Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-876/2025 30.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X4 yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişmiş və xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Anasının ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı Bakı şəhəri Təcili və X5 Stansiyası PHŞ-nin Statistika şöbəsi tərəfindən xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı onun tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhz bu səbəbdən onun anasının ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edir ki, o, Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmaqla yaşayır. X8 süd vəzisi xərçəngindən əziyyət çəkmişdir və 2003-cü ildən vəfat edənə kimi onunla birlikdə kirayə evdə yaşamışdır. O, tək övladdır, bacısı və ya qardaşı yoxdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AZE seriyalı, 03960975 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 25 iyul 1942-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. İş materiallarında olan İ-ЖГ № 263042 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində doğulmuşdur, atası Mehdiyev Famil, anası X3r. İş materiallarında olan “Bakı Şəhər Təcili və X5 Stansiyası” PHŞ-nin 16 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsi, F.X.Xoyski küçəsi, ev 19 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan Abşeron rayonu Mehdiabad bələdiyyəsi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 121 nömrəli arayışdan görünür ki, mərhumə X4 xx.xx.2024-cü il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur və dəfn xərcləri oğlu Ərizəçi tərəfindən çəkilmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 18-1-20/2-M-16xx-xx- 1133/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. L. Mehdiyevanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 14 noyabr 2024cü il tarixli, 3-16-5/8-15-2828/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 25 iyul 1942-ci il təvəllüdlü X2 26 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 iyul 1942-ci il təvəllüdlü X2 26 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-876/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-876/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver