı üçün mal-qara saxlamaq hüquq vardır. Hər hansı bir qanunvericilik mülkiyyətçiyə bunu qadağan etmir. Cavabdehlərin iddiaçıya qonşu olaraq hər hansı bir təsiri sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov