Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-799/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Cavabdeh) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Cavabdeh) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, atası xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə yaşadığı və qeydiyyatda olduğu fərdi yaşayış evində vəfat etmişdir. Belə ki, mərhumun halı pisləşdiyi üçün o, Respublika Təcili və X4 Mərkəzinə müraciət etmiş, həkim briqadası evə gəlmiş, artıq mərhumun vəfat etdiyini bildirmiş, bununla bağlı həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Həmin vərəqə ilə ərizəçi ARMX-a müraciət etmiş, ona xx.xx.2024-cü il tarixli, 18-1-20/2-S-1493-42- 945/2024 nömrəli məktubla cavab verilərək ölümün baş vermə səbəbi məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi bildirilmişdir. Daha sonra o, Cavabdehnə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2672/2024 nömrəli məktubla cavab verilərək ərizəçinin aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mərhum Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn olunmuş, bununla Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir.Göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ölən şəxs - X3 onun atasıdır və onunla birlikdə yaşayırdı. xx.xx.2024-cü il tarixdə mərhumu divanda oturmuş şəkildə görmüş, lakin çox zaman içkinin təsiri ilə yatıb qaldığını düşündüyü üçün atasını oyatmaq istəməmişdir. Bir müddət keçdikdən sonra atasını çağırmış, lakin səs gəlmədiyini və atasının dodağının göyərdiyini görüb qonşunu çağırmışdır. Mərhum heç bir xəsarət və ya bədbəxt ölüm səbəbindən deyil, bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o mərhumun həyat yoldaşıdır. Onlar ayrılsalar da, faktiki olaraq bir yerdə yaşayırdılar. xx.xx.2024-cü il tarixdə işdən evə gəldikdə mərhumu divanda oturmuş şəkildə görmüş, lakin başı ağrıdığı üçün yatdığını düşünmüşdür. Belə ki, mərhum X3 içki aludəçisi olduğu, eyni zamanda İ Qarabağ müharibəsində kontuziya aldığı üçün ona toxunmaq qeyri-mümkün hal aldığı və içəndə çox vaxt beton üzərində belə yatdığı üçün onu oyatmaq istəməmişdir. Bir müddət keçdikdən sonra mərhumu çağırmış, lakin səs gəlmədiyini və onun dodağının göyərdiyini görüb qonşunu çağırmışdır. Mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu, eyni zamanda İ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə yoldaşları gözünün önündə öldüyü üçün sinir sistemi pozulmuş, içki aludəçisi olduğu üçün çox vaxt söyüş söyüb, qışqırırdı. xx.xx.2024-cü il tarixdə ərizəçi qapını döyərək onu çağırmışdır. O onşusunun evinə getmiş orada Şahlar kişinin öldüyünü görmüşdür. X12 Mərkəzinə müraciət edilmişdir. X12 Mərkəzinin həkimi gəlib baxanda bildirmişdilər ki, artıq şəxs ölmüşüdür. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mərhum onun 10 illik yaxın dostu və qonşusu olmuşdur. xx.xx.2024-cü il tarixdə yoldaşı ilə evdə oturarkən qonşudan səs gəldiyini görmüş və mərhumun evinə getmişlər. Bu zaman Haşımov Şahların divanda uzandığını və tərpənmədiyini görmüş, mərhumun boynundan tutmuş və rənginin saraldığını görmüşdür. X10 məhz o, yığmışdır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda mərhum öz qardaşının yanında dəfn olunmuşdur. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhər Nəsimi rayon VVADQ tərəfindən verilmiş XVİİ-ЖГ 348656 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 43 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası X5r. -AZE16972823 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14nin xx.xx.2024-cü il tarixli, 18-1-20/2-S- 1493-42-945/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2672/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Təcili və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il saat 20:15-də Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. Meyidin üzərində vizual zorakılıq əlamətləri yoxdur. -Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/342 saylı arayışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş və Biləcəri rayonu, Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn olunmuşdur. -İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X1 məzarlığı qardaşı X2 məzarlığının yanında yerləşir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Seyidli X7 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 18, ev 101 ünvanda qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X3 ərizəçinin atası olmuş və xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X1 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən də, ərizəçinin atası X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 101 saylı fərdi yaşayış evi ünvanda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-799/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-799/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver