Məhkəmə qərarları › İş №2(012)-842/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-842/2021

16.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-842/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-qardaşı X6 və cavabdehin nümayəndəsi-anası Qanuni nümayəndə vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması tələbinə dair mülki işə 16 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh bağışlanması barədə 05 avqust 2020-ci il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi, həmin əmlakla bağlı qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı- Cavabdeh bağışlamışdır. Həmin müqavilə imzalanarkən qızının adından onun anası Qanuni nümayəndə iştirak etmişdir. Əmlak bağışlanıldıqdan sonra Qanuni nümayəndə ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Bundan başqa, onun bağışladığı evi başqa bir şəxsə satmaq istəyir. Belə ki, həmin şəxsdən beh də almışdır. Ona görə də, iddiaçı həmin evin bağışlanmasından imtina etmək istəyir, çünki mövcud hal Qanuni nümayəndə əsassız varlanmasına gətirib çıxarır. Həmin əmlakdan qızının istənilən zaman faydalanmaq hüququ var. Gələcəkdə də vərəsəlik qaydasında qızına məxsus olacaqdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi MM-nin 673,666,668-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib izahatında biuldirdi ki, Gülanə onunla boşanmadan bir ay əvvəl onu tərk edib getmişdi.Həmin vaxt boşanmadan xəbəri yox idi.Boşanmadan əvvəl evin behi üçün 15200 manat almışlar,lakin behi Gülanə götürmüşdü. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-qardaşı X6 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, evin behi üçün bağışlamadan əvvəl 15000 manat pul alıb. Yazışmalarla sübut olunur. Cavabdeh yenidən ərə gedib, köçüb yaşayır. Evin satılmasından aldığı behlə avtomobil alıb birgə nikah dövründə. Sonradan avtomobili öz adına keçirib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-anası Qanuni nümayəndə vəkilinümayəndəsi X7 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdehin anasının həmin evi satması barədə iddiaçının iddiası tamamən əsassızdır. Belə ki, qarşı tərəfin behin alınmasına dair sübut yoxdur. Habelə, iddiaçı həmin evdə qeydiyyatdadır və mənzildə qeydiyyatda olan şəxsin notarial qaydada yazılı razılığı olmadan əmlak alqı-satqı edilə bilməz. Əlavə olaraq uşağın adına daşınmaz əmlak varsa həmin əmlakla bağlı hər-hansı bir əqdi yalnız qəyyumluq və himayəçilik komissiyasına müraciət edildikdə və həmin komissiya tərəfindən himayəçi, qəyyum “uşağın əmlakının idarəçisi” kimi tanındıqdan sonra bağlaya bilər. Hazırda cavabdeh anası ilə birgə yaşayır. Əmlakı isə iddiaçının qardaşı mənimsəmək istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 896458 №-li doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh atası İddiaçı, anası Qanuni nümayəndədır. Mülki işin materiallarından olan 01 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, hədiyyə verən X1 rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi, dalan 2, ev 16 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan İddiaçı mülkiyyətinə verir. Mülki işin materiallarından olan 05 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, hədiyyə verən Əliyev X4 rayonu, Ceyranbatan qəsəbəsi, Nəbi Xəzri küçəsi, dalan 2, ev 16 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Həmin müqaviləni hədiyyə verən İddiaçı və hədiyyə alan Cavabdeh adından anası Qanuni nümayəndə imzalamışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 12.08.2020-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli Qətnaməsindən müəyyən edilir ki, İddiaçı Əliyeva Gülanə Mirtacir qızının cavabdeh Əliyev Ramil Bbaxan oğluna qarşı nikahın ləğvi, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia tələbi təmin edilmiş, tərəflər arasında 05 may 2008-ci il tarixli nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından anadan olan Zəhra adlı qızları anasının himayəsində saxlanmış, həmin uşağın saxlanması üçün hər ay 130 manat alimentə görə pulun 12.08.2020-ci il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən göründüyü kimi iddiçı nikahın ləğvinə dair iddia tələbi ilə məhkəməyə 12.08. 2020-ci il tarixdə müraciuət etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 05 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı- Cavabdeh bağışlamışdır, bundan sonra 12.08.2020-ci il tarixdə Qanuni nümayəndə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, Gülanə Əliyeva bağışlanan evi başqa bir şəxsə satmaq istəyir. Belə ki, həmin şəxsdən beh də almışlar. Azərbaycan Respublikası MM-nin 666.1.maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2.maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 666.3. maddəsinə görə mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 673.1.maddəsinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. İddiaçı hazırkı iddia tələbinin faktiki əsası kimi ona istinad edir ki, bağışlanmadan sonra sonra Gülanə Əliyeva iddiaçıya qarşı nikahın ləğvinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.Həmçinin, iddiaçı güman edir ki, Gülanə Əliyeva bağışlanan evi sata bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarında olan bağışlama müqaviləsinin məzmunundan göründüyü ki, müqavilə hər hnası şərtlə məhdudlaşdırılmamışdır. İddiaçı mülkiyyətində olan evi keçmiş arvadı Qanuni nümayəndə deyil, öz qızı Zəhra Əlizadəyə bağışlamışdır, Gülanə Əliyevanın iddiaçıya qarşı nikahın ləğvinə dair iddia qaldırması, onun bağışlama müqaviləsindən imtina etməsi üçün əsas ola bilməz. Bundan başqa, iş materiallarından göründüyü kimi, iddiaçı hal-hazırda da bağışlanan evdə qeydiyyatda olmaqla orada yaşayır və iddiaçının həmin evdən istifadə hüququ mövcuddur.Həmçinin, işin məhkəmə tərəfindən araşdırılan hallarında mübahisəli evin satılması məqsədilə tərəflərin kimdənsə beh alması öz təsdiqini tapmamışdır.Bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Məhkəmə işin bu halına da hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, MM-nin 673-cü maddəsinin tələbləri baxımından bu hal da iddianın təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi, əmlakın qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar