Məhkəmə qərarları › İş №2(012)-806/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-806/2021

01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-806/2021 01.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ölüm aktı qeydinin bərpa olunması və atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ölüm aktı qeydinin bərpa olunması və atalıq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun atasının X10 olması faktının və X4nun xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan SSR-nin Sisyan rayonu,Sofulu kəndində ölməsi akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ermənsitan SSR tərəfindən verilən doğum haqqında şəhadətnaməyə əsasən 1955-ci il tarixdə Ermənistan SSR, Sisiyan rayonu, Sofulu kəndində anadan olmuşdur. X4 və anası X1r. X4 xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan SSR, Sisiyan rayonu, Sofulu kəndində vəfat etmiş, orada dəfn olunmuşdur.O zaman ölüm şəhadətnaməsi almışlar, lakin 1988-ci ildə məcburi olaraq Ermənistandan köçürüldükləri vaxt ölüm haqqında şəhadətnamə orada qalmışdır. Akt qeydlərinin bərpası üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Həmçinin bildirir ki, onun doğum şəhadətnaməsində ata qrafasında qeyd yazılmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki,ərizəçinin atası X10 onun böyük qardaşı olub. Qardaşı İsa 1932-ci ildə Ermənistanın Sisiyan rayonu, Sofulu kəndində anadan olub. Qardaşının Saleh və Valeh adında iki oğlu var. Qardaşı 1958ci ildə vəfat edib. Şahid qeyd etdi ki, o zamanlar qeydiyyat şöbəsi rayonda yerləşirdi. Kənddən oraya məsafə uzaq idi deyə bir nəfər erməni gəlib bütün camaatın sənədlərini aparıb yazdırırdı və çox vaxt da qeydlər yanlış yazılırdı. Bu səbəbdən də Valehin doğum haqqında şəhadətnaməsində “Ata” qrafasında atasının adı qeyd olunmayıb.Qardaşı İsa öləndə uşaqlarının 2-3 yaşı var idi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verdi ki, ərizəçi iə bir kənddəndir. Onun 15 yaşı olarkən ərizəçinin X4, 1958-ci il 15 sentyabrda ölüb. Mülki iş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, vəsiqənin sahibi Ərizəçi XX.XX.1955-ci il tarixdə Ermənistan, Sisyan rayonunda anadan olmuşdur. Mülki iş materiallarında olan № 845654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi 1955-ci ildə Ermənistan, Sisyan rayonu, Sofulu kəndində anadan olmuşdur. Anası “X2”dır. “Ata” qrafasında qeyd yoxdur. İşin materiallarında olan Əliyev Saleh İsa oğluna aid doğum şəhadətnaməsinin surətindən müəyyən edilir ki, 1959-cu ildə Ermənistan, Sisyan rayonu, Sofulu kəndində anadan olmuşdur. Anası “X2”dır. “Ata” qrafasında qeyd yoxdur. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, 05/Q-1146/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Ərizəçi 1955-ci ildə Ermənistanın, Sisyan rayonu, Sofulu kəndində anadan olmuşdur,anası “X2” atası isə X10 olmuş, lakin məlum olmayan səbəblərdən onun doğum şəhadətnaməsində ata qrafasında bu barədə qeyd yoxdur. Əliyev İsa Musa oğlunun ərizəçinin atası olması ərizəçinin özünün izahatı, onun şəxsiyyət vəsiqəsi ilə bərabər, məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsi ilə də təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə ərizə əsaslıdır və təmin edilməlidir. Həmçinin, ərizəçinin atası Əliyev İsa Musa oğlunun xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan SSR, Sisiyan rayonu, Sofulu kəndində ölməsi, onun ölüm şəhadətnaməsinin məlum səbəblərlə əlaqədar oradan götürülməsinin mümkün olmaması da işin materialları ilə təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə də ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X7 xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan SSR-nin Sisyan rayonu,Sofulu kəndində ölməsi akt qeydi bərpa edilməli, Ərizəçi atasının X10 olması faktı müəyyən edilməli və onun doğum şəhadətnaməsində ata qrafasında bu barədə qeyd aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan SSR-nin Sisyan rayonu,Sofulu kəndində ölməsi akt qeydi bərpa edilsin. Ərizəçi atasının X10 olması faktı müəyyən edilsin və onun doğum şəhadətnaməsinin ata qrafasında “X10” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar