Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-81/2022 21.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İHakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə və sahibliyinə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Masazır kəndində yerləşən 0,028 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X6 uşaqları ilə birlikdə çıxarılmaları, torpaq üzərində cavabdehlər tərəfindən quraşdırılmış özbaşına tikilinin onların hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə və sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2018-ci ildə Məhərrəm adlı şəxsdən torpaq almışdır. Torpaq 2006-cı ildən Məhərrəmin mülkiyyətində olmuşdur. Orada vaqon olmuş, ona vaqonun boş olduğu deyilmişdir. Sonradan orada ev tikmək istəyəndə həmin ərazidə yaşayış olduğunu görmüşdür. Məhərrəm ona torpağı satdıqdan sonra orada cavabdehlərin məskunlaşdığını demişdir. Vaqonunun yanında taxtadan tikili olmuşdur. xx.xx.2018-ci il tarixdən Masazır kəndində yerləşən 0,028 ha torpaq sahəsi onun adına Daşınaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. Ona görə ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsi üzərində taxtadan özbaşına tikili tikərək orada yaşayırlar. Bu da onun sahiblik və istifadə hüququna maneçilik törədir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, o, dəfələrlə iddiaçıya zəng etmişdir. İddiaçı isə ona sözügedən ərazidə yaşayışın olmadığını demişdir. Lakin bu yalandır. Orada tikili vardır. Hətta daşdan bir otaq və dəmirdən bir tikili vardır. Ona torpağın satıldığı barədə heç nə deyilməmişdir. Cavabdeh2 məhkəməyə göndərdiyi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun 2015-ci il tarixində vəfat etmiş atası X11 həmin ərazinin hərbi hissəsində 1993-1994-cü ildən orada işləmiş, torpaq da həmin vaxtdan atasına məxsusdur. O, 2005-ci ildən orada yaşayır. Qeyd edilən torpağı 2005-cü ildə almışdır. Sonra isə atası evi öz vəsaiti ilə tikmiş və 2005-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Uşaqları qeyd edilən qəsəbədə yerləşən Masazır qəsəsbəsi 11 saylı Laçın kənd məktəbində orta məktəbini başa vurmuşdur. Daimi işıq, qaz, su pulunu ödəyirlər. Xüsusən qeyd edir ki hələ komunal xidmətlər olmamışdan qabaq onlar orada yaşamışlar. . Atası onlara hər şeyi özünün edəcəyini demişdir, lakin atası anidən rəhmətə getmişdir. İmkanları olmadığına görə torpağı sənədləşdirə bilməmişlər.Təqribən 16 ildən çoxdur ki, onlara heç bir şəxs irad bildirməmişdir. Onlar kimi qəsəbədə imkansız ailələr, ev tikib amma sənədləşdirəməyənlər və fasiləsiz uzun müddət yaşayanlar çoxdur. Onlardan qabaq yaşayan qonşular, X16, X21, X4 və X14 2005-ci ildə atasının torpağı aldığını, ev tikdiyini və bugünə qədər fasiləsiz yaşadıqlarına şahidlik edə bilərlər. Onların burdan başqa sığınacaqları başqa yer yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-1 və 373.2 -ci maddələrində iddia müddətləri qeyd edilir. Daşınmaz əmlaklarla bağlı iddia müddəti 6 il, ümumi iddia müddəti isə 10 il müəyyən edilir. Əgər Ə.Kilmamas mülkiyyətçidirsə belə, hesab edir ki, iddia müddəti çoxdan ötürülmüşdür. Bu səbəbdən o, iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X15 məhkəmə iclasında ifadəsində bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsinə onun tərəfindən baxış keçirilmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0,028 ha torpaq sahəsinin 215 kv.metr hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir, eyni zamanda, torpaq sahəsində cavabdehlər tərəfindən tikinti aparılmış və 30 kv.metrlik tikilinin 22 kv metr hissəsi iddiaçıya çıxarışla verilən torpaq sahəsinə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,028 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindın verilmiş 21 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çölölçmə işləri aparılmışdır. Qərardadda qoyulmuş sualın 1-ci hissəsi aydın olmadığından sualın cavablandırılması mümkün olmamışdır. Cavabdeh1 tərəfindən inşa edilmiş 30 kv.metr tikilinin (yaşayış evi) 22 kv.metr hissəsi X1 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında, xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 10/5448 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun mütəxəssis rəyində qeyd olunur ki, qərardadda qoyulmuş sualın 1-ci hissəsi aydın olmadığından sualın cavablandırılması mümkün olmamışdır. Cavabdeh1 tərəfindən inşa edilmiş 30 kv.metr tikilinin (yaşayış evi) 22 kv.metr hissəsi İddiaçı məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №li, xx.xx.2018-ci il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli planı və ölçüsü əsasında Ələsgərova-X7 məxsus ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin 0,0215 ha hissəsi cənub, şərq və qərb istiqamətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan 0,0254 ha torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən 0,028 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış, lakin hal-hazırda iddiaçının mülkiyyət hüququ pozulmuş və o əmlakından sərbəst istifadə edə bilmir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindın verilmiş 21 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmış, Cavabdeh1 tərəfindən inşa edilmiş 30 kv.metr tikilinin (yaşayış evi) 22 kv.metr hissəsi X1 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında, xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsi müəyyən edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 10/5448 saylı ekspert rəyində də, Cavabdeh1 tərəfindən inşa edilmiş 30 kv.metr tikilinin (yaşayış evi) 22 kv.metr hissəsi İddiaçı məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsi müəyəyn edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 10/5448 saylı ekspert rəyində qeyd olunan suallara tam aydınlıq gətirilmədiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin icraatı mütəxəssis rəyi alınanadək dayandırılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2018-ci il tarixli, **********48 reyestr nömrəli planı və ölçüsü əsasında Ələsgərova-X7 məxsus ünvan 1ində yerləşən 0,028 ha torpaq sahəsinin 0,0215 ha hissəsi cənub, şərq və qərb istiqamətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan 0,0254 ha torpaq sahəsinin daxilində yerləşir. Beləliklə,yuxarıda qeyd olunan mütəxəsis rəyləri və ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan 0,0254 ha torpaq sahəsi və həmin torpaq sahəsində 30 kv.metr tikili(yaşayış evi) vardır, cavabdehlərin faktiki istifadəsində olan 0,0254 ha torpaq sahəsinin Ələsgərova-X5 çıxarışla mülkiyyətinə verilmiş 0,028 ha torpaq sahəsinə düşən hissəsi 0.0215 ha, iddiaçının mülkiyyətinə verilmiş 0,028 ha torpaq sahəsinə isə cavabdehlərə məxsus tikilinin düşən hissəsi isə 22 kv.metrdir.Qeyd olunan halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi məhkəmədə dindirilərkən bir daha təstiq etmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin müəyyən edilmiş faktiki hallarını və aşağıda qeyd olunacaq qanunvericilik normalarını əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışına əsasən Ələsgərova-X5 mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,028 ha torpaq sahəsinin 0,0215 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birgə çıxarılmalı, iddiaçının mülkiyyətinə verilmiş 0,028 ha torpaq sahəsinə cavabdehlərə məxsus tikilinin düşən 22 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməli, iddiaçıya məxsus torpaq sahəsi boşaldılmalı və iddiaçının sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bundan əlavə məhkəməyə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, hazırkı mülki işin mübahisə predmetini mülkiyyət hüququ təşkil edir. Mülki Məcəllənin 384.0.1 və 384.0.4-cü maddələrinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə və mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan normalara istinad edərək hesab edir ki, mülkiyyət hüququ ilə bağlı tələbə iddia müddətinin tətbiqi mülki qanunvericiliyə birbaşa zidd olduğundan iddianın bu əsasla təmin edilməməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 27 oktyabr 2021-ci il tarixli, 10/5448 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışına əsasən Ələsgərova-X5 mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,028 ha torpaq sahəsinin 0,0215 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birgə çıxarılsın, iddiaçının mülkiyyətinə verilmiş 0,028 ha torpaq sahəsinə cavabdehlərə məxsus tikilinin düşən 22 kv.metr hissəsi cavabdehlərin hesabına sökülsün, iddiaçıya məxsus torpaq sahəsi boşaldılsın və iddiaçının sahibliyinə qaytarılsın. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 27 oktyabr 2021-ci il tarixli, 10/5448 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-81/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-81/2022
21.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver