Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-852/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası- X1 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası- X2 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhəri, məhəllə 26, bina 5, mənzil 38 ünvanında vəfat etmişdir. Ərizəçi atasının vəfatından sonra Maraqlı şəxsnə müraciət etsə də, orada ona bildirmişlər ki, ərazi poliklinikasından həkim arayışı almalıdır. Poliklinikada isə bildirmişlər ki, atası orada qeydiyyata qeydiyyata durmadığından bu arayışın verilməsi mümkün deyildir. Eyni zamanda da Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 02847681 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X2 xx.xx.1949-cu il tarixdə Tovuz şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan X3 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 01:57 radələrində X1 meyidi Xırdalan şəhəri, məhəllə 26, bina 5, mənzil 38 ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-1032/15 saylı arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən ərizəçiyə verilən xx xxxxxxx 2020-ci il tarixli, 1713 saylı cavab məktubundan müəyyən edilir ki, X1 ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, 283 №-li arayışdan müəyyən edilir ki, X2 xx.xx.2020-ci il tarixdə Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin atası- xx.xx.1949-cu il tarixdə Tovuz şəhərində anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhəri, məhəllə 26, bina 5, mənzil 38 ünvanında ölməsi işin materialları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1949-cu il tarixdə Tovuz şəhərində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il tarixdə Tovuz şəhərində anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-852/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-852/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver