Məhkəmə qərarları › İş №2(012)-86/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-86/2021

21.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-86/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X4, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi X6, onun vəkili-nümayəndəsi X9, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın qismən ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və torpaq sahəsi üzərində mükiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş 03.06.2014-cü il tarixli, **********59 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən seriya MH, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyə hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, ona məxsus olan torpaq sahəsinin boşaldılması və onun torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 2006-cı il tarixdə X2 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsini alqı-satqı müqaviləsi bağlayaraq satın almışdır. Ələkbərov Bayram torpağı satanda İddiaçı Saray qəsəbəsində yerləşən və üzərində tikili olmayan torpaq sahəsini göstərmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edildikdən sonra iddiaçı torpaq sahəsini naturada təhvil almış və torpaq sahəsini 2014-cü ilə qədər istifadə etmişdir. 2014-cü il tarixdə İddiaçı sənədləri yoxlayanda mütəxəssislər çağırmış və torpağı Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları ilə ölçdürərək koordinatları müəyyən etmək istəyəndə məlum olmuşdur ki, iddiaçıya satılan torpaq sahəsi İddiaçı təhvil verilən yer deyil və cavabdehin sahəsi ilə üst-üstə düşür. Torpağın əvvəlki sahibi 1988-ci ildə almışdır və torpaq pay torpağıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, JN № 2375, Kod 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətdə olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini 25 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satın almışdır. Seriya MH, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 22.12.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsinə müraciət edərək, torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsini tələb etmişdir. Cavab olaraq 03 iyul 2019-cu il tarixdə iddiaçıya bildirmişdirlər ki, iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsi Cavabdeh1 (03.06.2014-cü il tarixdə, **********59 reyestr nömrəli) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. DƏDRX 4 saylı ərazi idarəsinin məktubdan müəyyən olunur ki, Cavabdeh1 torpaq sahəsinin çıxarışı hazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsinə hüquq müəyyənedici sənədlər verildikdən sonra verilmişdir. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsi hüquqla yüklü olarkən həmin şəxsin hüquqları qeydiyyata alınmışdır. Buna görə də hesab edir ki, cavabdehə verilmiş çıxarış ləğv olunmalı, torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməli və onun torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə bərpa edilməlidir. Həmçinin o, ekspert rəyi ilə razı deyildir. Belə ki, hal-hazırda son dövrün sistemə yerləşdirilmiş xəitəsi əsasında rəy verilmişdir. Halbuki iddiaçıya ilkin dövrün xəritəsi lazımdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 2003-cü il tarixdə X2 makler Elzada adlı xanımın vasitəçiliyi ilə Abşeron rayonu Saray qəsəbəsində 54 sot torpaq sahəsi almışdır. Torpaq sahəsində 2003-cü ildə isitixana tikdirmiş və həmin vaxtdan indiyədək istixana fəaliyyət göstərir. Sonradan 2013-cü il tarixdə qonşusu ona müraciət etmiş və torpaqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində ölçməyi təklif etmişdir. Torpaq ölçüldükdən sonra məlum olmuşdur ki, ona satılan torpaq sahəsinin 11 sotu qonşuya düşür, lakin iddiaçının torpağı ilə bağlı heç bir məlumatı yoxdur. Hazırda Abşeron rayonunda torpaqların müfəssəl elektron planı yoxdur. İddiaçı öz torpağının onun istifadəsində olan torpaqların üst-üstə düşüb düşməyini bilə bilməz. Qarayeva Abagül bundan 4-5 ay əvvəl ona zəng edərək istixanada işləmək istədiyini bildirmiş və sonra demişdir ki, guya İddiaçı məxsus 10 sot torpağı zəbt etmişlər. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki mülki iş 2 ilə yaxındır ki, məhkəmənin icraatındadır. İşin hallarını təsdiq edən mötəbər sübut ekspert rəyidir. O, hesab edir ki, iddiaçının dedikləri işin əsassız yerə uzadılmasına gətirib çıxarır. İddia tələbini qəbul etmir. Hər iki ekspert rəyində torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməmə halı mövcuddur. İddiaçı mübahisə predmeti olan torpağın naturada yerini göstərə bilmir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, texniki cəhətdən bir torpaq sahəsinə 2 çıxarış verilə bilməz. Ola bilsin ki, bu, mütəxəssisin səhvinə görə baş vermişdir, başqa səbəb ola bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.10 ha ölçülü torpaq sahəsi 22.12.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.5389 ha ölçülü torpaq sahəsi 03.06.2014cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli, 32257 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 08 yanvar 2020-ci il tarixli **********19 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iş materiallarında 22.12.2006-cı il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə verilmiş MH seriyalı, ******* saylı çıxarış, plan və ölçüsü təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar digər qismində ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzündə) mövcud olan sənədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və **********36 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə dair İddiaçı faktiki istifadəsində torpaq sahəsi aşkar edilmədiyindən plan və ölçü sənədində göstərilən koordinatların faktiki istifadədə olan koordinatlara uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Cavabdeh1 məxsus **********59 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlar ilə uyğun gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, ərazidə DWG sürüşməsi olduğundan İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlarla Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənəddə olan koordinatların üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü Abşeron Rayon Məhkəməsinin 2(012)-4250/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli, 32257 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 08 yanvar 2020-ci il tarixli **********19 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iş materiallarında 22.12.2006-cı il tarixdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə verilmiş MH seriyalı, ******* saylı çıxarış, plan və ölçüsü təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar digər qismində ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzündə) mövcud olan sənədlərinin tamamilə itməsinə səbəb olmuşdur.Qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Yuxarıda qeyd olunduğu kimi rəyin verilməsi mümkün olmadığından Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2020 saylı, 10.06.2020-ci il tarixli qərardadı ilə yenidən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və **********36 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə dair İddiaçı faktiki istifadəsində torpaq sahəsi aşkar edilmədiyindən plan və ölçü sənədində göstərilən koordinatların faktiki istifadədə olan koordinatlara uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən Cavabdeh1 məxsus **********59 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlar ilə uyğun gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd olunur ki, ərazidə DWG sürüşməsi olduğundan İddiaçı mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlarla Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənəddə olan koordinatların üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli, 32257 saylı və 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı ekspert rəyləri ilə mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı rəy verilməsi mümkün olmadığından, həmçinin məhkəmədə həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı digər mötəbər sübutlat müəyyən edilmədiyindən məhkəmə iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 14 fevral 2020-ci il tarixli, 32257 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat olmaqla, ümumilikdə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Cavabdeh1 verilmiş 03.06.2014-cü il tarixli, **********59 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən seriya MH, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla mülkiyyə hüququ ilə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, ona məxsus olan torpaq sahəsinin boşaldılması və onun torpaq sahəsi üzərində mülkiyyət hüququndan maneəsiz istifadə hüququnun bərpa edilməsi barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 14 fevral 2020-ci il tarixli, 32257 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 21 iyun 2021-ci il tarixli, 10/2589 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar