Məhkəmə qərarları › İş №2(012)-857/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-857/2020

26.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-857/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyaları və əmlak” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz əşyaları və əmlak” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cavabdeh ilə ailə qurmuş, nikahlarını xx xxxxxx 2014-cü il tarixdə rəsmiləşdirmişlər. xx xxxx 2015-ci il tarixdə Fərid, xx xxxx 2018-ci il tarixdə Nazim adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədirlər. Cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan aralarında baş verən ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ailəyə və uşaqlara qayğı göstərməməsi, laqeyid münasibət bəsləməsi ailənin dayaqlarını sarsıtmışdır. O, məcbur olub nikahın pozulması tələbinə dair iddia ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Onun cavabdehdə ona məxsus olan və birgə nikah dövründə əldə etdikləri əmlakları vardır ki, həmin əşyalar və əmlaklar cavabdehin qanunsuz istifadəsindədir. Bunlar - Abşeron rayonu, Xirdalan şəhəri, Abşerov Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evi, LADA Priora markalı **-XC-*** dövlət nömrə nişanlı və Renault Laquna markalı **-DN-*** dövlət nömrə nişanlı avtomaşınlardır. Qeyd edilən daşınar və daşınmaz əmlaklar cavabdehlə birgə nikah dövründə əldə edilmişdir və hazırda da cavabdehin qanunsuz istifadəsindədir. Bundan başqa ona məxsus olan cehiz əşyaları cavabdehin istifadəsindədir, əvvəllər də həmin əşyaların cavabdehdə olması və qəsdlə yararsız hala salması barədə Abşeron rayon Polis şöbəsinə müraciət etmişdir. Digər tərəfdən ona məxsus qızıl-zinyət əşyaları cavabdeh tərəfindən əlindən allınaraq mənimsənilmişdir. Hazırda ayrı yaşayırlar və nikahları məhkəmə qaydasında pozulur. Cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin, LADA Priora markalı **-XC-*** dövlət nömrə nişanlı və Renault Laquna markalı **-DN-*** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinin, cavabdehin qanunsuz istifadəsində olan, Abşeron rayon, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evindəki geyim, çehiz əşyalarının, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan brilyant klonun, 1 ədəd 450 manat dəyərində olan brilyant üzüyün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan brilyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı, xx xxx 2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək göstərmişdir ki, Abşeron rayonu, Xirdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, çehiz əşyalarını tələb etmiş, lakin siyahısını tam təqdim etməmişdir. Həmin əşyalara dəqiqlik gətirir, bunlar aşağıdakılardır: yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumbuçka, trimo stulu) 3000 manat, qonaq otağı üçün stol və 6 ədəd stul 1000 manat, mətbəx üçün stol və 4 stul 550 manat, mətbəx mebeli 800 manat, divan 550 manat, iri xalça 200 manat, kiçik xalça 150 manat, qonaq otağı üçün çilçıraq 250 manat, yataq otağı üçün çilçıraq gümüşü rəng 100 manat, qonaq otağı üçün pərdə-günlük 300 manat, kuxna otağı üçün pərdə jalüz 100 manat, soyuducu 1200 manat, 108 ekran televizor 700 manat, paltaryuyan 750 manat, tozsovuran 200 manat, ətçəkən 150 manat, şirəçəkən 150 manat, ütü 50 manat, soba 150 manat, mikser 30 manat, qaz plitəsi 200 manat, kompyuter 1300 manat, 3 gözlü elektrik qızdırıcı 60 manat, kondisioner 600 manat, böyük yorğan 50 manat, 2 ədəd kiçik yorğan 60 manat, böyük qoşadöşək 150 manat, 2 ədəd təkdöşək 150 manat, 4 ədəd yastıq 60 manat, adyal 40 manat, 5 ədəd qoşapastel dəsti 250 manat, 4 ədəd təknəfərlik dəst 100 manat, çarpayı üçün örtük 200 manat, divan üçün örtük 50 manat, 4 ədəd candəsməlı 60 manat, 12 ədəd əl-üz dəsmalı 72 manat, 12 ədəd mətbəx dəsmalı 60 manat, 3 ədəd süfrə 60 manat, şirəli qazan dəsti 80 manat, gümüşü rəng qazan dəsti 150 manat, qaşıq dəsti 150 manat, 12 ədəd 4 künc boşqab dəsti 50 manat, 18 ədəd düz boşqab 20 manat, 6 ədəd kasa 10 manat, bagema 200 manat, 12 ədəd rəngli bakal 20 manat, 6 ədəd stəkan 10 manat, 6 ədəd nəlbəki 10 manat, 6 ədəd xrustal düz qabı 12 manat, 6 ədəd çay dəsti 20 manat, 4 ədəd farfor çaşka-nəlbəki 20 manat, 2 ədəd meyvə qabı 50 manat, 2 ədəd konfet qabı 20 manat, 2 ədəd qənd qabı 20 manat, 2 ədəd xrustal mürəbbə qabı 60 manat, 2 ədəd ləpə qabı 20 manat, qab yığılan setka 20 manat, ponnos 5 manat, 5 kiçik qazan dəsti 10 manat, kauçuk qablar 10 manat, tava 10 manat, keks qabları 5 manat, cəmi 14.884 manat. Bundan başqa geyim əşyaları: kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka. Şəxsi əşyaları: 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsi. Bundan başqa cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xirdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsini tələb etmişdir ki, hazırda onun real bölgüsünü aparmaq mümkün deyildir, evin satışından əldə edilən pulun yarısı, yəni 80.000 manatın yarısı olan 40.000 manat. LADA Priora markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının dəyərinin yarısı, yəni 14.000 manatın yarısı olan 7000 manat. Renault Laquna markalı ** DN *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə edilən pulun yarısı, yəni 16.000 manatın yarısı olan 8000 manat. Cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya onun yarı dəyəri olan 40.000 manatın, LADA Priora markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının yarı dəyəri olan 7000 manatın, ** DN *** dövlət nömrə nişanlı Renault Laquna markalı avtomaşının yarı dəyəri olan 8000 manatın, cavabdehin qanunsuz istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan briliyyant klonun, 1 ədəd 450 manat dəyərində olan briliyyant üzüyünün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan briliyyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək (ərizənin əsaslandırma hissəsi xx xxx 2020-ci il tarixli ərizənin əsaslandırma hissəsi ilə eynidir) cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya onun satışından əldə edilən pulun 1/2 hissəsinin, yəni 40.000 manatın, LADA Priora markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinin, yəni 8000 manatın, ** DN *** dövlət nömrə nişanlı Renault Laquna markalı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinin, yəni 4000 manatın, cavabdehin qanunsuz istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Siti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən mənimsənilmiş 1 ədəd 850 manat dəyərində olan briliyyant klonun, 1 ədəd 450 manat dəyərində olan briliyyant üzüyünün, 1 ədəd 300 manat dəyərində olan təkqaşlı üzüyün, 1 dəst 650 manat dəyərində olan briliyyant sırğanın, 1 ədəd 350 manat dəyərində olan qızıl boyunbağının və ya onların dəyəri olan 2600 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı, xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdilrilməsi barədə ərizə verərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya dəyəri olan 70.000-nin 1/2 hissəsinə, Lada Priora markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinə, yəni 8000 manatın, ** DN *** dövlət nömrə nişanlı Renault Laquna markalı avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, cavabdehin qanunsuz isifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın, cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıllar və ya onun dəyəri olan 1620 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinə və ona əlavədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kondisionerin cavabdehin özü tərəfindən alınması ilə razıdır, həmin hissədə iddiasını müdafiə etmir. Qalan hissədə isə iddianı müdafiə edir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən - məhkəməyə təqdim etdikləri siyahıda göstərilən cehiz əşyalarına münasibətdə qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının cehiz əşyaları bütövlükdə vardır, kondisioner isə cehiz əşyalara aid deyil, kondisioneri o, öz şəxsi vəsaiti hesabına, 599 manata özü almışdır. Qızıl-zinət əşyaları isə bacısına məxsus olmuş, bacısı öz qızıllarını toy zamanı müvəqqəti istifadə etmək üçün iddiaçıya vermişdir. İddiaçıya qızıl-zinət əşyalarını o, toydan sonra almışdır. İddiaçının qızıllarla çəkdirdiyi şəkillər ayrıldıqdan sonra çəkilmişdir. Mübahisəli ev atasının mülkiyyətində olmuş, sonradan vərəsə kimi onun adına keçmişdir. Birgə nikah dövründə əldə olunmuş ** DN *** dövlət nömrə nişanlı “Renault Laquna” markalı avtomaşını birgə nikah dövründə 1200 manata satmışdır, iddiaçının bundan xəbəri olmuşdur. ** XC *** dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomaşın isə atasına məxsus olmuş, bacısına vərəsəliklə keçmişdir. Bacısı maşını ona hissə-hissə ödəmək şərti ilə vermişdir. Lakin aliment ödədiyindən maşının pulunu ödəyə bilməmişdir. Ona görə də maşını bacısına qaytarmışdır. İzahatında göstərilənlərin nəzərə alınaraq, cehiz əşyalarına münasibətdə iddianın təmin edilməsini, qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi X14 göstərmişdir ki, iddiaçının qeyd etdiyi mənzil tərəflərin birgə nikah dövründə əldə edilməmişdir. Mənzil cavabdehin atasının mülkiyyəti olmuşdur, atası vəfat etdikdən sonra anası və bacısı cavabdehin xeyrinə həmin əmlakdan imtina etmişlər, mənzil miras əmlak olaraq vərəsə kimi cavabdehin adına keçirilmişdir. Mənzil cavabdehin adına vərəsəlik üzrə keçdiyindən iddiaçının həmin mənzillə bağlı tələb hüququ yoxdur. Kondisioner cehiz əşyalarına aid deyil, cavabdehin öz vəsaiti hesabına alınmışdır. İddia üzrə digər tələblərlə bağlı cavabdeh öz izahatında fikirlərini bildirmişdir. Qeyd edilənlərin qətnamə çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, İddiaçı atası ilə onun həyat yoldaşı qohumdurlar. İddiaçının qız toyunda iştirak etmişdir. İddiaçı cavabdeh ilə qaçmış, daha sonra nikaha daxil olmuşdur. Qızı-zinət əşyaları toydan sonra alınmışdır. Qızıl-zinət əşyalarının hansı formada olmasını bilmir. İddiaçının anası ona zəng edərək, cavabdehin iddiaçını evdən çıxardığını bildirmişdir. O da gələrək iddiaçını özü ilə evinə aparmış, iddiaçı iki gün onlarda qalmış, sənədlərini təkrar aldıqdan sonra rayona yola salmışdır. İddiaçı evdən çıxarılan zaman üzərində qızılzinət əşyaları olmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X20 izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır, İddiaçı isə gəlinləri, Vüsalın həyat yoldaşı olmuşdur. Cavabdeh gəlin gələrkən cehiz əşyaları gətirmişdir, hazırda həmin cehiz əşyaları qardaşının evindədir. Qızıl-zinət əşyaları toy zamanı alınmamış, toydan sonra qardaşı almışdır. Mübahisəli mənzili isə atası almışdır. Atası vəfat etdikdən sonra İddiaçı anasına baxmadığından anası onunla birlikdə yaşamışdır. Atası vəfat etdikdən sonra bütün miras əmlak anasının adına keçmiş, sonra anası əmlakları vərəsə kimi onun adına keçirmişdir. Daha sonra həmin mənzildən qardaşının xeyrinə imtina etmişlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZ-T seriyalı 018626 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxxxx 2014-cü il tarixdə akt qeydləri kitabında 506 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmış, X2 Novruzova soyadı verilmişdir; - AZ-T seriyalı 103316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 2015-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; - AZ-T seriyalı 090715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxx 2018-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; -Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(015)-875/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2015-ci il təvəllüdlü X18 və xx xxxx 2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir; -“xxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli 4404 nömrəli məktubundan görünür ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli İH-B/0011 nömrəli Mənzilin alqı- satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Cəmiyyətə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilmiş 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 67.0 kv.metr olan, 1 (bir) otaqdan ibarət vahid əmlak dəyəri 43.550 manat məbləğində olan 19 saylı mənzil alıcı Cavabdeh satılmışdır. “xxxxxxxxxxx” MMC-nin qeydiyyat sistemində olan məlumatlara istinad edərək “AAAF-PARK” yaşayış massivində inşa edilmiş 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67.0 kv.metr olan, 1 (bir) otaqdan ibarət 19 saylı mənzil üçün Cavabdeh adına vərəsəlik şəhadətnaməsi Cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyətə məxsus yaşayış binaların alıcı-sakini vəfat etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərindən irəli gələrək qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi və digər əlaqəli sənədlər tələb olunaraq sənədləşdirilir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin alqı-satqı müqaviləsi dəyişdirilən zaman vərəsəlik qaydasında keçməsinə dair qeydlər göstərilir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivində inşa edilmiş yaşayış binaların mənzilləri ilə bağlı alqısatqı müqavilələrə dair hüquqlar hələ ki “xxxxxxxxxxxx” MTK-nə ötürülməmiş və müqavilələrə dair sənədləşmələr “xxxxxxxxxxx” MMC tərəfindən həyata keçirilir; -“xxxxxxxxxxx” MMC (satıcı) ilə X8 (alıcı) arasında bağlanmış İH-A(b)/0082 nömrəli xx xxxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzili alıcı X1, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür; -AZ-İ seriyalı 905783 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür; -X7 3 saylı “Səyyar-Asan xidmət” mərkəzində notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə təsdiqlənmiş ərizədən görünür ki, o, xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış əmlaklarına birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə almaq hüququ notarius tərəfindən ona izah edilmişdir. Qeyd edilən əmlaka mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmir, miras əmlaka daxil edilməsinə və vərəsələr arasında bərabər bölünməsinə etirazı yoxdur; -Bakı şəhəri 2 saylı notariat ofisinin X15 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 94 nömrəli məktubundan görünür ki, onun, “xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş mərhum atam-X4 adına olan xx xxxxx 2015-ci il tarixli İH-A(b)/0082 nömrəli müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəh. H.Əliyev pr. 240-A saylı binanın, 9 mərtəbədə, 1 otaqdan ibarət, ümumi sahəsi 67 kv.m olan 19 saylı mənzilini oğlu-Cavabdeh adına keçməsinə sərəncam verməyinizi Sizdən xahiş edirəm. Yazılanları öz imzamla təsdiqləyirəm.” məzmununda ərizəsi xx xxxxxx 2018-ci il tarixdə 7E-1238 reyestr nömrə ilə rəsmiləşdirilmişdir; -“xxxxxxxxxxx” MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış İH-B/0011 nömrəli xx xxxx 2018-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “satıcı” “xxxxxxxxxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67,0 kv.metr olan, 1 otaqdan ibarət 19 saylı mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür; - xx xxxx 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən Xırdalan şəhəri, H.Əliyev pr.də “AAAF Park” yaşayış massivində inşa edilən 240-A saylı, 9 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyərindən 43.550 manat məbləğində ödəniş etmişdir, borc qalığı yoxdur; -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı sifarişi əsasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli QXM/149 nömrəli hesabat aktından görünür ki, Avşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 240-A ünvanında yerləşən 9 mərtəbəli binanın 19 saylı mənzilin bazar dəyəri 70.000 manat müəyyən edilmişdir; -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın xx xxxx 2020-ci il tarixli **********25 nömrəli cavab məktubundan görünür ki, Xİdmətin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh mülkiyyətində xx xxxxxx 2014-cü il tarixdən hal-hazıradək qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir; -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxx 2020-ci il tarixli 016-21700-1220 nömrəli cavab məktubundan görünür ki, DİN-in Baş Dövlət X23 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə 1995-ci il buraxılışlı “Renault Laquna” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda qeydiyyatdadır. Bundan başqa 2014-cü il buraxılışlı “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2019cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx xxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır; -Məhkəmənin qərardadı əsasında “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olan qızıl zinyət əşyalarının - brilyant klon 1 ədəd 470 manat; brilyant üzük 1 ədəd 320 manat; təkqaşlı üzük 1 ədəd 250 manat; brilyant sırğa 1 dəst 450 manat; boyunbağı 2 ədəd 130 manat olmaqla, bazar qiyməti cəmi 1620 manat təşkil edir; -“tap.az” və “turbo.az” internet saytlarından 2020-ci ilin may ayına olan çıxarışlardan görünür ki, 2014-cü il buraxılışlı “VAZ 21725” (Lada Priora) markalı avtomobillərin satış qiyməti 14.300 manatdan 15.300 manayadək olan məbləğlərdə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır, hazırda tərəflər arasında olan ailə münasibətləri pozulmuş, nikahın pozulması üçün məhkəməyə müraciət edilmişdir. Bununla yanaşı İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə edildiyi qeyd edilən mənzilə, habelə birgə nikah dövründə əldə edilmiş avtomobillərə mülkiyyət hüququnun tanınması, avtomobillərinin dəyərinin, cehiz, qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb, ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə İddiaçı iddia tələbinin Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evinin 1/2 hissəsinin mülkiyyətinin və ya dəyəri olan 70.000-nin 1/2 hissəsinə, mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, sözügedən mənzili cavabdehin atası X8 “xxxxxxxxxxx” MMC ilə bağladığı İH-A(b)/0082 nömrəli xx xxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır, X4 xx xxxxxx 2018-ci il tarixdə ölməsindən sonra, mərhumun qanun üzrə birinci növbəli vərəsələri arvadı X11 və qızı X20 müvafiq olaraq xx xxxxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərdə notaral qaydada təsdiqlənmiş ərizələr verərək mərhum X3 miras qalmış əmlaka mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəməmiş, mənzilin qanun üzrə digər birinci növbəli vərəsəsi Cavabdeh adına keçməsinə razılıq vermişlər. Bundan sonra mənzilə dair müqavilə xx xxxx 2018-ci il tarixdə cavabdehin adına bağlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məlum olduğu kimi, mübahisəli mənzil cavabdehin atası X6 məxsus olmuş, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan mərhumun həyat yoldaşı və qızı digər qanun üzrə birinci növbəli vərəsəsi olan cavabdehin xeyrinə miras əmlakdan imtina edərək miras əmlakın cavabdehin adına qeydiyyata keçməsinə razılıq vermişlər. İddiaçı isə mərhumun qanun üzrə vərəsəsi sayılmır, cavabdehin adına vərəsəlik əsasında keçmiş əmlaka dair iddiaçının tələb etmək hüququ yaranmadığına görə məhkəmə mənzilin mülkiyyətinin və ya dəyərinin müvafiq hissəsinə mülkiyyət hüququnun tanınmasının mümkünlüyü məsələsinin müzakirəsinə əsas görmür, hesab edir ki, iddia həmin hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Lada Priora markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşının satışından əldə olunan pulun 1/2 hissəsinə, yəni 8000 manatına mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, DİN BDYPİ-nin rəsmi məlumatına əsasən “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx xxxx 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Tərəflərin ailə münasibətləri pozulanadək tərəflər ümumi təsərrüfatı idarə etmişlər, avtomobil onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər nəticəsində əldə edilmişdir və həmin avtomobilin xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə iddiaçının ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olması ilə əlaqədar müstəqil qazancının olmamasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Hazırda tərəflər ayrıldığı, onların arasında olan nikah məhkəmə qaydasında pozulmaq ərəfəsində olduğu və mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün iddiaçı olan arvad birgə nikah dövründə əldə olunmuş ümumi əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsin əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxxx 2004-cü il tarixli Qərarına əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı halda müəyyən edilir ki, 2014-cü il buraxılışlı “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olmuş tərəflərin birgə nikah dövründə, xx xxxx 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx xxxx 2019-cu il tarixdə isə qeydiyyatdan çıxarılmış, özgəninkiləşdirilmişdir. Cavabdehin həmin avtomobilin atasına məxsus olması, bacısına vərəsəliklə keçməsi, bacısının avtomobili ona hissə-hissə ödəmək şərti ilə verməsi barədə göstərilənlərin əsası yoxdur, bununla bağlı sübutlar mövcud deyildir, avtomobilin birgə nikah dövründə əldə edilməsi, birgə nikah dövründə özgəninkiləşdirilməsi, bu zaman isə iddiaçının razılığının alınmaması tədqiq edilmiş iş materialları və tərəflərin izahatı ilə sübuta yetirilir. Nəzərə alınmalıdır ki, avtomobil təyinatına görə bir nəfər tərəfindən idarə edilən nəqliyyat vasitəsidir və təyinatına görə bölünməzdir. İddiaçının təqdim etdiyi sübutla müəyyən olunur ki, eyni markalı və eyni il buraxılışlı “VAZ 21725” (Lada Priora) markalı avtomobillərin satış qiyməti iddia ərizəsinə dəqiqləşdirilmə verildiyi 2020-ci ilin may ərzində 14.300 manatdan 15.300 manatadək olan məbləğlərdə olmuşdur. Ona görə məhkəmə “VAZ 21725” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan pulun 1/2 hissəsinə, yəni 8000 manatına iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı iddia tələbini əsaslı hesab edərək təmin edilməsini mümkün sayır. Məhkəmə iddia tələbinin ** DN *** dövlət nömrə nişanlı Renault Laquna markalı avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, DİN BDYPİ-nin rəsmi məlumatına əsasən sözügedən avtomobil xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olmuş tərəflərin birgə nikah dövründə, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda da qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda istinad edilən normalarını rəhbər tutaraq və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, mübahisəli ** DN *** dövlət nömrə nişanlı Renault Laquna markalı avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən və hazırda cavabdehin adına rəsmi qeydiyyatda olduğundan, avtomobil onların ümumi birgə mülkiyyəti sayılmalı, onların bu əmlakdakı payları bərabər hesab edilməli, iddiaçı və cavabdehin avtomobil üzərində hər birinin 1/2 hissədə mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin qanunsuz isifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 240A, mənzil 19-da yerləşən yaşayış evində yerləşən geyim, şəxsi və cehiz əşyalarının və ya onların dəyəri olan 14.824 manatın ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bir ədəd kondisioner istisna olmaqla qalan hissədə cavabdeh tərəfindən qəbul və etiraf edilir, mübahisələndirilmir. Kondisionerlə bağlı tələb araşdırılarkən müəyyən edildi ki, həmin kondisioner iddiaçının cehiz əmlakına daxil olmamışdır, sonradan cavabdehin özü tərəfindən alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının özü də məhkəmədə verdiyi izahatında həmin faktı təsdiq edərək kondisionerlə bağlı hissədə iddiasından imtina etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddia yazılı şəkildə verildiyi kimi iddiadan imtina da yazılı surətdə ifadə olunmalıdır. Nə qədər ki, iddiaçı iddiadan imtinasını yazılı surətdə vermədiyindən məhkəmə iddiaya hüquqi qiymət verməli, bu zaman iddiaçının mövqeyi də nəzərə alınmalıdır. Baxılan iddia tələbinin predmeti cehiz əşyalarının alınması ilə bağlı olduğundan, kondisionerin isə cehiz əşyalar sırasına aid olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, kondisionerin cehiz əşya kimi cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddianın təmin edilməsi üçün əsaslar yoxdur, lakin iddia tələbində qeyd edilən və cavabdeh tərəfindən etiraf edilən cehiz əşyaları və şəxsi əşyalar cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, tərəflər arasında ailə münasibətləri artıq pozulmuşdur, tərəflər ayrı yaşayırlar, ona görə iddiaçının həmin əşyaları cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cehiz əşyaları naturada mövcud olduğundan onların dəyərinin müəyyən edilməsi və ya dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması üçün qanuni əsaslar yoxdur, ona görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən hədiyyə edilmiş qızılların və ya onun dəyəri olan 1620 manatın alınması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı qızıl zinyət əşyalarının - 1 ədəd brilyant klonun; 1 ədəd brilyant üzüyün; 1 ədəd təkqaşlı üzüyün; 1 dəst brilyant sırğanın; 2 ədəd boyunbağının cavabdeh tərəfindən ona hədiyyə şəklində verildiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Cavabdeh həmin qızıl-zinət əşyalarının bacısına məxsus olmasını, bacısının öz qızıllarını toy zamanı müvəqqəti istifadə etmək üçün iddiaçıya verdiyini bildirsə də, buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı o, toydan sonra özünün iddiaçıya qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu etirafının özü iddianın əsaslı hesab olunaraq təmin olunması üçün yetərlidir, belə ki, iddiaçıya qızıl-zinət əşyalarının alınması təsdiq olunur, qızıl-zinət əşyalarının belə alınması isə nikah dövründə hədiyyə şəklində verilmiş əmlak hesab olunmasına kifayət qədər əsas verir. Qızıl-zinət əşyaları naturada mövcud olmadığına görə qiymətlərin müəyyən olunması üçün məhkəmə tərəfindən qiymətləndirilmə keçirilmiş, müvafiq mütəxəssisin veridyi hesabat aktı (rəy) ilə müəyyən edilmişdir ki, brilyant klon 1 ədəd 470 manat; brilyant üzük 1 ədəd 320 manat; təkqaşlı üzük 1 ədəd 250 manat; brilyant sırğa 1 dəst 450 manat; boyunbağı 2 ədəd 130 manat olmaqla, bazar qiyməti cəmi 1620 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi yuxarıda göstərilən qaydada iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, qiymətləndirmənin keçirilməsinə sərf edilmiş pul vəsaiti isə cavabdehə aid edilərək ondan tutulub, müvafiq hesaba ödənilməlidir. İnsan hüquqlarının və X13 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı “VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun 1/2 - 8000 manat hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. ** DN *** dövlət nömrə nişanlı “Renault Laquna” markalı avtomobilə İddiaçı ilə Cavabdeh hər birinin 1/2 hissədə mülkiyyət hüquqları tanınsın. ünvan 3 mənzil 19 ünvanında yerləşən - yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumbuçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq gümüşü rəng; qonaq otağı üçün pərdə-günlük; mətbəx otağı üçün pərdə jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsovuran; ətçəkən; şirəçəkən; ütü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çarpayı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsi - Cavabdeh alınıb, İddiaçı verilsin. Qızıl-zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin, qızıl-zinət əşyalarının qiymətləndirilməsinə sərf edilmiş 200 manat pul Cavabdeh alınaraq, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN **********, hesab AZ65UBAZ**********0060AZN001, icraçının hesablaşma hesabı “Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar