Məhkəmə qərarları › İş №2(012)-813/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-813/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-813/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il tarixdə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, ev şəraitində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə texniki yanlışlığa yol verildiyindən onun anasının vəfat etdiyi yer kimi Binəqədi rayonu, Ə.Naxçıvani 13C, mənzil 545 ünvanının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X3 xx.xx.1951-ci il tarixdə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur. Lətifə Məhərrəmova son illər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, Korpus 93 ünvanında yaşamış, xərçəng xəstəliyindən əziyyət çəkmişdir və xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında qardaşına məxsus evdə vəfat etmişdir. Anası müalicələrini özəl xəstəxanada aldığından o, poliklinkaya bununla bağlı müraciət etməmişdir. X3 vəfat etməzdən əvvəl o, təcili tibbi yardım çağırmış və təcili tibbi yardım əməkdaşları tərəfindən ona xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum anasına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 35 saylı Şəhər Poliklinikasına müraciət etsə də poliklinikanın xx.xx.2024-cü il tarixli arayışı ilə ona bildirilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü X1 ölümünə səbəb olan xəstəliklə 35 saylı Şəhər Poliklinikasında heç bir müraciət qeydə alınmadığına, ölümün səbəbi müəyyən edilmədiyinə və ölüm halı Mehdiabad ərazisində baş verdiyinə görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi imkan xaricindədir. Poliklinkaya müraciət etmədiyindən ona Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, anasının ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün deyildir. Mərhum anası Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbiristanlığında dəfn edilmişdir. Hazırda sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnaməyə ehtiyac vardır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda bildirir ki, o, Ağdam rayonundan məcburi köçkündür və Abşeron rayonu ərazisində məskunlaşmışdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin həmin qurumun rəisi Z.Zeynalov ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə işinin icrasının onların iştirakı olmadan aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun doğma bibisidır və sağlığında Camal adlı oğlu ilə birlikdə yaşamışdır. Bibisi 15 oktyabr 2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani 13C ünvanında yerləşən evdə vəfat etmiş və Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun bibisi olmuşdur, təqribən 3 ay bundan əvvəl Bakı şəhərinin Binəqədi rayonunda, oğlu Camalın evində vəfat etmiş və Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 16309180 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 24 dekabr 1951-ci il tarixdə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuşdur. İş materiallarında olan Ağdam rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİİİ-ЖГ № 439459 saylı doğum haqqında şəhadətnamənin və AA1777594 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ağdam rayonu, Ağdam şəhərində doğulmuşdur, atası X4, anası X2r. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X8 35 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli, 554 №-li cavab məktubundan görünür ki, mərhum xx.xx.1951-ci il təvəllüdlü 2-ci Mədən, korpus 93 ünvanında yaşamış X3 xx.xx.2021-ci ildən 35 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixində Dz (Kəskin resprator xəstəlik, Covid-19 pozitiv) diaqnozu ilə müraciət etmişdir. Son 3 ildə 35 nömrəli Şəhər Poliklinikasına heç bir xəstəliklə müraciət olunmamışdır. Oğlunun dediyinə görə mərhum son illər Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 93 ünvanında yaşamamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Naxçıvani 13 c küçəsində yaşamışdır. Bu ünvan 35 nömrəli Şəhər Poliklinikasının xidməti ərazisi deyildir. Nəzərə çatdırırlar ki, ölüm hadisəsi xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində (Mehdiabad qəsəbəsi, Ə.Naxçivani 13 c ünvanında) 9 saylı TTY tərəfindən təsdiq olunmuşdur. Ölüm haqqında arayışın verilməməsinin səbəbi ölüm hadisəsinin Mehdiabad qəsəbəsi, Ə.Naxçıvani 13 c ünvanında baş verməsi və ölüm səbəbinin məlum olmamasıdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli, 3-16-5/4-13-1876/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ananızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 104 nömrəli arayışdan görünür ki, həqiqətən də mərhum X3 TTTYS-nin verdiyi xx.xx.2024-cü il tarixli sənədinə əsasən rəhmətə getmişdir. ünvan 6 ünvanında yerləşən Şuşa qəbiristanlığında xx.xx.2024-cü il tarixində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 24 dekabr 1951-ci il təvəllüdlü X1 15 oktyabr 2024-cü il tarixdə ünvan 8 ünvanında ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 dekabr 1951-ci il təvəllüdlü Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş X1 15 oktyabr 2024-cü il tarixdə ünvan 8 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar