Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-824/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X4 16 iyul 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış X5 16 iyul 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,23 aprel 1986-ci il tarixda X8 ilə nikaha daxil olaraq ailə həyatı qurub. Həyat yoldaşı uzun müddət ürək-damar çatışmamazlığından və hipertoniyadan əziyyət çəkib. 2018-ci ilin aprel ayından Abşeron Rayonunun Xırdalan şəhərində yaşayıb. 2020-ci ilin iyul ayının 16-da səhər saatlarında ürəyindən şikayət etməyə və ürəyinin sıxıldığını bildirib. Günortaya yaxın ərizəçinin həyat yoldaşının vəziyyəti kəskinləşməyə başlayıb. X5 vəziyyəti pisləşərkən ərizəçi Təcili və X11 çağırıblar, lakin həkimlər gələnədək artıq arvadı vəfat edib. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət ediblər. Maraqlı şəxs tibbi müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim Arayişi, Ölüm haqqında Feldser arayışı) olmadığından ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Maraqlı şəxs 30 iyul 2020-ci il tarixli imtinasından Abşeron Rayon Məhkəməsinə müraciət edib şəxsin ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə ərizə geri qaytarılmış və ərizənin geri qaytarılması onunla əsaslandırmışdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi əhəmiyyətli faktlar barədə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair xx.xx.2019-cu ilə tarixli 3 sayli Qərarinin 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktinin müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnaməmin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması Azərbaycan Respublikasi MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə əsasən geri qaytarılmalıdır. Bundan sonra Ərizəçi Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron rayon Mərkəzi xəstəxanası 19 may 2021-ci il tarixli 741 saylı məktubu ilə bildirmişdir ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin kolleiyasinin 05 nömrəli qərarının 4.3-cü bəndinə görə Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında həmin qaydaların 4.4-cü və 4.5-ci bəndlari istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. R. Həmidovanin ölümünün səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmir. Abşeron rayon Merkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildikdən sonra Maraqlı şəxsnə müraciət edib ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs 24 oktyabr 2023-cü il tarixli məktubu ilə ölüm haqqında tibbi şəhadətnamə və vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyini bildirib imtina etmişlər. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənadi verməkdən imtina etdiyindən və ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bildirmək istəyir ki, ərizəçinin arvadının ölüm haqqında şəhadətnaməsinin alınmasının onun üçün həm mənəvi əhəmiyyəti vardır, həm də onun qeydiyyatinin ləğv edilməsi zəruridir. Bundan başqa onun adına olan əmlaka dair miras bu günə qədər ölüm haqqında şəhadətnamə ala bilmədiklərindən açıla bilməmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, X7 xalasıdır və Ərizəçi isə onun xalasının yoldaşıdır. Mərhum xalası16 iyul 2020-ci ildə ev şəraitində vəfat etmişdir, anası o zaman ona zəng edib, xalasının vəziyyətinin pis olduğunu, artıq evə çatan zaman öldüyünü bildirmişdir. Xalasının ölümünə səbəb ürəyində tromb olması səbəbindən, pandemiya dövründə xəstəlik nəticəsində vəfat etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi gəlininin bacısıdır. mərhum X7 vəfat edəndə o, öz evində olmuşdu. 16 iyul 2020-ci il tarixdə bacısının yoldaşı ona zəng edərək anasının vəziyyətinin pis olduğunu söyləmişdir. O həmin gün bacısının yaşadığı eve getmiş, evə çatanda təcili yardım maşının evdən çıxdığını, X3 öldüyünü görmüşdür. Mərhum Şamaxıda dəfn olunmuşdur. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və ya xəsarət olmamış xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1986-cı il tarixli, № ******* saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X14 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Həmidova” soyadı verilmişdir. -16 iyul 2020-ci il tarixli Təcili və X13 X2 görünür ki, X3 adına həmin tarixdə, saat 14:20 radələrində ünvan 1 ünvanına çağırış daxil olmuş, həkimə qədər qadın cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 05/Q-851/15 saylı məktubundan görünür ki, Ərizəçi arvadı X5 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-3205/2020 saylı qərardadından görünür ki, Ərizəçi Maraqlı şəxs “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” nə dair ərizəsinin geri qayatrılması, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə” nin alınması üçün ilkin olaraq müvafiq icra orqanına müraciət etməsi izah olunması qərara alınmışdır. -Tibbi Ərazi Bölmələrini X19 X25 Rayon Mərkəzi Xəstəxanası X26 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 741 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixli həyat yoldaşı 1960-cı il təvəllüdlü X3 adına “ölüm haqqında şəhadətnamə” verilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. R.Həmidovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi bildirilmişdir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2617/2023 saylı məktubundan görünür ki, Vəkil Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Şamaxı rayonunun Şəhriyar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, mərhum X1 rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. -Ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin arvadı olmuş, sonuncu 16 iyul 2020-ci il tarixdə halı pisləşdiyindən vəfat etmişdir. X3 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 16 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin arvadı X7 16 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1960-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 16 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 16 iyul 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-824/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-824/2024
15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver