Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-799/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi dairəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi dairəsinə qarşı, Daşınmaz Əmlakın 10 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona uyğun verilmiş 19 yanvar 2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirərək hər ikisi barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi dairəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə, üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.3. maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi dairəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bir tərəfdən: İddiaçı nümayəndəsi Nümayəndə, digər tərəfdən: Cavabdeh1 aşağıdakı şərtlərlə barışıq sazişini bağlayırlar:
1. Sazişin predmeti: 1.1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi dairəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair Abşeron rayon Məhkəməsində 2(012)- 799/2024 saylı mülki iş vardır və həmin mülki iş üzrə tərəflər barışıq sazişini bağlamaqla aşağıdakılar barədə razılığa gəlirlər:
2. Sazişin şərtləri: 2.1. İddiaçı 04 ay ərzində yəni 09 aprel 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək 50000 (əlli min) manat məbləğində pulu Cavabdeh1 ödəməyi öhdəsinə götürür. 2.2. Cavabdeh1 isə həmin 50000 (əlli min) manat məbləğində pulu qəbul etməyi, ödəniş tam həyata keçirildiyi gün, həmin gün mümkün olmadığı halda növbəti gündən gec olmayaraq adına olan ünvan 1 ünvanında yerləşən mənzili (reyestr nömrəsi: **********71- 05101-093010) İddiaçı adına alqı-satqı müqaviləsi bağlayaraq rəsmiləşdirməyi öhdəsinə götürür. 2.3. İddiaçı əgər həmin 50000 (əlli min) manat məbləğində pulu qeyd edilən vaxtda tam şəkildə ödəməsə ünvan 1 ünvanında yerləşən mənzillə bağlı bütün iddialarından imtina edir və mənzili Cavabdeh1 boş vəziyyətdə təhvil verməyi öhdəsinə götürür. 2.4. Tərəflər öhdəliklərini icra etmədiyi halda barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı icra sənədi olaraq qəbul edir və icraya yönəldilməsinə etirazlarının olmadığını ifadə edirlər. 2.5. Tərəflər barışıq sazişinin yuxarıda qeyd edilən şərtlərlə məhkəmə tərəfindən təsdiqlənməsinə və iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını ifadə edirlər. Abşeron rayon Məhkəməsinin 2(012)-799/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 10:01-də "xxxx" ASC-nin Mərkəz filialında (Əməliyyat İD:327445150, qəbz nömrəsi: 11273, Terminal nömrəsi: K0249011, Ödəniş növü: Nağd, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov